Ermənistanda baş nazir vəzifəsinə namizəd irəli sürüldü - Paşinyana rəqib .....                        İlham Əliyev Baş nazirlə işçi naharda .....                        MDB dövlətləri təhlükəsizlik orqanlarının rəhbərləri Tacikistanda .....                        Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim olunacaq .....                        Əliyev-Paşinyan görüşündə danışılan bəzi detallar .....                        Ərdoğan Avropa Siyasi Birliyində nələr dedi... .....                        "Abzas Media" işinin məhkəmə istintaqı yekunlaşdı .....                        Xocasəndə taxta yeşikləri sexində yanğın .....                        Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi .....                       
Tarix : 8-07-2015, 10:17
ATƏT erməniləri məyus etdi

Millət vəkili Azay Quliyevin müəllifi olduğu qətnamə qəbul edildi.
ATƏT Parlament Assambleyası Azay Quliyevin müəllifi olduğu Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipini müdafiə edən Qətnamə qəbul etdi.
Finlandiyanın paytaxtı Helsinkidə ATƏT PA-nın 24-cü illik yay sessiyasında ATƏT PA-nın Siyasi Məsələr və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə bağlılıq” adlı qətnamə qəbul olunub.
ANS PRESS-in məlumatına görə, 19 maddədən ibarət olan qətnamə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahat olduğunu və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusuiləhəmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyini vurğulayır. Qətnamənin maddələrində münaqişә tәrәflәrinin BMT Tәhlükәsizlik Şurasının müvafiq qәtnamәlәrinin yerinә yetirmәlәrininzəruruliyi, Azәrbaycan, Gürcüstan, Moldova vә Ukrayna Respublikalarında münaqişәlәr nәticәsindә mәcburi köçkün düşmüş әhalinin evlәrinә qeyd-şərtsiz qaytarılmaları qeyd edilir.
Qətnamədə beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulmalarına qəti etiraz edilərək, dövlətlərin cəzasızlığına son qoyulması və bu pozuntuların qarşısının alınması, bu cür halların təkrar baş verməsindən yayınmaq və davamlı sülh, ədalət, və barışın əldə edilməsi üçün müharibə cinayətləri, soyqırım, insanlıq əleyhinə olan cinayətlər törədən şəxslərin müəyyən edilərək mühakimə olunmaları tələbi irəli sürülür. Həmçinin qətnamədəhәr bir dövlәtin sәrhәdlәrinin, әrazi bütövlüyünün toxunulmazlığı vә әrazilәrin güc yolu ilә qәsb olunmasının qәbuledilmәzliyi bildirilir.
ATƏT erməniləri məyus etdi

Azay Quliyevin müəllifi olduğu qətnamənin ən əhəmiyyətli maddələrindən biri də odur ki, sənəddə xalqların öz müqəddaratının təyin etmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yol verilməz hesab edilir.
ATƏT Parlament Assamblyeası bu qətnamənin qəbul etməklə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını açıq və bir mənalı olaraq müdafiə etmiş oldu.
Bu qətnamənin Helsinki Yekun Aktının qəbul olunmasının 40 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu ATƏT PA-nın Helsinkidəki illik sessiyasında qəbul edilməsi bu sənədin siyasi önəmini daha da artırır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!