İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 13-04-2023, 16:43
Ermənilər əsgəri döyməklə beynəlxalq hüququ pozdu


Ermənilər əsgəri döyməklə beynəlxalq hüququ pozdu

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən əsgər Hüseyn Axundov bu gün Ermənistanda saxlanılıb. Ermənilərə məxsus sosial şəbəkə hesablarında azərbaycanlı əsgərin fotoları yayılıb. Görüntülərdən əsgər H.Axundovun amansız işgəncələrə məruz qaldığını, qeyri-insani rəftarla üzləşdiyini görmək olar. Ermənistan tərəfinin bu addımı beynəlxalq hüquq normalarına ziddir. Belə ki, beynəlxalq sənədlər əsir götürülən şəxslərin hüquqlarının qorunmasında vacib mexanizm rolunda çıxış edir və bütün ölkələr buna riayət etməsi vacib hesab olunur. Beynəlxalq humanitar hüquqda bununla bağlı 3 sənəd mövcuddur:
1. 1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında Haaqa konvensiyası
2. 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları
3. 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol və insan hüquqlarına hörmət prinsipinin əks olunduğu beynəlxalq hüquq sənədləri
İnsan hüquqlarına hörmət prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində ümumi formada təsbit olunub, sonralar bir sıra beynəlxalq sənədlərdə, o cümlədən 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqları Haqqında Ümumi Bəyannamədə dəqiqləşdirilib. 1949-cu il avqustun 12-də Cenevrədə bağlanmış “Hərbi əsirlərlə rəftar haqqında” Konvensiyaya görə, əsir götürülən hərbçilərə qarşı zorakılıq yolverilməzdir. Konvensiyada əsirlərə insan həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə edilməsi, insan ləyaqətinə qarşı hücum, xüsusilə təhqiramiz və alçaldıcı davranış, sivil millətlər tərəfindən tanınan və zəmanət verilən məhkəmənin qüvvəyə minən qərarı olmadan kimisə məhkum etmək və ona cəzanı tətbiq etmək qadağan edilir. Hərbi əməliyyatlarda iştirak edən və rəqib əlinə düşən şəxslərin hansı kateqoriyaya aid edilməsinə dair şübhələr yarandıqda, bu şəxslərin statusu səlahiyyətli məhkəmə tərəfindən təyin olunana qədər onlar mövcud Konvensiya ilə qorunur. Sadalanan şərtlər mövcud olduqdan və ya təsdiqləndikdən sonra ələ keçən şəxslərə qarşı hərbi əsir rejimininin tətbiqi reallaşa bilər. Ermənistan qeyd olunan Cenevrə konvensiyalarını təsdiq edib. Lakin silahsız Azərbaycan əsgərinə qeyri-humanist münasibət göstərmək və onun vəhşicəsinə döyülməsi Ermənistanın beynəlxalq konvensiyalara əməl etmədiyini göstərir. Qeyd edək ki, bu, Ermənistanın Azərbaycan əsirlərinə qarşı ilk işgəncə faktları deyil. Həm Birinci, həm İkinci Qarabağ müharibəsində, eləcə də müharibələrarası dövrdə Ermənistan tərəfi Azərbaycan hərbçilərinə və girov götürülən mülki şəxsləsə qarşı işgəncələr verib. Bu işgəncə faktları beynəlxalq təşkilatların hesabatlarında da əks olunub. Beynəlxalq konvensiyaların tələbi ondan ibarətdir ki, Ermənistan əsir götürdüyü Azərbaycan hərbçisinə qarşı işgəncələri dayandırmalı və onun hüquqlarını təmin etməlidir. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunduğunu bəyan edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!