Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb .....                        Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır" .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Fidan Azərbaycan-ABŞ əlaqələrindən danışdı .....                        Pezeşkianla dövlət televiziyası arasında gərginlik: canlı yayım kəsildi .....                        İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb .....                        Bakıda nazirin başına iş gəldi - 60 min dollarlıq QALMAQAL .....                        Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar .....                       
Tarix : 7-12-2020, 11:31
Milli Preventiv Qrupunun üzvləri Ermənistandan olan əsir və girovlarla görüşüblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.

Butov.az xəbər verir ki, Ombudsman Aparatından APA-ya bildirilib ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanma şəraiti, saxlanılan şəxslər, eləcə də beynəlxalq humanitar hüquq normaları, o cümlədən Cenevrə Konvensiyaları əsasında əsir və girovlarla rəftar, onların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

Növbəti başçəkmə zamanı Ermənistandan olan əsir və girovlar fərdi qaydada qəbul olunub, müraciətləri dinlənilib, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Ombudsmanın Mili Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə müraciətləri əsasında əsir və girovlar müayinə olunub. Hər hansı bir fərq qoyulmadan əsir və girovlara münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi müşahidə olunub.

Hərbi əsirlər, o cümlədən girovlar onlarla rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, humanist münasibətə görə təşəkkürlərini bildiriblər.

"Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində əsir və girovların vəziyyəti, hüquqlarının təmini məsələsi araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.

Təəssüflər olsun ki, Ermənistan Respublikası tərəfindən bu yanaşma göstərilmir. Azərbaycanlı mülki şəxslərə, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub", - məlumatda qeyd edilib.


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!