Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 7-12-2015, 12:42
Ürək xəstəliklərinin səbəbi



Dünyada 7 milyondan çox insan ürək xəstəliyindən əziyyət çəkir. Onların 60 faizi müxtəlif yaş qrupuna daxil olan kişi və qadınlar olsa da, 40 faizi məhz elə gənclərdir. Ürək xəstəliyinin əksəriyyəti ölümlə nəticələnir. Belə ki, fərziyyələrə görə, hər il dünyada 4 min insan müxtəlif ürək xəstəliklərindən dünyasını dəyişir.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ürək xəstələri arasında gənclər üstünlük təşkil edirlər.

Onlar arasında ən çox ürəyin işemik xəstəliyinə təsadüf edilir. Bu xəstəlik ürəyin qan dövranının pozulması nəticəsində əmələ gəlir. Pozulma zamanı ürəkdə çatızmazlıq baş verir, miokardinin (ürək əzələsinin) qana ehtiyacı lazımı dərəcədə ödənilmir və o işemiyaya (qansızlığa) məruz qalır. Gənclərdə bu xəstəliyin əmələ gəlməsinə tütün məhsullarından istifadə, alkoqolizm, yüksək kalorili qida, gərgin zehni və fiziki iş, ailədə və cəmiyyətdə konfliktlər, stres səbəb olur. Ürəyin işemik xəstəliyi kəskin və xroniki formada ola bilər. Kəskin formaya mikroinfarkt, ağır stenokardiya və qəfləti ölümlə nəticələnən xəstəliklər aid edilir. Xroniki forma isə vaxtaşırı və ağırlaşmasız keçən stenokardiya tutmaları ilə müşahidə olunur.

Ürəyin işemik xəstəliyinin dörd əsas forması var. Bunlar stenokardiya, miokard infarktı, keçid və ağrısız formalardır. Stenokardiya və ya döş inağı forması ürək qan dövranının qısa müddətli çatızmazlığı nəticəsində baş verir. Bu döş sümüyü arxasında ağrı tutmaları ilə müşahidə olunur.

Bu xəstəlikdə sklerozlaşan (qalınlaşan) damarların daralması nəticəsində ürəyin qana olan tələbatı lazımınca ödənmədiyindən stenokardik tutmalar baş verir. Bu tutmaların əmələ gəlməsinin digər səbəbi isə damar çatızmazlığı nəticəsində ürəyin qidalanmasının pozulmasıdır. Stenokardiya əsasən gənclərdə gərginlik zamanı meydana gəlir. Xəstəliyin özü də gərginlik və sakitlik formalarına ayrılır. Gərginlik stenokardiyasında xəstə hərəkətdə olan zaman döş sümüyü arxasında sıxıntı və ağrılar müşahidə edilir. Ağrı sol qola və kürək nayihəsinə vurur. Bəzən xəstəyə elə gəlir ki, sinəsində ağır yük var və ya əllə sıxırlar. Ağrılar bəzən qısamüddətli olur, əksər hallarda isə 30 dəqiqəyə kimi davam edir. Sakitlik stenokardiyasında isə ağrılar zəif olur və dərman qəbul etmədən keçir.

İşemik xəstəliyinə ən çox yeniyetmə dövründə rast gəlinir. Bu zaman gənclər hətta xırda ocaqlı infarkt da keçirə bilərlər. Belə xəstələrdə dəri rəngi solğun olur, tez-tez tərləmə, boğulma halları müşahidə edilir. Bəzən isə bu, ürək şoku verir. Belə halda aparılan müalicə nəticə vermir. Bu, nadir hallarda ölümlə də nəticələnə bilir.

Miokard infarktı

Miokard infarktı gənclərdə kəskin ürək çatızmazlığının ən ağır forması hesab edilir. Bu formada damarlardakı qan dövranı kəsilir və ürək əzələlərinin müəyyən hissəsində kəskin nekroz (çürümə) baş verir. Miokard infarktının əmələ gəlməsinə əsasən ürək damarlarının aterosklerozu (daralması) səbəb olur. Ateroskleroza uğramış tac damarların uzunmüddətli spazmı ürək əzələsinin həmin hissəsinin qansızlaşmasına və çürüməsinə aparıb çıxarır. Miokard infarktına kişilərdə daha çox təsadüf edilir.

Ürək xəstəliyinin geniş yayılan miokardik forması isə ürək əzələsinin iltihabı nəticəsində ortaya çıxır. Onun yaranmasında müxtəlif amillər - zəhərlənmə, mikrob, allergiyalar əsas rol oynayır. Xəstə daha çox tənginəfəslikdən şikayətlənir. Dəri örtüyü solğunlaşır, temperatur yüksəlir, bədənin bəzi hissələrində şişkinlik müşahidə olunur. Xəstə tez-tez ağırlaşır, özünü pis hiss edir. Orqanizmin temperaturu gah artır, gah da azalır. Boyun venaları şişir, ürək kütlüyünün hüdudları böyüyür.

Ürək qüsurları

Ürək xəstəliklərinin tez-tez təsadüf edilən formalarından biri də ürək qüsurlarıdır. Qüsurlar müxtəlif amillərin təsirindən ürək qapaqları və arakəsmələrinin zədələnməsi nəticəsində əmələ gəlir. Ürək qüsurları anadangəlmə və qazanılmış olur. Qazanılmış qüsurlar revmatizmdən və miokarddan sonra yaranır. Ürək qüsurlarından biri də ürək qapaqlarının çatışmazlığıdır. Ürək qapağının biri olmadıqda buna sadə, ikisi çatışmadıqda mürəkkəb, eyni zamanda bir neçəsi çatışmadıqda və daralması olanda buna kombinə edilmiş qüsurlar deyilir. Qazanılmış qüsurların müalicəsi nəticə verir. Anadangəlmə qüsurların (parok) müalicəsi isə mümkünsüzdür. Bunu sadəcə əməliyyat vasitəsilə aradan qaldırmaq mümkündür.

Ürək xəstəliyinə hava dəyişikliyi də təsir edir. Ürək xəstələri ən çox yaz və payız mövsümündə əziyyət çəkirlər. Bu vaxt onların daha çox təzyiqdən şikayətləri olur. Təzyiq gah düşür, gah da qalxır.

Alimlərin araşdırmalarına görə, gənclərdə ürək xəstəliklərinin yaranmasına səbəb olan amillər sırasında internet birinci yerdə durur. Həkimlərin sözlərinə görə, infarkt keçirmiş 50 yaşı olan bir insanın tez sağalma ehtimalı böyükdür. Ancaq gənc yaşda infarkt ölümlə nəticələnir.

Ev şəraitində özünüzü müalicə edin

Ev şəraitində qidanıza diqqət edərək, ürəyinizi daima sağlam saxlaya bilərsiniz. Müxtəlif hallarda baş verən ürək narahatlıqlarının qarşısını almaq üçün:

· Ürək-damar çatızmazlığı halında bal və ya zirinc şərbətindən istifadə etmək yaxşıdır. Bunun üçün zirincə su, şəkər tozu qatıb, qatı şərbət bişirin. Gün ərzində 30-150 qram qəbul edin.

· Ürəyi xəstə olanlar çay əvəzinə pişikotu və sümürgən çiçəyini dəmləyib içsələr, yaxşı olar. 10 qram pişikotu kökünü 0,5 litr suda dəmləyib, gündə 3 dəfə, hər dəfə 1 qaşıq olmaqla için. Eyni zamanda meyvə şirəsi (alma, heyva və üzüm şirəsi) ürək üçün faydalıdır.

· Cirə yemək tənginəfəsliyin qarşısını alır. Onu süsən kökü ilə qaynadıb içmək, faydalıdır. Həmçinin tənginəfəslik üçün quru əncir şirəsindən, heyva suyundan və ilıq halda olan üzüm sirkəsindən istifadə etmək yaxşıdır.

· Ürəkgetməsi olanlara süsən iyləmək məsləhət görülür. Turş narın suyunu çıxarıb, yarısı qədər şəkər tozu əlavə edib için.

· Ürək üçün faydalı olan türkəçarələrdən biri də şirin badam yağı içməkdir.

· Ürək üçün sınanmış dərmanlardan biri də heyvadır. Heyvanın qabığını soyub, içini təmizləyəndən sonra onu əzib, suyunu çıxarır və süzüb bir gecə saxlayır, sonra isə ona bal və şəkər qatıb istifadə edirlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!