16-11-2021, 13:33
Kəlbəcər və Laçın istiqamətində təxribat törədən erməni hərbçilər SAXLANILDI

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Qeyd edək ki, noyabrın 16-sı saat 11:00 radələrində Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində genişmiqyaslı təxribat törədib. Hadisə nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Bütöv.az
15-11-2021, 19:00
Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərin toplantısı keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda keçirilən təlim-metodiki toplantıya Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən gənc zabitlər cəlb edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılması və xidmətə düzgün istiqamətləndirilməsi üçün toplantının planına uyğun olaraq real döyüş şəraitinə yaxın məşğələlər təşkil edilərək keçirilib.

Müxtəlif hərbi ixtisaslar üzrə praktiki bacarıqları yoxlanılan gənc zabitlər nəzəri dərslərdə də iştirak ediblər. Nəzəri dərslərdə əsas diqqət şəxsi heyətin psixoloji hazırlığına və 44 günlük Vətən müharibəsində düşmənlə informasiya qarşıdurması zamanı qazanılan nəticələrə yönəldilib.

Toplantıya cəlb edilmiş zabitlərdən ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb, zabitlərin fiziki dözümlülüyü yoxlanılıb.

Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə gənc zabitlərin yüksək nəticələr göstərdikləri qeyd edilib və toplantının əhəmiyyətindən danışılıb.




Bütov.az
15-11-2021, 10:44
Azərbaycan Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaradır

Bu gün yerli vaxtla saat 00:00-dan etibarən Azərbaycan tərəfi Qafan-Çakaten avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində nəzarət-buraxılış məntəqəsi yaradır.

Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Mənbə: News.am

Bütov.az
12-11-2021, 13:08
Hikmət Həsənovla nə baş verir?

General-mayor Hikmət Həsənov özü Prezidentin Zəfər Günündə Şuşada hərbçilərlə görüşündə iştirak etməməsinin səbəbini açıqladı. Bu, obyektiv səbəbdir. İnsan müalicəsi ilə məşğuldur. Müdafiə Nazirliyi lazım bilsə idi, onunla bağlı müəyyən açıqlama yayardı.

Bu sözləri Axar.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov general-mayor Hikmət Həsənovla bağlı yayılan müxtəlif xəbərlərə münasibət bildirərkən deyib.

“Son günlər bir neçə il əvvəl baş vermiş neqativ hadisələrlə bağlı şayiələr yayılıb, orada da Hikmət Həsənovun adı hallanır. H.Həsənov Azərbaycanda sıravi insan deyil, generaldır, düşünmürəm ki, onunla bağlı nəyisə gizlətmək mümkün olsun. Hər hansı bir şey olsaydı, rəsmi şəkildə elan edilərdi və burda gizlədəcək heç nə yoxdur”, - ekspert bildirib.

Ü.Cəfərov general-mayor H.Həsənovun Ağdam istiqamətində minaya düşməsi ilə bağlı xəbərin yeni yayılmasına isə bu cür aydınlıq gətirib:

“Həmin vaxt müharibə gedirdi, ola bilsin, məqbul sayılmayıb. H.Həsənov ürəyindən əməliyyat keçirib, ürəyinə stend qoyulub və döyüşlərdən artıq qayıdıb, indi o xəbərin yayılmasının heç bir narahatlığı yoxdur. Sadəcə bəzi insanlar bizdə sensasion xarakterli məlumatları istədikləri formada təqdim etməyi sevirlər ki, auditoriya toplasınlar. Bunu qətiyyətlə pisləyirəm. İnformasiya müharibəsində boşluğa yol verməməliyik. Şayiələrin qarşısını almaq üçün sərt addımlar atmaq lazımdır. Əsgərlərimiz gecə-gündüz ayaqüstə, canları-qanları ilə xidmət edir, ancaq təəssüf ki, kimlərsə bekarçılıqdan evdə kompüter arxasında müəyyən dezinformasiyalar, şayiələr yayır. Son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq”.

Butov.az
11-11-2021, 17:43
Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışları icra edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarıldıqdan sonra təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Atəşin idarəedilməsi və digər məsələlər məşq etdirilərək hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.



Butov.az
10-11-2021, 10:57
Vətən Müharibəsindən real döyüş kadrları - VİDEO

Azərbaycanın düşmən üzərində Zəfərin birinci ilini qeyd etdiyi bu günlərdə Vətən Müharibəsi günlərinə aid döyüş kadrları yayımlanıb.

Kadrlar DSX-nin hazırladığı “Əsrə bərabər il” sənədli filmində yer alıb.
Həmin görüntüləri təqdim edirik:





Butov.az
10-11-2021, 10:35
Zakir Həsənov polkovnik-leytenantı işdən çıxardı

“Azərbaycan Ordusu” qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub.

Hələlik “Azərbaycan Ordusu” qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Butov.az
9-11-2021, 17:55
Zakir Həsənov Moskvaya getdi

Noyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Butov.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

İclas noyabrın 10-da keçiriləcək.
9-11-2021, 13:11
Akar şəhidimizlə bağlı xatirəsini danışdı:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında kövrək anlar yaşayıb. Akar Vətən Müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevlə arasında keçən söhbəti xatırlayaraq göz yaşlarını tuta bilməyib:
“Təlimlər zamanı onunla söhbət edərkən övladımızın “bu təlimlər, uğurlar vacibdir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir” sözlərini dedikdən sonra müharibədə yaralanması, yaralı ikən xəstəxanada "verdiyim sözü tutdum" deyərək şəhid olması mənalı, vacib və dəyərli xatirədir. Şəhidlərimizin və qazilərimizin ailələrinin heç bir şəkildə incidilməməsi üçün biz Türkiyə olaraq, siz də burada Azərbaycan olaraq hər cür fədakarlığı göstərdik və göstərməyə davam edirik. Onların rahat və dinc olmaları bizim üçün çox önəmlidir. Onlara qarşı hər hansı bir hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunun əksi davranış isə mütləq millətimizin qəlbində mühakimə olunar, qəbul edilməz və lazımi reaksiyanı alar.
Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əzəli qardaşlığı!".
9-11-2021, 11:53
Azərbaycandakı türkiyəli hərbçilərin xidmət müddəti uzadılır

Türkiyə ordusunun hərbçilərinin Azərbaycandakı xidmət müddətinin uzadılması ilə bağlı Rəcəb Tayyib Ərdoğanın imzaladığı memorandum Parlamentə təqdim edilib.

“Haber Global” məlumat verir ki, qanun layihəsinin bu gün Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində müzakirəyə çıxarılması planlaşdırılır.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
Qırmızı işıqda keçən “Range Rover” dəhşətli qəza törətdi - VİDEO

Bakının mərkəzində avtomobilin aşması ilə nəticələnən dəhşətli qəza baş verib.

Bütöv.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən anlaşılır ki, Bülbül prospektində “Range Rover” markalı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, onun digər avtomobillə toqquşmasının səbəbi yüksək sürətlə qırmızı işıqda keçməsi olub.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.(Unikal)



All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!