Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 23-07-2015, 11:18
İranla əldə olunan razılaşma neftin qiymətinə təsir edə bilərmi?
Ceyhun Piriyev


İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların müsbət nəticə verməsindən ekspertlərin neftin bazar qiymətinin kəskin şəkildə azalacağı ilə bağlı proqnozları yayılıb.
Məhz bu proqnozlar ətrafında müxtəlif versiyalar səsləndirilir, perspektivlərlə bağlı fikirlər irəli sürülür.
Bununla belə, xam neftin qiymətinin kəskin ucuzlaşacağı ilə bağlı verilən proqnozlar demək olar ki, elə ciddi arqumentlərə əsaslanmır. Çünki hazırda neftin qiymətinin enməsini İranın neft bazarına qayıtması ilə əlaqələndirirlər ki, bunun da yaxın zamanlarda baş verməsi mümkün deyil. Belə hesab edilir ki, İran sanksiyalardan azad olmasından dərhal sonra bazarlara böyük həcmlərdə neft çıxacaq ki, nəticədə tələb təklifi daha da üstələyəcək və bu, qiymətin enməsində yeni mərhələ olacaq.
Qeyd edək ki, hazırda İran gündəlik olaraq sanksiyalardan yayınmaq məqsədilə qazkondensatı və müxtəlif yanacaq adı altında 200-300 min barrel neft satır.
Ekspertlər isə bildirirlər ki, dünya neft ehtiyatlarına görə 4-cü yerdə olan İranın hasilatı artırması külli miqdarda sərmayə tələb edir. Eyni zamanda, ölkədə hasilatına fasilə verilmiş yataqların bərpası üçün istifadə olunan müasir texnologiyaların tətbiq edilməsi külli miqdarda maliyyə vəsaitinə başa gələn xüsusi infrastrukturun yaradılmasını tələb edir. Hazırkı reallığı, yəni neftin indiki qiymətlərini nəzərə alsaq, bunu tezliklə gerçəkləşdirmək elə də asan başa gələn proses deyil. Üstəlik uzun müddətdən bəri neft hasilatında dünya liderləri olan Qərb şirkətləri ilə əlaqəni kəsən İranın ən yaxın zamanda xarici investorlar üçün etibarlı ölkə imici qazanacağı, dünya bazarlarında neftinə müştəri tapacağı da asan olmayan proseslərdən biridir.
Bundan əlavə, 1960-cı ildə təbii sərvətləri, iqtisadi inkişafı qorumaq, beynəlxalq inhisarlardan müdafiə olunmaq məqsədilə yaradılmış Neft İxrac Edən Ölkələr təşkilatına (OPEK) daxil olan ilk dövlətlərdən olan İranın kvotanı Səudiyyə Ərəbistanının razılığı olmadan artırması da real
görünmür. İranın OPEK daxilindəki payı sanksiyalar ilə birlikdə son 4 il ərzində böyük səviyyədə aşağı düşərək 2,2 milyon barreldən 1 milyon barrelə enib. İran OPEK-dən ümumi hasilat kvotasını azaltmağı istəsə də Səudiyyə Ərəbistanı iyunda gündəlik 10,56 milyon barrel neft hasil edib ki, bu da bir il əvvəlki göstəricidən 200 min barrel çoxdur.
Ümumilikdə, daha çox siyasi amillərə həssas olması ilə seçilən xam neft bazarında olanları proqnozlaşdırmaq elə də asan deyil. Heç bir iqtisadi dəyərləndirməsi olmayan xam neftin qiyməti tarixən dəyişkən olub və bu proses indi də davam edir. Lakin ABŞ-ın neft idxalından asılılığına son qoyması, hətta bazara neft çıxarması, qlobal iqtisadi artımın proqnozlardan az olması, bunun fonunda dünyanın ən böyük neft istehlakçısı olan Çində neftə tələbatın azalması bazara təsirini göstərir. Bununla belə, mütəxəssislər 2017-ci ilə qədər neftin qiymətinin 80-90 dollar arasında dəyişəcəyini proqnozlaşdırırlar.
İran İslam Respublikasının yaxın zamanlarda qaz bazarına daxil olmasını da gözləmək mümkün olmaya bilər. Dünyanın aparıcı reytinq agentliklərindən olan “Fitch” öz hesabatında bildirib ki, dünyada qaz ehtiyatlarına görə ikinci olan İran yalnız uzunmüddətli perspektivdə dünyanın aparıcı qaz ixracatçısı ola bilər.
“Fitch” reytinq agentliyinin ekspertləri hesab edirlər ki, hətta sanksiyaların aradan qaldırılmasından sonra İrana ən azı 5 il vaxt lazımdır ki, qaz hasilatını artırsın və ixracat üçün lazımı boru kəmərləri inşa etsin.
Belə ki, İran beynəlxalq sanksiayaların aradan qaldırılmasından sonra bir sıra qaz kəmərləri inşa etməyi planlaşdırır. Məsələn, İran ötürmə gücü ildə 35 milyard kubmetr olan İGAT-9 kəməri ilə Cənubi Fars yatağından Türkiyə vasitəsilə Avropaya qaz nəqlini planlaşdırır.
“Fitch” hesabatında qeyd edib ki, hazırda Türkiyədə Avropa bazarına qaz nəqli üçün tranzit boru kəmərləri yoxdur. Agentlik qeyd edir ki, Türkiyədə inşaat mərhələsində olan yeganə qaz boru kəməri Transanadolu qaz kəməridir ki, onun da ötürmə gücü ilkin mərhələdə 16 milyard kub metr olacaq. Bu kəmər ilə 10 milyard kubmetr Azərbaycan qazı Türkiyə vasitəsilə Yunanıstan və İtaliyaya Trans Adriatik boru kəməri ilə ixrac ediləcək.
Bununla belə, TAP və TANAP kəmərlərinin İran qazını qəbul etməsi üçün onların gücü artırıla bilər. Lakin ekspertlərin hesablamalarına görə, kompressor stansiyalarının inşasına və İranda təbii qaz hasilatının artırılmasına bir neçə il vaxt sərf olunacaq. Bura LNG layihələrinin inkişafı da daxildir ki, bu daha bahalıdır və çox vaxt aparacaq. Mütəxəssislər bildirirlər ki, İran LNG ixracına 2020-ci ilin ortalarından tez başlamayacaq.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!