QHT Şabranda tədbir keçirib .....                        Ermənistanda nazir istefa verdi .....                        Kılıçdaroğlu Ərdoğana uduzdu - Təzminat ödəyəcək .....                        Litvalı diplomat Rusiyadan qovuldu .....                        Qaytarılan hərbçilərə işgəncə verilməyib - Ermənistan rəsmisi .....                        Dilənçiyə qarşı kobudluq edən 2 polis işdən çıxarıldı .....                        Türkiyədə yenidən meşə yanğınları başladı .....                        Qarabağda 148 min hektar ərazi təhlükəlidir - ANAMA .....                        Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir .....                       
4-10-2022, 22:46
“Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir


“Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir – FOTOLAR

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir.


Birliyin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, indiyədək layihə çərçivəsində hazırlanmış videoçarxların ümumilikdə 17 şəhər və rayonda, 1000-ə yaxın gəncin iştirakı ilə təqdimatı baş tutub. Anım Günü çərçivəsində keçirilən təqdimatların 8 Noyabr – Zəfər Gününədək respublikamızın bütün bölgələrini əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, “Müzəffər Əsgərimiz” layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini dərin ehtiramla yad etməkdir.

23-09-2022, 19:57
QHT YENİ LAYİHƏYƏ START VERİB


QHT YENİ LAYİHƏYƏ START VERİB

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İstedadlı məktəblilərin üzə çıxarılması və inkişafına dəstək” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusi qabiliyyətə malik yeniyetmə və gənclərin cəmiyyətə tanıdılması, onların intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması məqsədilə “chevik.az” saytının yaradılması və onun fəaliyyətinə layihə iştirakçıları olan məktəblilərin fəal şəkildə cəlb edilməsi nəzərdə tutulub.
İctimai Birliyin sədri Könül Quliyeva layihənin məqsədini bu cür əsaslandırır: “Xüsusi istedada malik olan məktəblilər adətən orta məktəbdə yüksək bilik və bacarıqlar əldə edib təhsillərini ali məktəblərdən birində davam etdirmək arzusundadırlar.
Onlar mütəmadi olaraq məktəblilər üçün keçirilən fənn olimpiadalarında, bilik müsabiqələrində fəal iştirak edir, yüksək yer tutmağa cəhd göstərirlər. Onların bilik və bacarıqları, xüsusi qabiliyyətə malik olmaları barədə məlumatlar, bir qayda olaraq, ailə və məktəb hüdudlarından kənara çıxmır, həmyaşıdlarına, ümumilikdə isə cəmiyyətə yetərincə təqdim edilmir və təbliğ olunmur.

Nəticədə xüsusi qabiliyyət itirilmiş, istedadlı gənc unudulmuş olur. Nəzərə alaq ki, xüsusi qabiliyyətə malik məktəblilər elə məktəb illərində öz istedadlarını təbliğ və inkişaf etdirməyə dəstək ala biləcəkləri təqdirdə onlar nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə öz bilik və bacarıqları, kəşfləri və ixtiraları ilə məşhurlaşa bilərlər. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə dünyanın bir çox ölkələrində xüsusi qabiliyyətə malik yeniyetmə və gənclərin cəmiyyətə tanıdılması, onların intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir və bu təcrübədən faydalanmaqla ölkəmizdə insan kapitalının zənginləşməsinə dəyərli töhfə vermiş olarıq”.
QHT sədri yeni saytda davamlı olaraq “Elm və texnika yenilikləri”, “Azərbaycançılıq: tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz”, “Sağlam həyat tərzi”, “Dahilər və tanınmışlar”, “İdeyalar bankı” və digər rubrikaların layihə iştirakçıları olan məktəblilərin özləri tərəfindən idarə ediləcəyini bildirib. Qeyd olunub ki, bu cür yanaşma gənclərə istedadlı həmyaşıdlarını cəmiyyətə tanıtmaq bacarığnı aşılamaqla yanaşı, onlarda sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin formalaşmasına, asudə vaxtlarının səmərəli və faydalı təşkilinə köməklik göstərə bilər.
Təşkilat sədrinin sözlərinə görə, bu ilin sentyabr-noyabr aylarında icra ediləcək layihə Bakı Şəhər Baş Təhsil İdarəsinin əməkdaşlarının, layihə iştirakçıları olan istedadlı məktəblilər və onların müəllimlərinin, Agentlik və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək dəyirmi masa ilə yekunlaşacaq.
Layihə çərçivəsində yaradılacaq “chevik.az” saytının fəaliyyəti isə davamlı olacaqdır.
Redaksiya
22-09-2022, 22:28
İki qurum arasında müqavilə imzalanıb


İki qurum arasında müqavilə imzalanıb

Qovlar Şəhər Bələdiyyəsi ilə Müvəkkil Hüquq Mərkəzi arasında müqavilə bağlanıb.
Bu barədə Butov.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.
S.Vəkilov bildirib ki, Qovlar Şəhər Bələdiyyəsi ilə aramızda bağlanan müqaviləyə hüquqi xidmətlərin göstərilməsi, o cümlədən Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarında təmsilçilik, beynəlxalq əlaqələrin qurulması daxildir.
Müqaviləni Qovlar Bələdiyyəsinin sədri Rövşən Əsgərov və “Müvəkkil Hüquq Mərkəzi” sədri Səməd Vəkilov imzalayıblar.




18-09-2022, 12:04
İctimai Birlik şəhid anaları və qaziləri bir araya topladı

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi şəhid anaları və qaziləri bir araya topladı.
Bu həssas dönəmdə baş tutumuş görüşün məqsədi Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin əziz xatirəsini bir daha yad etmək, şəhid analarına dərin hörmət və ehtiramı ifadə etmək, döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə mənəvi dəstək göstərmək idi.



Tədbirdə son günlər işğaldan azad edilmiş ərazilərlə düşmənin təmas xəttində baş vermiş hadisələrə münasibət bildirildi, erməni silahlı qüvvələrinin tör-töküntülərinin törətdikləri təxribata rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməlliyatı ilə layiqli cavab verildiyi qeyd edildi. 44 günlük Vətən müharibəsinin acılarını son hadisələr nəticəsində bir daha yaşamış şəhid anaları igid övladları ilə fəxr etdiklərini, Vətən sevgisi ilə şəhidlik zirvəsinə ucalmış oğullarını sadiq və ləyaqətli vətəndaş kimi boya-başa çatdırdıqlarından böyük qürur hissi keçirdiklərini dilə gətirdilər, şəhid ailələrinə göstərilən dövlət qayğısından dərin minnətdarlıq hissi ilə söz açdılar. Döyüş xatirələri ilə bölüşən qazilər müharibədə sağlamlıqlarını itirsələr də hər an döyüşə hazır olduqlarını, Vətəni qorumağın hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildirdilər.



Nikbin əhval-ruhiyyədə keçirilmiş görüşdə iştirak edən QHT rəhbərləri və təmsilçiləri, İctimai Birliyin üzvləri və könüllüləri şəhid analarına öz dərin hörmət və ehtiramlarını ifadə edib, qazilərimizə şəfa dilədilər.
Hamılıqla “Ruhunuz şad olsun, şəhidlər! Başın sağ olsun, Vətən!” deyirik...
Və usanmadan bəyan edirik: “Qarabağ - Azərbaycandır!”
18-09-2022, 08:09
“İrəli” nin növbəti təcrübə proqramı


“İrəli” İctimai Birliyi 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir

“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir.
Birliyin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, təcrübə proqramında iştirak etmək istəyən gənclər qurumun Mətbuat, Layihələrlə iş, Təhsil və təlim, Beynəlxalq əlaqələr və Üzvlərlə iş katiblikləri, habelə “İrəli” Media Mərkəzi üzrə qeydiyyatdan keçə bilərlər. Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.
Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.
Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 22 sentyabr 2022-ci il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3RODpFs
12-09-2022, 20:57
QHT layihə çərçivəsində Tovuz rayonunda tədbir keçirib


QHT layihə çərçivəsində Tovuz rayonunda tədbir keçirib - FOTOLAR

QHT layihə çərçivəsində Tovuz rayonunda tədbir keçirib - FOTOLARAzərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi "Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi" layihəsi çərçivəsində Tovuz rayonunda tədbir keçirib.

Tovuz Rayon Gənclər Evində baş tutan görüşdə otuza yaxın şəhid ailəsi və qazilər iştirak edib.
Layihə rəhbəri Səməd Vəkilov rəhbərlik etdiyi Müvəkkil Hüquq Mərkəzinin şəhid ailələri və müharibə iştirakçıları ilə işləməkdə böyük təcürbəsi olduğunu uzun illər bu sahədə davamlı olaraq fəaliyyət göstərdiyini bildirdi.

S.Vəkilov qeyd etdi ki, Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də məhz şəhid ailələri, müharibə iştirakçılarına, qazilərin hüquqlarının təmin olunmasıdır.

O, bildirib ki, təsadüfi deyil ki, Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hər il bu sahəni dəstəkləyən layihələr həyata keçirir.

Görüşdə iştirak edən Qovlar Şəhər Bələdiyyəsinin sədri Rövşən Əsgərov şəhid ailələri və müharibə iştirakçılarına qayğı göstərməyin hər bir kəsin borcu olduğunu bildirdi. R.Əsgərov bu kateqoriyadan olan həssas təbəqəyə qayğı göstərilməsində dövlət qurmları, Qeyri-Hökümtət Təşkilatları və bələdiyyələrin öz gücünü birləşdirməsinin faydalı olacağını bildirdi.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Azər Fərmanzadə layihənin vacibliyini qeyd edərək sözügedən həssas sosial təbəqə ilə bağlı bu cür layihələrin davamlı olmasını səmərəli olacağnı bildirdi.

Tədbirdə Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu iştirakçıları maraqlandrıran suallara cavab verdi. Layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər təqdim edildi. Hüquqi yardıma ehtiyacı olan şəxslərin qeydiyyatı aparılaraq layihə çəçivəsində hüquqi yardımlar göstəriləcəyi barədə məlumat verildi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon təşkilatının sədri Tofiq Rəhimov və təşkilatın fəxri üzvü Əsgər Əsgərov, Fərrux Hacıyev, Rahim Qədimovda iştirak ediblər.
6-09-2022, 21:34
Gənc sosial işçilər üçün təlim proqramının 3-cü mövsümünə tələbə qəbulu elan edilir


Gənc sosial işçilər üçün təlim proqramının 3-cü mövsümünə tələbə qəbulu elan edilir

“İrəli” İctimai Birliyi gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” təlim proqramının üçüncü mövsümünə tələbə qəbulu elan edir.
Butov.az xəbər verir ki, 3 aylıq təlim proqramı çərçivəsində seçilmiş gənclər bu sahənin peşəkar mütəxəssisləri tərəfindən müxtəlif təlim və görüşlərdə iştirak edərək, öz biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar.
Ümumilikdə 75 akademik saatı əhatə edən proqram boyunca sosial işçi təcrübələri, empatiya burulğanı, ahıllar, əlilliyi olan şəxslər, qazilər, bullinqə məruz qalmış uşaqlar, sağlamlıq imkanı məhdud uşaqlarla sosial iş, sosial psixologiya, effektiv ünsiyyət, stressin idarə edilməsi və digər mövzularda təlimlər keçiriləcək. Həmçinin proqram müddətində müxtəlif sosial xidmət müəssisələrinə səfərlər də nəzərdə tutulub.
Həyata keçirilən proqramın əsas məqsədi gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır.
Qeyd edək ki, təlim proqramının ilk iki mövsümündə ümumilikdə 100-ə yaxın gənc iştirak edib. Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3ejWC2Z
1-09-2022, 23:08
QHT layihəyə start verdi

QHT layihəyə start verdi

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi QHT Agentliyinin maliyə dəstəyi ilə “Vətən sənə canım fəda” mövzulu layihəsinə sentyabrın 1-dən start verib. Layihənin məqsədi Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Al Baş Komandanı İlham Əliyevin uğurlu hərbi-siyasi manevrlərini, Zəfər tariximizi yeniyetmə və gənclərə doğru düzgün anlatmaq;
44 günlük müharibəyə qədər, əsasən də XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırmaq;
Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, hüquqi dövlət quruculuğunun daha da inkişaf etdirilməsinə informasiya dəstəyi verməkdir. (01 sentyabr-01 noyabr 2022-ci) layihə iki ay ərzində icra olunacaq.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti.
1-09-2022, 22:51
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi  növbəti layihəsinin icrasına başladı


“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi
növbəti layihəsinin icrasına başladı


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsinə start verildi. İki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində Azərbaycan kəlağayısından bəhs edən “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli flim çəkiləcək.
27-08-2022, 11:10
QHT-lərin Laçına səfəri təşkil olunacaq


QHT-lərin Laçına səfəri təşkil olunacaq

Yaxın gələcəkdə azad edilmiş bütün ərazilərə, o cümlədən Laçın rayonuna qeyri-hökumət təşkilatlarının səfərləri təşkil olunacaq. Ordum.az QHT.az-a istinad edərək xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, belə ərazilərdə yeni QHT-lərin yaradılması, vətəndaşların ictimai fəallıq göstərməsi, insanların ictimai iştirakı olarsa baxılacaq.
"Bu gün səhər saatlarından Laçının Azərbaycan Ordusunun nəzarəti altına keçməsi xəbərindən sonra bir çox vətəndaş cəmiyyəti ölkə başçısına təşəkkür etmək üçün müraciət etdi. Biz də onlara şərait yaratdıq ki, təşəkkürlərini məhz ofisimizdə keçirilən toplantıda bildirsinlər. Biz mübaliğəsiz deyə bilərik ki, son 200 ildə Azərbaycan öz tarixinin ən şanlı səhifələrini bu qələbələrdən sonra yaşayıb. Artıq azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri həyata keçirilir. Biz də vətəndaş cəmiyyəti təsisatı olaraq bu işlərə öz töhfəmizi vermək fikrindəyik", - A.Əliyeva bildirib
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!