Gürcüstanda MSK işçilərinə təhdid .....                        Müharibəyə hazırıq - İran XİN-dən mesaj .....                        Pekindən Avropa İttifaqına xəbərdarlıq .....                        Baydenin Almaniyaya "vida" səfəri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək .....                        Hava limanına ildırım düşdü - Yaralı var .....                        Ermənistanda hərbçi güllələndi .....                        İBTİDAİ HAZIRLIQ KURSU .....                       
28-02-2024, 18:54
“Belə tədbirlərin ümumrespublika səviyyəsində təşkil edilməsi daha faydalı olardı” – QHT sədri


“Belə tədbirlərin ümumrespublika səviyyəsində təşkil edilməsi daha faydalı olardı” – QHT sədri

"Ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədilə "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilir. Təəssüf ki, bu tədbirlərin əhatə dairəsi geniş deyil”.
Bu fikriləri "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri Könül Quliyeva açıqlamasında bildirib. QHT sədri qeyd edib ki ölkədə 50-yə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi halda 2019-cu ildə yalnız 14 ali məktəbdə belə tədbirlər təşkil olunmuşdur. Bu tədbirlərin hər il bütün ali təhsil müəssisələri, eləcə də orta ixtisas və peşə təhsili müəssisələri cəlb edilməklə iki dövlət qurumunun birgə təşkilatçılığı ilə ümumrespublika səviyyəsində təşkil edilməsinin daha faydalı olduğunu da vurğulayıb.
Qeyd edək ki, “Karyerada ilk addım” devizi altında məşğulluq tədbirlərində tələbə və məzunlar işəgötürənlərə şəxsi məlumatlarını təqdim edir, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanırlar. Bu tədbirlər zamanı təcrübə proqramlarında iştirak etmək istəyənlərin qeydiyyatı aparılır, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə iştirakçılara məlumatlar verilir.

Pərvanə FƏRHADQIZI
24-02-2024, 08:50
Türkiyədə işsizlərin sayı azalır


Türkiyədə işsizlərin sayı azalır

Türkiyədə işsizlik son 40 rübün ən aşağı səviyyəsinə - 8,8 faizə çatıb, işsizlərin sayı 137 min nəfər azalıb.
Butov.az xəbər verir ki, Türkiyə Statistika İdarəsi (TÜİK) 2023-cü ilin oktyabr-dekabr ayları üçün işçi qüvvəsi statistikasını açıqlayaq göstərib ki, əhali məşğulluğunda da artım olub. Ötən ilin oktyabr-dekabr aylarında məşğulluq 48,6 faiz olub, məşğul əhalinin sayı 195 min nəfər artıb.




23-02-2024, 15:11
“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.


“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.

22.02.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis mayoru Anar İbrahimov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik – leytenant Nəbi Nəcəfov, Yasamal rayon Polis İdarəsinin Veteranlar Şurasının Sədri Xanlar Ağayev, Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, “Miqrasiya sahəsinin inkişafı” İctimai Birliyin Sədri Vidadi Fətullayev və məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Məktəbin direktor səlahiyyətlərini icra edən Hüseynova Rəna çıxış edərək tədbirin məqsədindən, ölkə prezidentinin narkomaniya ilə mübarizədə gordüyü tədbirlərdən, gənclərə xüsusi qayğısından danışdı. Qeyd etdi ki, müasir gənclərimiz “bizim milli-mənəvi dəyərlərimizə sadiq , yad təsirdən uzaq, bilikli, savadlı, vətənpərvər insan” olmalıdırlar.
Polis mayoru Anar İbrahimov çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə nümunələr əsasında ətraflı məlumat verdi.
Vidadi Fətullayev öz çıxışında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğuladı.
Nəbi Nəcəfov gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdü, müəllimlərə, məktəblilərə müəyyən tövsiyələr verdi.
Sonda qonaqlar məktəb şagirdlərini maraqlandıran sualları cavablandırdılar.



22-02-2024, 08:41
Sakinlər yolsuzluqdan şikayətlənir


Sakinlər yolsuzluqdan şikayətlənir

Yasamal rayonundakı MAİN yaşayış kompleksində yaşayan sakinlər yolsuzluqdan şikayətlənirlər. Belə ki 10-dan artıq hündür mərtəbəli binanın həyətinə normal nəqliyyat yolu yoxdur. Oraya getmək üçün avtomobillər "Alatava" adlanan ərazidəki dolanbac dar küçələrdən keçməyə məcburdur. Digər alternativ yol Biləcəri qəsəbəsini dolanıb keçməkdən ibarətdir.
Bunlar azmış kimi, yaşayış kompleksinin girişində yenicə inşa edilmiş doqquz mərtəbəli bina sakinlərin piyada yoluna da ciddi əngəl yaradıb. Binanın birinci mərtəbəsində yeni açılan "Oba" marketin qabağında sutka boyu lövbər salmış maşınlar yolu keçilməz edib. Burada hər an ağır yol qəzası baş verə bilər. Hələ ki, əlaqədar qurumlar sakinlərin bu çətinliyini görməzdən gəlirlər.
17-02-2024, 11:58
R.T.Ərdoğan: ''Qəzzaya daha çox yardım etmək qardaşlıq borcumuzdur”


R.T.Ərdoğan: ''Qəzzaya daha çox yardım etmək qardaşlıq borcumuzdur”

Butov.az trt.net.tr saytına istinadla bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Giresundakı mitinqində çıxışında deyib: “'Qəzzada axan qanı dayandırmaq və İsrailin qətliamının qarşısını almaq istəyiriksə qardaş ölkələrlə əlaqələrimizi gücləndirməliyik. Birləşmiş Ərəb Əmirliklərinə və Misirə səfərimiz bu baxımdan çox uğurlu oldu. Dövlət başçıları ilə ticarət və investisiyalardan əlavə Fələstin məsələsini də müzakirə etdik. Hər iki ölkə ilə əməkdaşlığımızı gücləndirmək qərarına gəldik. Oktyabrın 7-dən Qəzzadakı qardaşlarımıza humanitar yardım materialları göndəririk. Bu mövzuda həmişə Misir səlahiyyətliləri ilə koordinasiyalı hərəkət etmişik. Misirin dəstəyi ilə bölgəyə 34 min tondan çox humanitar yardım göndərdik. Ramazan ayı yaxınlaşır və İsrailin Qəzzada törətdiyi qətliamlar artır. Məqsədimiz ən qısa zamanda atəşkəsi təmin etmək və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasıdır. Ramazan ayında Qəzzaya daha çox yardım etmək bizim qardaşlıq borcumuzdur. İnşallah, bu yardımın çatdırılması mövzusunda Misirlə əməkdaşlıq edəcəyik. Qəzza xalqının öz torpaqlarından sürgün edilməsinə qarşı da Misirlə birlikdə hərəkət edəcəyik”.
2-02-2024, 22:11
“İRƏLİ” İB Azərbaycan Gəncləri Gününü silsilə tədbirlərlə qeyd edib


“İRƏLİ” İB Azərbaycan Gəncləri Gününü silsilə tədbirlərlə qeyd edib

“İRƏLİ” İctimai Birliyi 2 Fevral – Azərbaycan Gəncləri Gününü silsilə tədbirlərlə qeyd edib.
Birliyin Mətbuat xidmətindən Butov.az-a məlumat verilib ki, tədbirlər planının keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətləri ilə gəncləri yaxından tanış etmək, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirlər çərçivəsində təşkilatın nümayəndə və üzvləri Fəxri xiyabanda dövlət gənclər siyasətinin banisi, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Təşkilat tərəfindən 30 yanvar tarixində “Gənclik İrəlidədir” həftəsi elan olunub. Tədbirlər planı çərçivəsində gənclərin asudə vaxtının səmərəli təşkili, müxtəlif sahələr üzrə panel görüşlər, sərgi, ekskursiya, konsert və digər kütləvi-mədəni tədbirlərin təşkili həyata keçirilir. 5 fevral tarixinədək davam edəcək tədbirlər vətənpərvərlik, yaşıl dünya, şəxsi inkişaf, Qərbi Azərbaycan, təhsil, tarix, mədəniyyət və idman istiqamətlərini əhatə edəcək.
Qeyd edək ki, 2 Fevral – Azərbaycan Gəncləri Gününədək Azərbaycan Xalça Muzeyində “Mədəni İrsimİZ”, Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgiləri baş tutub. Sərgilərlə yanaşı Azərbaycan Real Aykido Klubunun tərəfdaşlığı ilə özünümüdafiə təlimi, DİN İdman Cəmiyyətinin tərəfdaşlığı ilə isə əlbəyaxa döyüş təlimi həyata keçirilib. Qarşıdakı günlərdə bir sıra istiqamətdə görüş və təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
“İRƏLİ” İctimai Birliyin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “MədəniyyətimİZ” proqramının növbəti görüşü də 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub.
Görüş müddətində Xalq şairi Vahid Əziz Ulu Öndər Heydər Əliyevlə bağlı olan ən zəngin xatirələrdən, Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, yaradıcı sənayenin müasir tendensiyalardan söhbət açıb. Tədbir “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu”, “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: Yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirə ilə davam edib.




11-01-2024, 16:52
Yaşa görə pensiyaya çıxanların sayında azalma olacaq


Yaşa görə pensiyaya çıxanların sayında azalma olacaq

Yaşa görə pensiyaya çıxanların sayında azalma olacaq.
Buna səbəb qadınların pensiya yaşının artırılmasıdır.
Qadınların pensiya yaşının artırılması yaşa görə pensiyaya çıxanların sayının azalmasına səbəb olacaq. Bildirək ki, 2019-cu ildə yaşa görə 742 min insan pensiya alırdı. Bunun 466,8 min nəfəri qadınlar idi. 2023-cü ilin əvvəlində yaşa görə pensiya alanların sayı 696 min nəfərə, qadın pensiyaçıların sayı isə 404,5 min nəfərə enib.
Pensiya yaşının artırılmasından sonra qadınlar arasında yaşa görə pensiya alanların sayı bir qədər də azalacaq.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
4-12-2023, 15:40
Mina partlayışında əlil olanların şəhidlərlə sosial ödənişlərində fərq olmayacaq


Mina partlayışında əlil olanların şəhidlərlə sosial ödənişlərində fərq olmayacaq

Şəhidlərimizlə mina partlayışı nəticəsində əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq.
Bunu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşələr Festivalının final mərhələsində Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanlar, şəhidlərimiz və mina partlayışı nəticəsində yaralanaraq öz əzalarını itirənlərin, yəni əlillik qazanan şəxslərin statusunda hər hansı bir fərq yoxdur. Onlara sosial ödənişlər bərabər şəkildə şamil olunur” - deyə, nazir bildirib.
Qeyd edək ki, 2020-ci ilin noyabrından bu günədək ümumilikdə 197 mina hadisəsi baş verib. Bu partlayışlar nəticəsində mina qurbanlarının sayı 337-yə çatıb. Bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.
27-11-2023, 17:11
Sahil Babayev: “Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb”


Sahil Babayev: “Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb”

“Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur.
"Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub, dəfələrlə deyilib ki, sizə əlillik təyinatı düşmür. Amma insan bununla razılaşmaq istəmir, onların hüququnu tanıyırıq və gedib 2 aydan sonra yenidən sənədləri ilə müraciət edir. Bir daha qəbul edirik və cavabı yenidən bildiririk. Bu gün müharibə ilə bağlı 6300 şəhadətləndirilmiş vətəndaş olub. Şəhadətlənmə əlillik üçün yox, yüngül yaraya da verilir ki, ona birdəfəlik sosial sığorta ödənişi verilsin. Onlardan 4021 nəfərə əlillik təyin edilib. Psixi xəstəliklərlə əlaqəli əlillik təyinatında isə 4021 nəfərin 43 %-i məhz kəllə-beyin travması və bunun nəticəsində yaranan psixi pozuntularla əlaqəli vermişik”,- deyə nazir bildirib.
27-11-2023, 16:53
Nazir pensiya üçün kişi və qadınların yaşını açıqladı


Nazir pensiya üçün kişi və qadınların yaşını açıqladı

“Bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65, xanımlar üçün 63-dür”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Biz Milli Məclisə nazirliyin fəaliyyətinə dair hesabat təqdim edirik. Bu gün Azərbaycanda median pensiya 360 manata çatıb. Bu isə median əməkhaqqının 70%-dən azdır. Məbləğ olaraq götürəndə artım son 4 il ərzində 2,5 dəfədir. Kifayər qədər ciddi artım var. Orta pensiya üçün rəqəmlər də açıqlanıb. Cari il üçün 483 manat, növbəti il üçün yaşa görə pensiya 516 manat proqnozlaşdırılır. Median pensiya nəyə görə orta pensiyadan aşağıdır? Bu əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir”, - o bildirib.
Nazir deyib ki, hər kəs Azərbaycanda ən yüksək əmək haqları və pensiyalar olmasını arzulayır.
“Nominal rəqəmin yüksək olması hamımızın arzusudur. Nominal rəqəmin arzu etdiyimiz səviyyəyə çatmasını biz də istəyirik. Hələ o səviyyəyə çatmamışıq. Bunu bir günə etmək çox böyük çağırışlar, fəsadlar törədə bilər. Ona görə də dinamikaya baxmaq lazımdır", - deyə nazir bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!