Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
Tarix : 17-03-2025, 14:18
Xankəndi və Xocalıda  Novruz bayramına hazırlıq gedir-

Xankəndi və Xocalıda Novruz bayramına hazırlıq gedir- FOTOLAR

İşğaldan azad edilən Xankəndi şəhəri və Xocalı rayonunda Novruz hazırlıqları davam edir.
Yazın gəlişi ilə demək olar ki, hər yer yaşıl don geyinir, göy çəmənlər çiçəklərlə bəzənir. Təbiətin oyanışı, yaşıl zəmilərin boy verməsi, quşların xoş avazı könül oxşayır. Novruz bayramının gəlişi isə bu gözəlliyə daha bir həyəcan qatır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinindən verilən məlumata görə,bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndi şəhəri və Xocalı rayonunda Novruza hazırlıq işləri aparılır.
Bu günlərdə Xankəndi şəhərinin mərkəzində Novruza hazırlıq işləri davam edir.Şəhərin Zəfər meydanında Novruz bayramı öncəsi görülən hazırlıq işləri xüsusi ilə diqqət cəkir. Mərkəzi meydanda səməni qurulub. Burada müxtəlif bayram əhval-ruhiyəli şənlikərin keçirilməsi üçün hər çür şərait yaradılır. Bundan əlavə, şəhərdə müxtəlif güllər və kollar əkilib, ağaclar budanıb.
Həmçinin Zəfər meydanında iri bayram tonqalı quraşdırılıb və konsert proqramı üçün xüsusi konstruksiyalar quraşdırılır.
Xocalı şəhəri və Ballıca kəndində də novruza hazırlıq işləri görülüb. Şəhərdə Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səməni quraşdırılıb. Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar Xocalı şəhəri ərazisində abadlıq və təmizlik işlərini sürətləndirib.
Görülən işlər onu deməyə əsas verir ki, qarşıdakı günlərdə Xankəndi və Xocalıda əsl Novruz ab-havası yaşanacaq.





Paylaş



Bölmə: Sosial / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!