Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                       
29-08-2025, 16:31
Onlar da hərbi xidmətə çağırılacaq - Prezident sərəncam İMZALADI


Onlar da hərbi xidmətə çağırılacaq - Prezident sərəncam İMZALADI

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2007-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
29-08-2025, 16:23
Prezident icra baçısına şiddətli TÖHMƏT VERDİ


Prezident icra baçısına şiddətli TÖHMƏT VERDİ

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət elan edilib.
Bu barədə bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət alıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
29-08-2025, 16:12
İlham Əliyev “Qarabağ”la bağlı sərəncam imzaladı


İlham Əliyev “Qarabağ”la bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Butov.az-ınməlumatına görə, sərəncamda deyilir:

"1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

29-08-2025, 14:33
Sabah 38 dərəcə isti olacaq


Sabah 38 dərəcə isti olacaq

Sabaha gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 35-45% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək olacaq.
29-08-2025, 14:10
Baş nazir vəzifəsindən kənarlaşdırıldı


Baş nazir vəzifəsindən kənarlaşdırıldı

Tailandın Konstitusiya Məhkəməsi avqustun 29-u baş nazir Phetthonqthan Çinnavatı vəzifədən uzaqlaşdırıb.
Çinnavat etik normaları pozmaqda təqsirli bilinirb.
Məlumata görə, yayılan telefon danışığında P.Çinnavat Tailand ordusunun komandanını tənqid edib.
29-08-2025, 13:29
Şəhidimiz Kürdəmirdə dəfn edildi


Şəhidimiz Kürdəmirdə dəfn edildi

Avqustun 29-da Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Rizvan Qara oğlu Hacıyev Kürdəmir rayonunda dəfn olunub.
Əvvəlcə Kürdəmirin Qocalı kəndində vida mərasimi keçirilib. Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra itkin şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, R. Hacıyev 1993-cü ildə Füzuli rayonu istiqəmətində gedən döyüşlər zamanı itkin düşüb. Onun qalıqları Füzulinin Qacar kəndi yaxınlığında aşkarlanıb.
29-08-2025, 13:05
Əcnəbi turist Ermənistanda döyüş mövqeyinə getdi: araşdırma başladıldı


Əcnəbi turist Ermənistanda döyüş mövqeyinə getdi: araşdırma başladıldı

Ermənistanda döyüş mövqelərinə maneəsiz daxil olan İsveçrə vətəndaşı Sandro Şmidlə bağlı baş verən insidentlə əlaqədar xidməti araşdırmaya başlanılıb.
Bu haqda məlumatı Ermənistan mediası yayıb.
Məlumata görə, bu yaxınlarda Ermənistanda motosikletlə səyahət edən İsveçrə vətəndaşı Sandro Şmid səyahəti zamanı maneəsiz olaraq döyüş mövqelərindən birinə çatıb və orada Ermənistan hərbçiləri ilə qarşılaşıb.
İsveçrəli tərəfindən sosial şəbəkədə yayımlanan videoda görünür ki, xüsusi qorunan əraziyə qanunsuz daxil olan şəxsi saxlamaq əvəzinə hərbçilər onunla səmimi şəkildə söhbət ediblər. Videoda erməni əsgər Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqirlərlər səsləndirir.
Hazırda Müdafiə Nazirliyi insidentin bütün təfərrüatlarını araşdırır.


29-08-2025, 12:26
Təbrik edirik!


Təbrik edirik!

Əzizim, Gülgün bu gün sənin həyatında ikiqat sevincli gündür, həm doğum günün, həm də Elçi günün! Doğum günün mübarək olsun! Allah sənə sağlam ömür, səadət, ruzi-bərəkət, qəlbini sevinclə dolduran günlər bəxş etsin! Hər yeni yaşın sənə uğur, güc və gözəl xatirələr gətirsin.

Elçi günün də mübarək! Bu yeni başlanğıc həyatının ən xoşbəxt səhifələrindən biri olsun. Allah sizə birlikdə uzun ömür, qarşılıqlı sevgi, hörmət və mehribanlıq qismət etsin. Bu gününüz bir ömürlük xoşbəxtliyin ilk addımı olsun!
Səni atan Tahir, anan Şəlalə, qardaşın Teymur, Avtandil, Əsma, Arzu, İsmayıl, Ağarəhsul, Gülcahan xala ürəkdən təbrik edir. İkiqat bayramın, ikiqat xoşbəxtliyin daim olsun.
Xalan Bəyaz
29-08-2025, 12:21
Ali Məhkəmədən mənəvi zərərlə bağlı mühüm qərar


Ali Məhkəmədən mənəvi zərərlə bağlı mühüm qərar

Ali Məhkəmənin Mülki kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Yeni qərarla mənəvi zərərlə bağlı tələbin davam etdirilməsinə dair məsələyə aydınlıq gətirilib.
Belə ki, iş üzrə iddiaçı həm maddi, həm də mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən mənəvi təzminat və vəkil xərclərinin ödənilməsi barədə qərar verib. Lakin iddiaçı məhkəmə qətnaməsi qəbul edildikdən sonra vəfat edib.
Bu halda əsas hüquqi məsələ iddiaçının vəfat etməsinin mənəvi zərərin ödənilməsi tələbinə təsiri ilə bağlıdır.
Ali Məhkəmənin mövqeyinə görə, iddiaçı qətnamə qəbul edilənə qədər vəfat edərsə, iş üzrə icraata xitam verilə bilər. Lakin qətnamə qəbul edildikdən sonra iddiaçının ölümü işin icraatına maneə yaratmır və mənəvi zərərin ödənilməsi tələbi vərəsələr tərəfindən davam etdirilə bilər.
Mənəvi zərərin özü şəxsin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranan zərərdir və ilkin mərhələdə şəxsi hüquq kimi qəbul edilir.
Lakin bu tələb hüquqi prosedur əsasında irəli sürüldükdən sonra, yəni iddiaçının məhkəməyə müraciəti və ya yazılı tələb göndərməsi ilə artıq hüquqi baxımdan əmlak xarakteri daşıyır. Bu da mənəvi zərərin ödənilməsi tələbinin şəxsin ölümündən sonra da vərəsələrə keçməsini mümkün edir.
Mülki Məcəllənin 1151.1-ci maddəsi də göstərir ki, miras qoyanın malik olduğu əmlak hüquqları və öhdəlikləri onun vəfatı ilə vərəsələrə keçir. Bu səbəbdən mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar da, əgər tələb müvafiq qaydada irəli sürülübsə, vərəsələr tərəfindən təqib edilə bilər.
Yekun olaraq vurğulamaq lazımdır ki, mənəvi zərərin ödənilməsi tələbi məhkəməyə təqdim edildikdən sonra, bu tələb artıq şəxsə bağlı şəxsi hüquq statusundan çıxaraq, əmlak hüququna çevrilir və iddiaçının vəfatından sonra da hüquqi davamlılığı təmin olunur.
29-08-2025, 12:13
Bakı metrosunda 4 yeni vaqon - FOTO


Bakı metrosunda 4 yeni vaqon - FOTO

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə qatar parkını genişləndirərək daha 4 yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib. Dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti başa çatmaq üzrə olan vaqonların əvəzinə xəttə buraxılması nəzərdə tutulub.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov “Xocəsən" elektrik deposunda “Bakı Metropoliteni”nə gətirilmiş yeni nəsil qatarların yığılaraq komplektləşdirilməsi prosesi zamanı deyib.
O bildirib ki, yeni qatarlar metropolitenin mürəkkəb relyefi və paytaxtın iqlim şəraiti nəzərə alınmaqla ən müasir texnologiyalar əsasında hazırlanıb. Vaqonların komplektləşdirilməsi və yığılmasının texniki tamamlanma işləri “Xocəsən” elektrik deposunda yerinə yetirilir və bu zaman idarəetmə, təhlükəsizlik və sərnişin rahatlığını təmin edən avadanlıqlar quraşdırılır. Son mərhələdə sazlama və sınaq işlərindən sonra vaqonlar xəttə buraxılır.
“Yekun mərhələdə komplektləşdirilmiş yeni qatarlar normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunur və xətlərə buraxılmaq üçün hazırlanır. Əldə olunmuş razılığa əsasən, bu ilin sonunadək daha 10 vaqon (2 qatar tərkibi) Bakı metrosuna təhvil veriləcək. Eyni qayda ilə həmin vaqonlar da komplektləşdirilərək, sazlama və sınaq aparıldıqdan sonra xəttə buraxılacaq. Beləliklə, 2025-ci ilin sonuna qədər yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq”, - deyə E.Əhmədov diqqətə çatdırıb.
2025–2030-cu illərdə daha 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması nəzərdə tutulub. Hazırda Bakı metrosunda 66 qatar tərkibi (347 vaqon) fəaliyyət göstərir ki, onların 150-si yeni nəsil vaqonlardan ibarətdir. Bakı metropoliteni xətlərində istismar müddəti başa çatan vaqonlar əvvəlcədən planlaşdırılmaqla yenisi ilə əvəzlənir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!