Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 15-02-2017, 16:21
Açıq Hökumət Platforması Gürcüstanın ədliyyə naziri ilə görüşüb

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib. Toplantıda hazırda Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyətinin həmsədri olan Gürcüstan ədliyyə naziri Xanım Tea Tsuikilani də iştirak edib və Platforma üzvləri ilə müzakirələr aparıb. Görüşdə Platformanı QHT-lərlə birgə hökumətdən olan üzvlər, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, millət vəkili Vüsal Hüseynov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil edib. Ədliyyə nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, Baş Prokurorluq, XİN, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri də görüşdə iştirak edib.
Bununla bağlı Açıq Hökumət Platformasınının yaydığı Press-relizdə bildirilir.
Press-relizdə qeyd olunur ki, Platformanın koordinatoru Əliməmməd Nuriyev platforma haqqında məlumat verib. Bildirib ki, Platforma 09 sentyabr 2016-cı il tarixində təsis olunub. Platformada Azərbaycan vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edən 31 aparıcı QHT və parlament, 9 dövlət qurumu təmsil olunur. Platformanın yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir. Platforma açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edir. Platforma hər bir QHT üçün açıqdır: “Əminik ki, Platforma hər bir QHT üçün müzakirə və əməkdaşlıq imkanlarını təmin edən çox əhəmiyyətli müstəvi kimi, Azərbaycan vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcək.
Artıq QHT-lərin fəaliyyətəni tənzimləyən qanunvericiliyə edilən dəyişikliklər və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün şərtlərin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlar Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığının ən əhəmiyyətli təzahürüdür.
Platformanın ilk iclaslarında ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dair hüquqi mühitin təkmilləşdirilməsi və bu qurumların fəaliyyəti üzrə praktiki çətinliklərin aradan qaldırılması məsələləri müzakirə edilib. Platforma adından bu məsələlərin həlli ilə bağlı hökumətə təkliflər təqdim edilib.
Hökumət tərəfindən QHT-lər üçün əlverişli şəraitin təkmilləşdirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təsisatları ilə dialoq formatında daimi müzakirələr aparılıb və bununla bağlı konkret addımlar atılıb.
21 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” imzalanıb.
Açıq Hökumət Platforması Gürcüstanın ədliyyə naziri ilə görüşüb

Platformanın təklifləri Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə qərarlarında nəzərə alınıb. Bu qərarlar qrant müqavilələrinin qeydiyyatına süni maneələr və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır. Bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir. Qrant müqavilələrinin xidmət müqaviləsi kimi qeydiyyata alınmasına imkanlar yaranır.
Eyni zamanda xarici donorlar tərəfindən qrantların verilməsi proseduru xeyli sadələşdirilib. Təqdim olunmalı olan sənədlərin sayı azaldılıb. Müraciətə baxılması müddətləri 2 dəfəyədək azaldılıb. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina üçün əsaslar dəqiqləşdirilib. Bütün bunlar əhəmiyyətli irəliləyiş kimi qeyd edilməlidir”.
Ə.Nuriyev məlumat verib ki, Platforma açıqdır, artıq üzvlüklə bağlı müraciətlər daxil olub və növbəti toplantılar zamanı bunlara baxılacaq. Eyni zamanda bir sıra nazirlik və dövlət qurumları da Platformaya üzvlüklə bağlı müraciət edib.
Platformanın koordinatoru xüsusilə qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti ölkəmizin Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatında fəaliyyətini davam etdirməsini istəyir. Bunun üçün çalışır: “Açıq Hökumət Təşəbbüsü məhz vətəndaş cəmiyyəti üçün önəmlidir. Məhz vətəndaş cəmiyyəti üçün yeni imkanlar yaradır”.
Platformanın üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, millət vəkili Vüsal Hüseynov Açıq Hökumət Təşəbbüsündə Azərbaycanın fəaliyyətinin 1 il müddətinə dayandırılması və bundan sonra ölkəmizdə görülən işlər barədə məlumat verib. V.Hüseynov qeyd edib ki, Azərbaycana münasibətdə çox sərt qərar qəbul edilib. Buna baxmayaraq Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatı ilə əməkdaşlıqda maraqlıdır və verilən tövsiyyələrin icrası istiqamətində əhəmiyyətli addımlar atılıb: “Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti ilə birlikdə hazırlanıb və qəbul edilib. Planın hazırlanmasında vətəndaş cəmiyyətinin təkliflərinin 60% nəzərə alınıb. Vətəndaş cəmiyyəti və dövlət qurumlarının, eyni zamanda parlamentin təmsil oldunğu Açıq Hökumət Platforması yaradılıb. QHT-lərin fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilib. Milli donor AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Açıq Hökumətlə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirib”.
V.Hüseynov bir daha vurğulayıb ki, Açıq Hökumət Platforması hər bir QHT üçün açıqdır. Platforma koordinatoru tərəfindən üzvlüklə bağlı QHT-lərə müraciət edilib.
V.Hüseynov xanım Tea Tsuikilaninin Azərbaycanda keçirdiyi görüşlərin ölkəmiz haqqında obyektiv məlumatların Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvlərinə çatdırılması baxımından çox mühüm olduğunu vurğulayıb.
Gürcüstanın ədliyyə nazirliyi xanım Tea Tsuikilani qeyd edib ki, doğurdan da Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatı Azərbaycanla bağlı çox sərt qərar qəbul edib: “Gürcüstan bu məsələdə Azərbaycanı dəstəkləyib. Gürcüstan hesab edir ki, Azərbaycan bu təşəbbüsdə qalmalı və öz töhfəsini verməlidir”.
Açıq Hökumət Platforması Gürcüstanın ədliyyə naziri ilə görüşüb

Xanım T. Tsuikilani Azərbaycanla bağlı verilən tövsiyyələri xatırladaraq, ölkəmizdə keçiridiyi görüşlər zamanı alıdğı məlumatları Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvləri ilə bölüşəcəyini, bu məsələdə kömək etmək istədiklərini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti və hökumət də öz növbəsində tövsiyyələrin icrası barədə beynəlxalq tərəfdaşlarını məlumatlandırmalı, əməkdaşlığı genişləndirməlidir.
Xanım T. Tsuikilani Azərbyacan vətəndaş cəmiyyəti və hökumət nümayəndələrini Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının komitələrində Azərbaycanla bağlı keçiriləcək müzakirələrə də dəvət edib.
Platformanın üzvü Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov Açıq Hökumət Platforması və ümumiyyətlə, vətəndaş cəmiyyəti-hökumət əməkdaşlığından söz açıb. Qeyd edib ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edir, eyni zamanda digər dövlət qurumları da bu istiqamətdə əhəmiyyətli səylər göstərirlər.
Açıq Hökumət Platforması Gürcüstanın ədliyyə naziri ilə görüşüb

Çıxışlardan sonra Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Rəna Səfərəliyeva Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının monitorinqinin nəticələrini təqdim edib.
Xanım T. Tsuikilani Platforma üzvlərinin suallarını cavablandırıb və qaldırılan məsələlərlə bağlı öz fikirlərini bölüşüb.
Gürcüstan ədliyyə naziri ilə görüşdən sonra Platforma üzvləri Mirvari Qəhrəmanlı, Sabit Bağırov, Səadət Bənənyarlı, Rəna Səfərliyeva, Ümud Rəhimoğlu, İsrail İsgəndərov, Əhməd Abbasbəyli, Milli İnternet Forumun prezidenti Osman Gündüz çıxış ediblər. V.Hüseynov, K.Cəfərov, Ə.Nuriyev və Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rahimov sualları cavablandırıblar, müzakirə olunan məsələlərə münasibət bildiriblər.

Butov.az


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!