Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 26-05-2014, 14:37

 

 

Beynəlxalq Dəniz Təşkilatının 93-cü sessiyası  başa çatıb

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Mətbuat Xidmətindən Butov.az saytına verilən məlumata görə Azərbaycan Respublikası Dövlət Dəniz  Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi  Komitəsinin 93-cü  sessiyası öz işini yekunlaşdırıb. 

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 14-23 may 2014-cü il tarixlərində London şəhərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak etmişdir.  

Beynəlxalq Dəniz Təşkilatının 93-cü sessiyası  başa çatıb 

 

Sessiya zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin məcburi audit yoxlamasından keçmələri ilə bağlı müvafiq müddəaların adıçəkilən təşkilat çərçivəsində qəbul olunmuş Beynəlxalq Konvensiya və Protokollara əlavə edilməsi üzrə müzakirələr aparılaraq bir sıra Konvensiya və Protokollara dəyişikliklər edilməsi barədə müvafiq Qətnamələr qəbul edilmişdir.  Qeyd edək ki, adıçəkilən dəyişikliklərin 2016-cı ilin yanvarından qüvvəyə minməsi nəzərdə tutulub.

İtaliya sahillərində “Costa Concordia” sərnişin gəmisində baş vermiş qəza hadisəsindən sonra sərnişin gəmilərinə olan tələblərin daha da sərtləşdirilməsi və bir sıra məsələlərin aydınlaşdırılması məqsədilə Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyasının və digər əlaqədar alt-komitələrin hesabatları dinlənilmişdir.

Beynəlxalq Dəniz Təşkilatının 93-cü sessiyası  başa çatıb

 

Komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılmışdır.

 Sessiya müddətində Azərbaycan Respublikasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə iki tərəfli görüşlər keçirmiş, fikir mübadilələri aparmışdır.

Dünya dəniz dövlətlərinin dəniz administrasiyalarının rəhbərləri ilə görüşlər çərçivəsində Gürcüstanının Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri cənab Mamuka Akhaladze ilə keçirilən görüş zamanı cənab Mamuka Akhaladze Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində əldə etdiyi uğurlara toxunaraq, son dövrlərdə iki ölkə arasında əməkdaşlığın inkişafından, xüsusilə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin fəaliyyətinə Azərbaycan Respublikasının  göstərdiyi köməklikdən məmnunluğunu ifadə etmişdir.

Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyası bir sıra Beynəlxalq Konvensiyalara dəyişikliklər edilməsi barədə Qərar qəbul edilməsi ilə öz işini yekunlaşdırmışdır.

 

 



Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!