“Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                       
Tarix : 1-03-2015, 18:48
ABŞ professoru: “Türkiyədə soyqırımını ermənilər törədib”

“Osmanlı 1915-ci ildə hətta ermənilərin özünü də ermənilərdən qorudu. Ermənilərin nifrət etdiyi Camal Paşa aclıqdan ölmək üzrə olan ermənilərə yemək payladı”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Luisvil Universitetinin tarix professoru Jastin Makkarti çıxış edib. Makkarti Toronto Universitetində Kanada Türk Dərnəkləri Federasiyası tərəfindən təşkil edilən “Şərqi Anadoludakı insanlıq faciəsinin 100-cü ili” konfransında 1915-ci il hadisələri ilə bağlı önəmli açıqlamalar verib:
“1915-ci ildə Osmanlıdakı ermənilər Rusiyanın təşviqi ilə dövlət qurmaq istədilər. Bir dövlətin vətəndaşlarının mərkəzə qarşı çıxmaları ilə bağlı görülən tədbirlər soyqırımı sayıla bilməz. Ermənilər yaşadıqları dövlətə qarşı çıxdılar. Bunun adı nədir? Buna vətən xainliyi deyirlər. O dövrdə Osmanlının ən güclü və nizamlı ordusu şərq bölgəsində idi. Ermənilər ingilislərə Bağdad dəmiryolunu məhv etməklə Osmanlıya zərbə vurmağı təklif etdilər. Bağdad dəmiryolunun məhvi Osmanlı dövlətinin yarısının getməsi, müharibənin də itirilməsi mənasına gəlirdi. Lakin buna baxmayaraq, Osmanlı erməniləri qorudu. Erməniləri baş qaldırdıqları bölgələrdən başqa ərazilərə köçürdülər. Hətta Osmanlı erməniləri ermənilərdən belə qorudu. Ermənilərin nifrət etdiyi Camal Paşa aclıqdan ölmək üzrə olan ermənilərə yemək payladı. Ermənilər şərqdə Osmanlı əsgərlərini, dövlət rəsmilərini belə öldürdülər. Onları təhqir edib, işgəncələr verdilər. İndi kim soyqırımı törədib? Hər halda Osmanlı yox. Osmanlı rəhbərliyi bu hadisələrdən sonra erməniləri asanlıqla öldürə bilərdi. Lakin onların yerlərini dəyişməklə cavab verdilər. Əlimizdə minlərlə sənəd var. Bu sənədlər türklərin yox, ermənilərin soyqırımı törətdiyini göstərir”.
Amerikalı professorun bu sözlərinə konfrans salonunda olan bir qrup erməni etiraz edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!