Erməni Berger ailəsi Osmanlı arxivlərini necə ələ keçirdi?
Türkiyədə sensasion bir iddia aranı qatıb.Avropa.info xəbər verir ki,  irəli sürülən iddiaya görə ,  Osmanlı arxivinə aid  bəzi  sənədlər 1931-ci ildə Vatikana satılıb. İddiaya əsasən,  Bolqarıstan tarixi və erməni məsələsi ilə bağlı bəzi vacib sənədlər Bolqarıstana, oradan da Vatikana aparılıb. 
"Yeddiqitə  tarix və Mədəniyyət" jurnalı yanvar sayında İstanbul Maliyyə Şöbəsinə aid 200 tom maliyyə arxivinin Bolqarıstana satılması işinin adi bir hadisə deyil, planlı və uzun sürən kəşfiyyat işinin nəticəsində baş verdiyi  yazıb. Osmanlı Arxivi mütəxəssisi  Kasım Hızlı  və  Doktor Rəşid Gündoğdu tərəfindən hazırlanan " Topası üç  quruşa  tarix var" başlıqlı dosyedə diqqət çəkən məlumatlara yer verilir. Yazıda xüsusi xidmət orqanları tərəfindən yetişdirilən və çox yaxşı türkcə bilən, o vaxt  polkovnik olan Panço Dorefin Osmanlı arxivlərininin bəzi  sənədlərini  erməni  əsilli Berger ailəsinin kağız zavoduna satılmasında mühüm rolu olduğu vurğulanır.
                                    Arxivləri  tək-tək  araşdırıblar 
Qalatasaray Litseyinin  məzunu olan Panço Doref, Osmanlı arxivlərinin  olduğu yerə gedərək, həm Bolqar tarixi, həm də erməni məsələsi üzərində ciddi tədqiqatlar aparırmış. Tapdıqları sənədlərdən təsirlənərək  bu haqda  Bolqarıstan hökumətinə yazırmış .  Bundan sonra, Dofer  bəzi adamlarla işbirliyinə  girərək, arxiv sənədlərinin  Bolqarıstana göndərilməsinə nail olub. 
                                    Bu şuurlu bir xəyanət idi 
Türkiyə  Dövlət Arxivlərinin  keçmiş Baş Direktoru Prof. Dr. Atilla Çətin, Panço Dorefin fəaliyyəti və arxiv sənədlərinin satılması barədə belə deyir: 
"Bir  bolqar  polkovniki yetişdirib göndəriblər . O,  maliyyə arxivi anbarlarına gələrək "bunlar işə yaramaz" və s. deyir. Halbuki polkovnik gəlib uzun müddət kəşfiyyat aparmış, onun bu fəaliyyətinə göz yumublar. Buradan  mühüm sənədləri götürüblər . Sənədləri satmağın  qarşılığında pul alırlar . Həmin zaman  Maliyyə Nazirliyinin yüksək vəzifəlisi  Dövlət bəy və bir də qubernator müavini Fazalı Gülərüz var idi . Onlarla görüşürlər. Onlar da , sənədləri satırlar. Bu şüurlu bir xəyanətdir. 
Bolqarların yaxşı türkoloqları var, onlar dərhal arxiv sənədləri ilə maraqlanıblar, faydalı olan sənədləri ayırıb milli kitabxanalarına verdilər. Sonradan gördük ki,  bolqarlar bu sənədlərə  çox yaxşı sahib çıxıblar, bizdəkindən daha yaxşı qorumuşlar. Bütün xarici ölkələrdə  türkoloqlar  sənədləri çox yaxşı qoruyurlar. Öz malları kimi."
                              Erməni Sənədləri 40 milyona Vatikana  satılıb 
Jurnal , Osmanlı arxiv sənədlərinin Bolqarıstan tərəfindən Vatikana satılıb satılmadığı məsələsinə də aydınlıq gətirib. Məşhur fransız həftəlik xəbər jurnalı  "Le Nouvel Observateur"ə  istinadən verilən xəbərə görə, Vatikanın əlindəki ermənilərlə bağlı sənədlərin böyük hissəsi 1931-ci ildə bolqarlardan alınıb. 
Vatikanın sənədlər üçün, bolqarlara  40 milyon  ödədiyini qeyd edir. Dövlət Arxivlərinin  keçmiş Baş Direktoru Atilla Çətin isə bu iddianı Osmanlı Arxiv sənədlərinin satışının dayandırılması üçün ən böyük mücadilə verən Muallim Cövdətə əsaslanaraq təsdiqləyir.
                                Panço Doref Kimdir? 
Çox yaxşı türkcəsi olan, bolqar  tarixi tədqiqatçılarından sayılan  Panço Doref Qalatasaray Litseyinin məzunudur. Osmanlı dönəmində Makedoniyadan  millət vəkili olub . Bu dövrlərdə  türklərlə xristianlar arasında yaxşı münasibətlər  qurmaq adı ilə  Osmanlı İttihad və Tərəqqi Partiyasını qurub. 1910-cı ildə bu partiya Osmanlı hökuməti tərəfindən qapadılıb. Balkan müharibələri zamanı, Doref  Bolqarıstanda yaşayıb. 
Panço Doref, 1928 ildən sonra Osmanlı Arxivində işləmiş və  Bolqarıstan tarixi və Ermənistan məsələsi ilə bağlı araşdırmalar aparıb .