"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 6-05-2015, 16:44
Qərb liderləri Qələbə gününün bayram edilməsində iştirak etməyəcəklər

Rusiya Faşizm üzərində qələbədə həlledici rol oynadığında israr edir. Qərb liderləri Qələbə gününün bayram edilməsində iştirak etməyəcəklər, Kreml isə qələbədə onun rolunun kiçildilməsinin yolverilməz olduğunu bəyan edir.
Məlum olduğu kimi, mayın 9-da Moskvada keçiriləcək Alman faşizmi üzərindəki qələbənin yubileyi-70 illiyi möhtəşəm parad, hərbi texnika və qoşunların keçidi ilə bu vaxtadək ən təmtəraqlı bayram tədbiri olacağı gözlənilr.
Lakin ispan mətbuatının yazdığına görə Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynanın şimalındakı qiyamçıları Kremlin dəstəkləməsindən sonra Rusiyanın keçirdiyi heç bir təntənəli mərasimdə Qərb dövlət rəhbərləri iştirak etmirlər.
“Bu il Moskvada 10 il bundan əvvəlkindən az qonaq iştirak edəcək. Hazırkı şəraitdə bizim Qərbi Avropa dövlətləri və Şimali Amerika ölkələri ilə münasibətlərimiz o qədər də isti deyil,”- deyə Rusiyanın keçmiş müdafiə naziri, prezident administrasiyasının rəhbəri və Qələbənin 70 illiyinin bayram edilməsi tədbirlərinə hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sergey İvanov etiraf edib. Onun sözlərinə görə, “ilk növbədə bizim üçün maraqlıdır ki, bayram vətəndaşlarımıza layiq şəkildə keçsin”. İvanov bu məqama diqqət çəkib ki, “Qələbə günü Rusya xalqları üçün xüsusi əhəmiyyətə malikdir”. “Biz bununla fəxr edir və uca səslə bəyan edirik ki, alman faşizminin darmadağın edilməsində Sovet İttaifaqı həlledici rol oynayıb”,- deyə o, bəyan edib.
Qərb liderləri Qələbə gününün bayram edilməsində iştirak etməyəcəklər
Qərb liderləri Qələbə gününün bayram edilməsində iştirak etməyəcəklər

Bu yaxınlarda MÜRSM-in apardığı rəy sorğusunun nəticələrinə əsasən, rəyi soruşulanların 64 %-i, yəni təxminən 9 min nəfər tarixi faktların təhrif edilməsi və SSRİ-inin faşist Almaniyası üzərindəki qələbədə rolunun kiçildilməsinin yolverilməzliyinə diqqət çəkib. Bir il bundan öncə keçirilmiş eyni rəy sorğusunda Rusiya vətəndaşlarnın əksəriyyəti belə fikir irəli sürmüşdü ki, faşizm üzərində qələbə sırf SSRİ-nin xidmətləridir və hətta əgər ABŞ və digər müttəfiqlərin köməyi olmasaydı belə, yenə də həmin qələbə qazanılacaqdı. Məhz elə buna görə də, Rusiya Qərb rəhbərlərinin həmin Qələbənin əhəmiyyətini azaltmaq cəhdlərindən təəssüfləndiyini ifadə edir.
İspan mətbuatının məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin bu barədə ilk dəfə ötən ilin müvafiq dövründə Qızıl meydandan paradla keçməyə hazırlaşan qoşunlara müraciətlə demişdi: “Bu tarixdə misli görünməmiş igidlik nümunəsinin əhəmiyyətini kiçiltməyə və müharibə qəhrəmanlarına ucaldılmış abidələri üzərinə ləkə yaxmaqğa cəhd edənlər bununla da, öz xalqlarını təhqir edir, dövlətlər və xalqlar arasında nifaq və düşmənçilik toxumu səpirlər”,- deyə Rusiya dövlət başçısı bəyan etmişdi.
İspaniyada nəşr olunan Larioja. com saytının iddiasına görə, burada rus dövlət başçısı daha çox Estoniyanın paytaxtında Böyük Vətən müharibəsində həlak olmuş sovet əsgərlərinin cənazələrinin şəhərin mərkəzi hissəsindən yığışdırılmasını və Polşada hakimiyyətin ölkəni kommunist dövrünün abidələrindən təmizləmək niyyətini nəzərdə tuturdu.
Bu ilin yanvarında Osventsim əsir düşərgəsinin azad edilməsinin 70 illiyi qeyd olunanda Vladimir Putin bu məsələni yenidən gündəmə gətirmişdi və bir daha vurğulamışdı ki, “tarixi yenidən yazmaq və böyük qələbənin qazanılmasında ölkəmizin rolunun yenidən nəzərdən keçirilməsi nasizmin cinayətlərinə bəraət qazandırılması anlamına gəlir və onun insananifrət ideologiyasının dirçəlməsinə münbit şərait yaradır”.
Kremlin rəhbərinin qənaətincə, “bütün bu vəhşiliklərə və varavarlıqlara nəinki təkcə yəhudiləri, eləcə də digər Avropa və dünya xalqlarını məhv olmaqdan xilas edən Sovet İttifaqı son qoydu”.
İspan mətbuatının iddiasına görə, bununla belə, Şərqi Avropa ölkələri belə hesab edirlər ki, sovet qoşunları stalin zülmünü təhmil etmək üçün Hitler zülmünə son qoydular. Bundan sayayı, onlar Ukraynanın hazırkı hakimiyət nümayəndələrini façistlərlə bir sıraya qoyan Kremlin hazırkı təbliğatını da kəskin tənqid edirlər.
Osventsimdə təntənəli tədbirlər keçirilməsi ərəfəsində Polşanın xarici işlər naziri Qrzeqorj Shetına bəyan etmişdi ki, həmin əsir düşərəsini ukraynalılar azad ediblər ki, bu da iki ölkə arasındakı münasibətlərdə böyük gərginliyə səbəb olmuşdu. V. Putin təntənəli mərasimə gəlməmişdi
Qərb liderləri Qələbə gününün bayram edilməsində iştirak etməyəcəklər
Qərb liderləri Qələbə gününün bayram edilməsində iştirak etməyəcəklər
İspan müxbirinin iddiasına görə, Rusiya prezidenti daim Stalinin müharibədəki rolundan bəhs edir və burada SRRİ-nin köməyi ilə hakimiyyətə gətirilmiş kommunist rejimləri dövründəki xalqların çəkdikləri zülüm və işgəncələri nədənsə unudur. Eyni zamanda daim Ukraynanı ləkələməyə çalışır və onun rəhbərlərini az qala faşist adlandırır. İspan müxbiri yazır: “Nəticədə o, (Putin) buna nail olub ki, Qələbə günü bir çox qonşu ölkələr və Qərbin əksəriyyəti tərəfindən daha çox vahimə yaradan və silahlanmaya çağırış kimi qarşılanır”.
İspan mətbuatı daha sonra bu məqama diqqət çəkir ki, mayın 9-da keçiriləcək paradda 30-dək dövlət başçısı iştirak edəcək. Onların arasında Barak Obama, Fransua Holland, Devid Kemeron olmayacaq. Bunu əvəzində diqər yüksək səviyyəli qonaqlar arasında Çin lideri Si Tszinpin və Kuba prezidenti Raul Kastro da olacaq.
Maraqlıdır ki, Almaniya kansleri Angela Merkel təntənəli tədbirlərdə iştirak etməyəcək, lakin ertəsi günü Vladimir Putinlə birlikdə naməlum əsgər məzarının önünə əklil qoyacaq.
Ötən şənbə günü Almaniya kansleri bəyan etmişdi ki, Rusiya ilə aralarındə xeyli baxış fərqlərinin mövcudluğuna baxmayaraq, “ən əsası həlak olmuş milyonlarla insanı xatırlamaqdır və bu cinayətlərə görə məsuliyyət də Almaniyanın üzərinə düşür”.
Elxan QASIMOV
Qərb liderləri Qələbə gününün bayram edilməsində iştirak etməyəcəklər
Qərb liderləri Qələbə gününün bayram edilməsində iştirak etməyəcəklər
Qərb liderləri Qələbə gününün bayram edilməsində iştirak etməyəcəklər


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!