Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                        Türkitə Kiprə F-16-lar göndərir - KİV .....                        TDT Baş katibi ilə Azərbaycana dron hücumu müzakirə edilib .....                        Qətər İran diplomatlarını ölkədən çıxarır .....                        Belarusun müdafiə naziri azərbaycanlı həmkarına zəng etdi .....                        “Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu .....                        “Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum oldu .....                        Azərbaycan-İran sərhədində yük maşınlarının hərəkətinə icazə verildi .....                        Tramp İrandan kapitulyasiya tələb etdi: "Heç bir razılaşma olmayacaq" .....                       
Tarix : 5-10-2015, 08:17
Rusiya qırıcıları 10 İŞİD hədəfini vurdu


Rusiya qırıcıları Suriyada İŞİD qruplaşmasına məxsus növbəti bir neçə hədəfi məhv edib.

Rusiya qırıcıları Suriyada İŞİD qruplaşmasına məxsus növbəti bir neçə hədəfi məhv edib. Butov.az bildirir ki, bu barədə Rusiyanın müdafiə nazirliyi məlumat yayıb. Əməliyyatlar, əsasən, İdlib vilayətində keçirilib.

“Son 24 saat ərzində "Su-34", "Su-24M" və "Su-25" qırıcıları ilə əməliyyatlar keçirilib. İŞİD-ə məxsus 10 obyekt dağıdılıb. İdlib vilayətində terrorçuların təlim düşərgəsini məhv etmişik. Əməliyyatçıların məhv etdiyi obyektlər kustar üsulla partlayıcı hazırlamaq üçün istifadə olunan məkan idi. "Su-24m" qırıcıları isə, Cisr əş-Şuqur şəhəri ətrafında İŞİD-ə məxsus 8 obyekti dağıdıbılar.” - deyə Rusiya müdafiə nazirliyinin mətbuat katibi İqor Konaşenkov qeyd edib.

Rusiyaın Suriyada keçirdiyi əməliyyatlara qarşı Hələb vilayətində etirazlar baş qaldırıb. Fəallar Moskvanı aviazərbələrə son qoymağa çağırıblar. Etirazçılar, əks halda, Suriyanı Rusiya üçün məzara çevirəcəklərini bildiriblər.

Suriya prezidenti Bəşər Əsəd Rusiya, İran və İraqın Suriyada terrorçu qüvvələrə qarşı birləşməsindən sonra döyüşlərdə qalib gələcəklərini bildirib. Lakin, onun sözlərinə görə, Suriya terrorizmə məğlub olacağı təqdirdə region tamamilə dağılacaq.

“Heç bir xarici qüvvənin Suriyanın gələcəyini müəyyən etməyə hüququ yoxdur. Bu Suriya xalqının öz işidir. Bir şey qətidir ki, qərb qüvvələri məğlub olduqlarını hiss edirlər. Onların məqsədi Suriyanı dağıtmaq və çoxlu qan tökmək idi.” - deyə Bəşər Əsəd bildirib.

“Terrorizmi dəstəkləyən ölkələr ona qarşı döyüşə bilməzlər. Ona görə onların yaratdığı koalisiya qüvvələrinin Suriyada terrozimə qarşı heç bir mübarizəsini görmədik, əksinə, onların Suriyaya müdaxiləsi mənfi təsir doğurdu. 60 ölkəyə məxsus qırıcıların aviazərbələri Suriya qırıcılarının aviazərbələri qarşısında çox cılız qalırdı.”

Əsəd terrorçu qruplar silahlarını tərk edərsə, hökumətin onlarla danışıqlara gedə biləcəyini deyib. Əsəd, həmçinin, qeyd edib ki, əgər onun vəzifədən getməsi ölkədə münaqişənin həlli ilə nəticələnəcəksə, o, bu addımı atmağa hazırdır.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!