“Fənərbaxça” – “Qalatasaray” derbisi - Tarix məlum oldu .....                        ATƏT-dən Minsk Qrupu barədə AÇIQLAMA .....                        Nepalda yeni hökuməti o quracaq .....                        NATO “Şərqin mühafizəçisi” əməliyyatına başlayır .....                        30 terrorçu öldürüldü .....                        Mirzoyan Türkiyə diplomatla görüşdü .....                        Xalq artisti palataya köçürüldü .....                        Rusiyaya qarşı səbrim tükənir - Tramp .....                        BDU-da yeni tələbə təqaüdü təsis edildi .....                       
Tarix : 17-11-2015, 15:51
Putin qisasa başladı: Suriyaya kütləvi zərbələr endirilir




Rusiya qanadlı raketlərdən və uzaqmənzilli bombardmançı təyyarələrdən istifadə etməklə Suriyadakı hədəflərə çoxsaylı zərbələr endirib.

Virtualaz.org saytı “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi bildirib.

Bu, Rusiyanın Suriya əməliyyatlarında uzaqmənzilli bombardmançıları tətbiq etməsinə dair ilk belə faktdır.

Agentlik əlavə edir ki, rəsmi Moskva bundan əvvəl Ağ Evlə yalnız raket hücumları barədə razılığa gəlmişdi. Bu zaman Suriya üzərindən uçuşların təhlükəsizliyinə dair hazırda qüvvədə olan sazişə istinad olunurdu.

Bundan əvvəl “Le Monde” qəzeti xəbər vermişdi ki, Rusiya noyabrın 17-nə keçən gecə İŞİD-in paytaxtı sayılan Raqqa şəhərindəki hədəflərə qanadlı raketlərlə zərbələr endirmişdi. Qəzet raketlərin Aralıq dənizi istiqamətindən atıldığını yazırdı.

Rusiya İŞİD bazalarını bundan əvvəl - oktyabrın 7-də də qanadlı raketlərlə vurmuşdu. “Kalibr” kompleksinə aid 3M14 raketləri Xəzər donanmasının hərbi gəmilərindən buraxılmışdı. 26 raket İran və İraq əraziləri üzərindən keçməklə hədəfə dəymişdi.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!