XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                        İsrail İrana görə əməliyyatı təxirə saldı .....                        Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır .....                        Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu .....                        Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                       
Tarix : 27-04-2016, 11:29
“Moskva üçün münaqişənin intensivliyini artırmaq problem deyil” - Rus analitik




“Hesab edirəm ki, Cənubi Qafqazda vəziyyətin yenidən gərginləşməsi Ermənistanın və Azərbaycanın əlaqələri ilə bağlı olan məsələ deyil. Bu, Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qoşun yerləşdirməsi perspektivi ilə əlaqədardır”.

Bunu Ermənistan mətbuatına müsahibəsində rusiyalı tanınmış publisist və siyasi analitik Andrey Piontkovskiy cəbhə xəttindəki gərginliyi şərh edərkən deyib.

Politoloqun fikrincə, sülhməramlı qoşunlar Gürcüstanla olan məsələnin həlli üçün Moskvanın əlində yaxşı alət ola bilər.

Onun sözlərinə görə, Gürcüstanda iqtidarda olan “Gürcü Arzusu” koalisiyasının nüfuzunun azalması Kremli ciddi şəkildə narahat edir.

“Rusiya Ukraynada, Suriyada münaqişə tərəflərindəndir. Bununla belə Rusiya “sülh yaratmaq” rolunda da çıxış etməyə müvəffəq olur... Moskva üçün istənilən vaxt münaqişənin intensivliyini artırmaq problem deyil”,-deyə o əlavə edib”.

Ekspert Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda olduğu bir zamanda təmas xəttində gərginliyin artmasının ölkə rəhbərlərinin xaricdə olması ilə əlaqələndirib.

“Sırf texniki baxımdan istənilən provakasiya təşkil etmək daha asan idi. Çünki hər iki ölkənin rəhbəri ölkə hüdudlarından kənarda idilər. Daha sonra konfliktin həllinin tapılması üçün sülh cəhdləri Moskvanın qısqanclığına səbəb olur. Buna görə də, cəbhədəki toqquşmaların Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti keçirilən vaxtda olması təsadüfi deyildi. Həmin sammitdə Rusiya iştirak etmirdi. Gəlin, Rusiyada münaqişə ilə bağlı təbliğatın necə aparılmasını xatırlayaq.

Yəqin ki, televiziyalardakı şounu diqqətlə müşahidə etmisiniz. Solovyov, Kiselyov açıq şəkildə anti-Azərbaycan, anti-Türkiyə və anti-Amerika ritorikası nümayiş etdirirdilər. Onlar izah etməyə çalışırdılar ki, cəbhədəki gərginliyi guya Türkiyə yaradıb. Amerika əleyhinə də motivlər var idi, bütün bunlar Rusiya siyasəti üçün səciyəvidir”.

Andrey Piontkovskiy qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planları Moskvanın yeni strategiyasının tərkib hissəsidir.


Modern.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!