Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Yaralarım göründüyündən daha dərindir... .....                        Qəzada həlak olan pilotun anası danışdı - VİDEO .....                        Təyyarə qəzası ilə bağlı növbəti toplantı .....                        Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                       
Tarix : 28-12-2015, 11:06
Yanvarda Qarabağda müharibə başlayacaq, Moskva qoşun yeritmək istəyir



Ermənistanla Azərbaycan arasında gələn ay Dağlıq Qarabağa görə müharibə başlaya bilər.

Butov.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi dairələrinə yaxın hesab edilən “Arqumenti Nedeli” həftəliyi yazıb. Qəzet məlumatın mənbəyi kimi “rəyini soruşduğu hərbi mənbələri və ekspertləri” göstərib.

“Dağlıq Qarabağ ətrafında situasiya mürəkkəbləşir. Praktiki olaraq hər gün erməni və azərbaycan KİV-ləri şiddətli döyüşlər haqda xəbərlər yayır. Tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edirlər. Və qurbanlar haqda məlumatlar verirlər”-qəzet yazır.

“Arqumenti Nedeli” qeyd edir ki, Ermənistan prezidenti Serj Sərkisyan ötən həftə KTMT blokunun iclasında İəvanla Bakı arasında istənilən vaxt müharibənin başlaya biləcəyini faktiki olaraq deyib. Və Rusiyaya xatırladıb ki, blokun nizamnaməsinə görə üzvlərdən birinə hücum bütün təşkilata hücuma bərabərdir. Qəzet hərbi qaynaqlara istinadən yazır ki, Rusiya Qarabağda sülhməramlı kontingentin yerləşdirilməsini təklif edir, ancaq Azərbaycan bununla razı deyil.
Yanvarda Qarabağda müharibə başlayacaq, Moskva qoşun yeritmək istəyir



“Hazırda şərti desək, Qarabağ münaqişəsinin mühaibəyə çevrilməsinə yol verməməyə dair iki plan var. Birinci planı Fransa və ABŞ irəli sürüblər. Təklif edilir ki, ATƏT-in monitorinq qrupu genişləndirilsin, münaqişə zonasına texniki müşahidə və nəzaət vasitələri yerləşdrilsin. Biz hesab edirik ki, bu, kömək etməyəcək və münaqişə zonasına sülhməramlı kontingentin yeridilməsini təklif edirik. Lakin Bakı buna qətiyyətlə qarşıdır”-Rusiyadakı hərbi-diplomatik mənbə qəzetə bildirib.

Mənbə əlavə edib ki, “istənilən halda qərarı ləngimədən, dərhal vermək lazımdır”. Çünki Azərbaycan Rusiya təyyarəsinin vurulması böhranında Türkiyəni dəstəkləyəndən sonra Cənubi Qafqaz regionunda münaqişənin nəzarətdən çıxması Ankaranın və Vaşinqtonun “maraqlarına uyğundur”. Çünki bu, Rusiya qüvvələrinin diqqətini Suriyadakı müharibədən yayındıracaq.

Qəzet onu da xatırladır ki, hazırda Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasına əlavə şəxsi heyət, zirehli texnika, döyüş və nəqliyyat vertolyotları daşınır. Təkcə dekabr ayında bazaya 13 Mi-24P və Mi-8MT vertolyotları yerləşdirilib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!