Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 3-05-2016, 11:19
Cənubi Koreya prezidenti İran prezidenti ilə görüşdə buna məcbur oldu




Tehranda İran prezidenti Həsən Ruhani və Cənubi Koreyanın dövlət başçısı Pak Kın He arasında görüş keçirilib Prezidentlərin danışıqlarından sonra iki ölkə arasında sənədlər imzalanıb.

İrana ilk səfərini gerçəkləşdirən Cənubi Koreya prezidenti Pak Kın He İslam Respublikasındakı qaydalara uyğun olaraq başını örtüb. Sputnik.az mehrnews.com-a istinadən xəbər verir ki, xanım Ki Henin səfəri dünəndən başlayıb.

Bu gün isə paytaxt Tehranda İran prezidenti Həsən Ruhani və Cənubi Koreyanın dövlət başçısı Pak Kın He arasında görüş keçirilib. Prezidentlərin danışıqlarından sonra iki ölkə arasında sənədlər imzalanıb. İranla Cənubi Koreya arasında sənaye, maliyyə, hüquq, elm və mədəniyyət sahələrində əməkşalığı genişləndirmək məqsədi ilə 20 memorandum imzalanıb.

Tərəflər neft və təbii qazın birgə hasilatı, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlıq və bu istiqamətdə yeni mənbələrin axtarılması məsələsində də razılığa gəliblər. İran və Cənubi Koreya 2017-ci ildə bir-birinin ərazisində mədəniyyət mərkəzinin açılması məsələsini də razılaşdırıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1962-ci ildə qurulub. Ötən müddət ərzində Cənubi Koreyanın prezidenti İrana rəsmi səfər etməyib. Pak Kın He Cənubi Koreyanın tarixində İrana rəsmi səfər edən ilk prezidentdir.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!