Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 13-11-2013, 16:10

İran prezidenti yeni AES-in inşasına  göstəriş verib


İran prezidenti Həsən Ruhani ölkənin ikinci atom-elektrik stansiyasının tikintisi üçün göstəriş verib.

“Mehr” xəbər agentliyinin məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, hazırda İranla Rusiya arasında yeni AES-in inşası ilə bağlı müzakirələr aparılır: “Biz yeni AES-in təməlinin 2014-cü ildə atılacağına ümid edirik. 2013-cü ildə İran və Rusiya arasında 4 min meqavatlıq ikinci AES-in tikilməsi üçün ilkin müqavilə imzalanıb. İnşa olunacaq stansiyaların hər biri 300 min kubmetr şirin su istehsal edəcək. Buşəhr vilayətində nüvə stansiyalarının sayı üçə çatdığı zaman bölgədə böyük bir dəyişiklik yaşanacaq”.

Vitse-prezident vurğulayıb ki, İran “altılıq” ölkələri ilə nüvə müzakirələri siyasi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə danışıqları isə texniki və hüquqi xarakter daşıyır: “Bu baxımdan AEBA ilə əldə olunacaq razılaşma “altılıq” ölkələri ilə davam etdirilən müzakirələrə təsir göstərəcək”.


Paylaş



Bölmə: Dünya / Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!