İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : 16-08-2013, 13:47
İranın nüvə proqramı müzakirə olundu


ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Martin Dempsi İsrailə növbəti dəfə səfər edib.M. Dempsi səfər çərçivəsində İsrailin baş naziri Benyamin Natanyahu, müdafiə naziri Moşe Yalon, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Beni Qantz və digər rəsmilərlə görüşüb.

Görüşlərdə İranın nüvə proqramı, Suriya və Misirdəki vəziyyət əsas müzakirə mövzusu olub. Görüşlərin detalları barədə ətraflı məlumat verilməsə də, İsrail mətbuatı bəzi detalları açıqlayıb.

Yerli mətbuatın yazdığına görə B. Netanyahu hazırda Yaxın Şərq regionu bir çox təhdidlərlə üzləşdiyini, ancaq İranın nüvə silahına yiyələnməsi riski ilə müqayisədə bu təhdidlərin heç bir şey olduğunu bildirib: “Biz İranın öz hədəfinə nail ola bilməməsi üçün birgə çalışacağıq”.

Görüşdə İsrailin baş naziri və digər rəsmilər həmçinin bir daha İranın yeni prezidenti Həsən Ruhaninin “mülayimliyinə” inanılmamasını və bu ölkənin dünyanın qarşı olduğu nüvə proqramı ilə bağlı güzəştə gedilməməsini istəyiblər.

M. Yalon isə İranı Yaxın Şərqdə qeyri-stabil vəziyyət yaratmaqda günahlandırıb: “Suriyadakı uzunmüddətli münaqişə və qeyri-stabil vəziyyət hazırlanmışdı. Çünki Tehran-Dəməşq-Beyrut ittifaqı bu böhrandan qazanclı çıxdı. Mən İran-Suriya-“Hizbullah” ittifaqını nəzərdə tuturam”.

B. Qantzla görüşdə isə iki ölkə arasında müvəffəqiyyətli əməkdaşlıq olduğu vurğulanıb.

Mətbuat M.Dempsinin görüşlərdə İsrail rəsmilərindən gələcəkdə İranın nüvə obyektlərinə hücum etməyəcəyinə əmin olmaq istədiyini yazıb. ABŞ rəsmisi buna səbəb kimi İranın nüvə məsələsinin diplomatik yolla həlli üçün Tehranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin davam etdiriləcəyini göstərib.

Mənbə: apa.az


Paylaş



Bölmə: Güneyin sesi / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!