Ağdaşda iki bacını maşın vurub öldürdü .....                        Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar .....                        Orbanın səfəri başa çatdı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Türkiyənin Qarabağda həyata keçirdiyi layihələrin dəyəri açıqlandı .....                        Liderlərin şərəfinə rəsmi nahar verildi .....                        Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi .....                        TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi .....                        Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                       
Tarix : 15-06-2016, 15:12
Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının 70-ci iclası keçirilib


Rusiya paytaxtında MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclası keçirilib.

Butov.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılıb.


İclası giriş sözü ilə açan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu gün insanlıq üçün başlıca təhlükə beynəlxalq terrorçuluqdur: "MDB ölkələrinin əsas vəzifəsi beynəlxalq terrorçuluğun öz ərazilərində yayılmasının qarşısını almaqdır. Bizim bugünkü görüşümüz Böyük Vətən Müharibəsinin başlanmasının 75-ci ildönümü ərəfəsində keçirilir. Həmin dövrdə dünya üçün təhlükə nasizm idisə, bu gün üçün əsas təhlükə beynəlxalq terrorçuluqdur. Bizim qarşımızda vacib tapşırıq durur: Beynəlxalq terrorçuluğun MDB məkanında yayılmasına yol verməməliyik. MDB-nin xarici sərhədlərində vəziyyət sabit deyil. Mövcud vəziyyət müdafiə sahəsində qarşılıqlı fəaliyyəti genişləndirməyi tələb edir. Belə qarşılıqlı fəaliyyətin hüquqi əsası 2015-ci ildə MDB ölkə başçıları Şurasının qərarı ilə təsdiqlənən MDB ölkələrinin 2020-ci ilə qədər hərbi əməkdaşlıq Konsepsiyasıdır. Bu Konsepsiya bizim silahlı qüvvələrimizin gücləndirilməsini, milli və kollektiv təhlükəsizliyimin təmin edilməsini, eləcə də mehriban qonşuluq münasibətlərinin inkişafını özündə ehtiva edir".


Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclasında Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!