“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
Tarix : 9-03-2017, 12:04
Ermənistanlı fəlsəfə elmləri doktoru Sülh Platformasına qoşulub

Fəlsəfə elmləri doktoru, dilçi, bir neçə elmi məqalə müəllifi, hazırda İrəvanda yaşayan Narine Dermencyan Ermənistan Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

Butov.az xəbər verir ki, Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Mən Narine Dermencyan, Ermənistan vətəndaşı, bütün hərbi əməliyyatların dayandırılması və tərəfləri danışıq masası arxasında oturmağa və 25 ildən cox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoymağa cağırıram. Artıq sülhün vaxtı gəlib çatıb. Bu münaqişə hər iki ölkəyə ziyan vurdu. Ermənistan və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edərək, beynəlxalq hüquq çərçivəsində münaqişənin həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri ATƏT-in Minsk qrupunun əhəmiyyətini qeyd etmək istəyirəm. Mövcud münaqişədən əvvəl iki xalq əsrlər boyu inkişaf etmiş ümumi ənənələr əsasında harmoniyanın içində yaşayıb. Çox dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hər iki ölkədə həll olunmamış münaqişə nəticəsində iki xalq arasında düşmənçilik münasibətləri üstünlük təşkil edir. Ermənistan və Azərbaycan xalqları gələcək nəsillərin sülh və rifahı naminə, münaqişəni dayandırmalıdır. Mən 25 ildən çox davam edən münaqişənin tez bir zamanda sülh yolu ilə həlli ideyasını dəstəkləyirəm və sülhün bərqərar olunmasına ümid edirəm. Bu səbəbdən, məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə , Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!