Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                       
Tarix : 27-07-2017, 11:00
 “Tarix mənə bəraət qazandıracaq!” - Fidel Kastro


26 iyul 1953-cü il dünya tarixinə Kuba inqilabı kimi daxil olub. Məhz bu tarixdə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə qutaran bu tarixi hadisə Fulhensiyo Batistanın hərbi diktaturasının ləğv olunması ilə nəticələnib. Həmin gün bir qrup inqilabçı gənc Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşən Monkada kazarmasına hücüma keçiblər. 2 saatlıq döyüş zamanı çoxsaylı itkilər olub, sağ qalanlar həbs ediliblər. Həbs olunanlardan biri də inqilaba başçılıq edən Fidel Kastro olub. Məhkəmədə bütün inqilabçılar ən ağır cəzaya məhkum olunublar. Vəkildən imtina edib özü özünü müdafiə edən Fidel Kastro gələcəkdə çox məşhur olacaq ifadəsini də məhz bu məhkəmədə söyləyib: “Tarix mənə bəraət qazandıracaq!”. Məhkəmənin qərarına görə Fidel Kastro 15 il müddətinə azadlıqdan məhrum olunub. 22 aydan sonra əfv olunan Fidel Kastro azadlığa çıxdaıqdan sonra Meksikaya köçərək orada “26 iyul hərəkatı” yaradıb.

Butov.az İlham Cəmiloğlunun Fidel Kastro haqqındakı yazısını təqdim edir.


Fidel Kastronun dəqiq doğum tarixi bilinmir. Bəzi mənbələr onun 1926, digərləri isə 1927-ci ildə doğulduğunu göstərir. Bu rəqəmlərdən asılı olmayaraq o, zəngin və imkanlı ailədə böyüyüb, atası hektarlarla torpaqlara malik olub.

 “Tarix mənə bəraət qazandıracaq!” - Fidel Kastro


Fidel Kastronun hakimiyyətdə olduğu illər birmənalı qiymətləndirilməyib. 1960-1970-ci illər Kubanın iqtisadi dirçəliş illəri kimi xatırlanır. Məhz həmin illər ölkədə pulsuz səhiyyə xidmətinin tətbiqi, savadsızlığın aradan qaldırılması, turizm sektorunun inkişafı kimi irəliləyişlər olub. SSRİ-nin təmənnasız köməyi ölkənin inkişafında mühüm rol oynayıb. Bu inkişafa baxmayaraq ölkədə kifayət qədər ciddi müxalifət də fəaliyyət göstərib. 80-ci illərin ortalarında SSRİ-də siyasi böhran hökm sürəndə və artıq Kubaya sovetlər birliyindən kömək dayananda ölkə özünün ən ağır zamanlarını yaşayıb. Təbii ki, belə bir vəziyyətdə Fidel Kastroya müxalif olanlar ona qarşı mübarizələrini daha da gücləndiriblər. Və 50 ilə yaxın hakimiyyətdə olduğu dövrdə Fidel Kastroya 638 dəfə sui-qəsdə cəhd edilib. Bu dünyada rekord say hesab olunur. Hətta bu haqda “Kastronu öldürməyin 638 üsulu” adlı sənədli film də çəkilib. Ancaq inqilabçı lider öz siyasi fəaliyyətini bu qəsdlərin arasında da davam etdirib.

Sui-qəsdlərin ən maraqlısa isə 1971-ci ildə baş verib. Fidel Kastronun Çiliyə səfəri zamanı iki snayper onun həyatına son qoymalı imiş. İş elə gətirir ki, qəsdin törədiləcəyi vaxtdan bir saat əvvəl onlardan birini maşın vurur, digəri isə kor bağırsağından tutan ağrılara görə təcili cərrahiyyə çarpayısında uzanmalı olur.

Fidel Kastronun siyasi fəaliyyəti uzun illər Amerika prezidentlərini narahat edib. Bu narahatlığı aradan qaldırmaq üçün onlar bir çox üsullara əl atıblar. Bu üsullardan biri də o olub ki, Amerika dövləti kubalılara öz ölkələrinin qapısını açıblar, sərbəst mühacirət imkanları yaradıblar. Kastro bu məsələdə daha hiyləgər hərəkət edib. O, Kuba türmələrindəki ən qatı cinayətkarları cəzalarından azad edərək Amerikaya deportasiya edib.

 “Tarix mənə bəraət qazandıracaq!” - Fidel Kastro


Fidel Kastro inanılmaz yaddaşa və natiqlik qabiliyyətinə malik olub. O, öz çıxışları ilə minlərlə insanın diqqətini cəlb edə bilib. Onun ən yadda qalan alovlu nitqi 1960-cı ildə olub ki, bu çıxış 4 saat 29 dəqiqə davam edib. Kastronun ən uzun çıxışı isə 1986-cı ildə Kuba Kommunist Partiyasının 3-cü qurultayında dinlənilib. Siyasətçi bu qurultayda heç bir kağızdan istifadə etmədən 7 saat 10 dəqiqə nitq söyləyib.

Fidel Kastronun 14 yaşı olanda Amerika Birləşmiş Ştatlarında seçkilərdə qələbə çalmış Franklin Ruzveltə təbrik məktubu yazıb və həm də xahiş edib ki, prezident ona 10 dallarlıq əskinaz göndərsin. O, bunu belə əsaslandırıb ki, bu yaşına qədər 10-luq əskinaz görməyib. Bir müddət sonra Amerika prezidentinin adminstrasiyasından təbrikə görə təşəkkür cavabı gəlib. Ancaq zərfin içində 10 dollar olmayıb. Kastro bu hadisədən təəssüf hissləri keçirib.

Fidel Kastro saqqal saxlamaqla ömrünü 240 saatına qənaət edib. Belə ki, onun öz hesablamalarına görə, üzünü qırxmaq üçün bu illər ərzində o, 240 saat vaxt sərf etməliymiş.

Saqqallı kommunistin ürəyində qadınların xüsusi yeri olub. Qeyri-rəsmi münasibətdə olduğu qadınların sayı bilinməsə də dörd dəfə rəsmi nikahda olub. Bu xanımlar Fidel Kastroya beş oğul və iki qız bəxş ediblər.

Gənclik illərindən hədsiz dərəcədə çox siqaret şəkən Kastro 1986-cı ildən bu vərdişindən əl çəkib. Elə həmin ildən də ölkədə “Nikotinə qarşı mübarizə” kampaniyasına start verilib.

Kütləvi informasiya vasitələri Fidel Kastronu dəfələrlə, 1986, 1994, 2007, 2009-cu illərdə “dəfn” edib. Əslində isə o, qeyri-dəqiq doğum günündən fərqli olaraq dəqiq bir tarixdə 25 noyabr 2016-cı ildə vəfat edib.


İlham Cəmiloğlu


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!