“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 26-01-2016, 21:15
Emin ağa: - "Hər kəsin borcudur,... öz millətinə kömək eləsin.


"Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli professor Şurəddin Məmmədlinin Emin Ağa kimliyi haqqında qısa təqdimatını diqqətimizə çatdırır:

Tariximizi öyrənməli, ona sahiblənməliyik.

KƏPƏNƏKÇİ EMİN AĞA'NIN KİMLİYİ HAQQINDA

1850-ci ildə Tiflis vilayətinə bağlı Borçalı qəzasının Kəpənəkçi (Bolus-Kəpənəkçi) kəndində doğulmuşdur. Adı Emin'dir və Hacallı soyundandır. Rəsmi bəlgələrdə adı-soyadı Türkcə Emin Ağa vəya Emin Ağa Hacaliyev, Rusca Эмин Ага Аджалиев keçər.
Emin Ağa'nın mənsub olduğu Hacallılar, başqa deyişlə, Hacaloğulları soy etibarilə Borçalı'da sayılan və seçilən ağa soyundandır. Bu soyun mənsubları Hacallılar vəya Hacaloğulları kimi tanınmışlar. Rəsmiyətdə Acalov soyadını daşımışlar və günümüzdə də daşımaqdadırlar. Hələ Emin Ağa'nın çağdaşı, bu soydan Alxas Ağa Hacallı adında gözəl şeirlər müəllifi bir şair olaraq tanınmaqdadır. Daha sonralar bu soya bağlı Rəşid Hacallı, Abbas Abdulla Hacaloğlu, Zəlimxan Yaqub vb kimi ünlü şairlər ortaya çıxmışlar. 19-cu yüzil şairi Alxas Ağa bir bayatısında Emin Ağa'nın da mənsub olduğu Hacallı soyunun şəcərəsini belə vermişdir:
Hac Alı,
Hac köynəyin hac alı,
Atam Hacı Əmraslan,
Ulu babam Hacalı

Şair Abbas Abdulla mənsub olduğu nəslini belə xatırlar:
Dünyaya sığmayan bir soyadım vardı -
Acaloğulları-Hacaloğulları!
Şair digər bir şeirində Emin Ağa'nın öygüsünə bu dizələri (misraları) yazmışdır:
Mərd dayan! Düşmənin gəc bağrını yar,
Qaçma qarşısından hər cür dığanın,
Qaçsan, məzarında ruhu od tutar
İsrafil Ağa'nın, Emin Ağa'nın

Kəpənəkçi kəndində indi də uca bir dağa Emin Ağa dağı, sarp bir qayaya da Emin Ağa qayası deyilməkdədir. Kəpənəkçi vəya Bolus-Kəpənəkçi toponim etibarilə Pəçənək Türk boyunun Kəpənək qoluyla ilişkiləndirilməkdədir
Emin Ağa ərgənlik çağlarında Borçalı qəzasının Ağbulak qəsəbəsində öncü maarif ocaqlarından biri olan və Rusca təhsil verən gimnazyada oxumuşdu. Gənçliyində qaçaqçılıq etmiş və daha sonra yaylaqların müdürü çalışmışdı.
Borçalı mahalında Emin Ağa böyük hörmət sahibi, saygılı və güvənilir bir insan olaraq bilinmişdi.
Yuxarıda bildirildiyi kimi, Emin Ağa Türkiyə'nin "Qafqaz" İslam ordusuna 1918-ci ilin yayında Borçalı, Qazax bölgələrinə qədər yol boyu gözləmçilik etmişdi. Noyabr ayında Qars İslam Şurası'nın ilk rəisi (prezidenti) və maarif vəkili elan edilmişdi. 1918 qışında Borçalı'da Ermənistan və Gürcüstan arasında qanlı çatışmalar zamanında Emin Ağa Qars'dan məmləkətinə dönmüşdü. Burada Borçalı Milli Şurası adında bir qurum oluşduraraq, Borçalı'yı Erməni hücumlarından qorumaq üçün çalışmışdı.
Emin Ağa 1920-li illərdə öncə Türkiyə'də, sonra Azərbaycan'ın Qazax bölgəsinin Qarapapaq kəndində yaşamışdı. 1927-ci ildə Qarapapaq kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.
... Emin Ağa sadəcə toplumsal fəaliyyətlərlə yetərlənməmiş, eyni zamanda Borçalı'nın mədəniyyət və ədəbiyyat ortamında özünü təsdiqləmişdi. Gözəl saz çalıb oxuyurmuş, şeirlər qoşurmuş.
Qeyd: Gürcüstan Dövlət Muzeyi'ndə Emin Ağa'nın təqdim etdiyi "Borçalı Qadınının Geyimi" adlı etnoqrafik eksponat qorunmaqdadır
Emin Ağa'nın 1912 ilində Tiflis'də Azərbaycan dilində yayınlanmış "ﻥﺎﻳﻭﺍ ،ﯼﺪﺴﺑ" / "Bəsdi, Oyan!" kitabı (1) onun ədəbi yaradıcılığının əyani göstərgəsidir.
Kitabın və əsərin yazarca "Bəsdi, Oyan!" adlandırılması və milli hekayə olaraq tanıdılması rastgələ deyildi. 20-ci yüzilin başlarında "Bəsdi", "Oyan", "Millət", "Qeyrət", "Hürriyyət" kimi çağırış ünləmli kəlmələrin ədəbiyyatımızda, öncəliklə də, şeirdə sıx-sıx işlənilməsinə dəstək olaraq, Emin Ağa Hacallı da Borçalı'da "Bəsdi, Oyan!" ünləmini (nidasını) kitab, əsər başlığı seçməklə ulusu cəhalətdən qurtulmağa səsləmişdi.
Önsözdə oxuyuruq: "Hər kəsin borcudur, əlindən gəldiği qədər hər növ ilə olmuş olsa, bəşərə, ələlhüsus, öz millətinə kömək eləsin. Nə fayda ki, əcdadlarımız bizi naşı qoymuşlar, məramımızı ifadə etməyə dil və qələmimiz yoxdur. Bununla belə, millətimizin bugünkü halına baxanda insan sakit dura bilmir, odur ki, bəndeyi-hakir də bu balaca kitabçayı yazıb nəşrinə iqdam etdim..."

PS. 31 yanvar saat 11-də Xudafərin sarayında Kəpənəkçi Emin ağa şəxsiyyətinə, Borçalı türk tarixinin şanlı səhifəsinə nəzər yetirəcəyik.


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!