Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 28-03-2016, 16:42
“Gürcüstan” qəzetinin  95 illiyinə təbrik


Azərbaycan Mətbuat Şurası Gürcüstanda nəşr olunan “Gürcüstan” qəzetinə
95 illik yubileyi
münasibəti ilə
təbrik məktubu
ünvanlayıb.


Mətbuat Şurasının sədri,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
Azərbaycan-Gürcüstan
Parlamentlərarsaı
Dostluq Qrupunun rəhbəri
Əflatun Amaşovun
adından ünvanlanan
məktubda
deyilir:


“XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan-Gürcüstan ictimai və mədəni əlaqələri fonunda baş verən proseslər bütövlükdə Cənubi Qafqazın həyatında əhəmiyyət daşımağa başladı. Həmin vaxt regionda mərkəz sayılan Tiflisin ədəbi-bədii mühiti azərbaycanlı ziyalıların bir çoxunun yaradıcılığında müstəsna rol oynadı. Xalqımızın görkəmli simaları Gürcüstanda, o cümlədən Borçalı elində türk özünüdərki və kimliyi ilə bağlı proseslərə mühüm töhfələr verdilər. Bu işdə onların qurub-yaratdıqları mətbuat orqanları bənzərsiz və təkrarsız missiya daşıdı. 1921-ci ildə ana dilimizdə nəşrə başlamış “Gürcüstan” qəzetinin 95 illik fəaliyyəti də məhz bu baxımdan qiymətləndirilməlidir.
“Gürcüstan” qəzetinin  95 illiyinə təbrik

Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik tarixə malikdir. Hər iki ölkə xalqları arasındakı bağlılıq tellərinin qorunmasının, dostluq ənənələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi dəfələrlə isbatlanıb. “Gürcüstan” qəzeti yarım əsrə yaxın müddətdə bu vacibliyin yorulmaz təbliğatçısına çevrildi, yüksək peşəkarlıq dəst-xətti, təqdimat zənginliyi ortaya qoydu. Keçmiş SSRİ-nin mətbuat aləmində xüsusi çəkiyə və nüfuza malik olan yubilyar nəşr Borçalı ədəbi mühitinin ayrıca cərəyan kimi inkişafında da katalizator rolunu oynadı. Uzun illər “Sovet Gürcüstanı” adı ilə fəaliyyət göstərmiş qəzet həmçinin Gürcüstandakı soydaşlarımızın öz hüquq və vəzifələrinin dərkində tarixi xidmətlər göstərdi, bununla da dahi mütəfəkkir Həsən bəy Zərdabinin “Əkinçi” maarifçilik xəttinə sədaqətini nümayiş etdirdi.

“Gürcüstan” bu gün də ənənələrinə sadiqdir. O, Azərbaycan və Gürcüstan arasındakı ictimai və mədəni münasibətlər sistemində etibarlı mərkəz, körpü rolunu oynamaqda davam edir. Azərbaycan Mətbuat Şurası qəzetin bu missiyasını yüksək qiymətləndirir. Şura nəşrin 95 illik yubileyini təbrik edir, onun yaradıcı kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayır.

95 yaşınız mübarək, əziz “Gürcüstan”lılar!”

Azərbaycan Mətbuat Şurası həmçinin 95 illik yubileyini qeyd edən “Gürcüstan” qəzetini özünün fəxri diplomu ilə də təltif edib.


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!