Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
Tarix : 25-01-2015, 19:01
Quzeydə səsimizə səs verənlərə sayğılarla:
Güney Azərbaycan Konqresinin bildirişi

Sayın soydaşlarımız!
Güney Azərbaycan Konqresinin bildirişi

Bildiyiniz kimi GAK MK-nin sədri Abdulla Əmir Haşimi Cavanşir son günlər Azərbaycanın quzeyinə səfəri çərçivəsində çoxlu görüşlər və ziyarətlər həyata keçirmişdir.
Abdulla bəy 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günündə Seyid Cəfər Pişəvəri, Heydər Əliyev və Bütövlük məfkurəsinin memarı Əbülfəz Elçibəyin, Doktor Cavad Heyətin, Əmirəli Lahrudinin məzarlarını, Şəhidlər Xiyabanını ve Türk Şəhidliyini ziyarət edib. Elə həmin günlərdə Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə Sərhəd hərəkatına həsr olunan toplantıda iştirak və çıxış etmişdir.
Abdulla Əmir Haşimi Ümid Partiyasının sədri və millət vəkili İqbal Ağazadə və müavini Rüfət Muradlı ilə görüşdə Partiya üzvlərini Yeni İl münasibətilə təbrik edərək “Ümid”in Güney davasına verdiyi xüsusi dəstəyə görə dərin təşəkkürünü bildirib.
Güney Azərbaycan Konqresinin bildirişi

Abdulla bəy xaricdə yaşayan bir qrup soydaşımızla birlikdə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Bakidaki ofisində olub, komitənin Avropa üzrə məsul şəxslərilə görüşərək 2015-ci ildə ermənilərin xaricdə qaldırdıqları yalançı təbliğatlarına qarşı mübarizə barədə söhbət edib.
GAK sədri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev, MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli ilə də görüşüb. Görüş zaman F.Quliyev Güney Azərbaycanda və bölgədə son ictimai-siyasi durum, xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının birgə əməkdaşlığı, Güney Azərbaycan milli hüquq və azadlığı istiqamətində fəaliyyət göstərən təşkilatların ümümmilli məsələlərdə vahid mövqedən çıxış etməsini və Güneyə dəstək verməsini vurğulayıb.
Abdulla bəy Vətəndaş Həmrəylik Partiyasının sədri və millət vəkili Sabir bəy Rüstəmxanlı və VHP-nin üzvlərilə də görüşüb. Millət vəkili və DAK həmsədri Sabir bəy Güney Azərbaycan məsələsində təmənna ummadan Güneyli qardaşlarının yanında olduğunu və haqlı mübarizədə hər zaman onları dəstəkləyəcəyini bildirib.
"Yeni Müsavat" qezetinin redaksiyasında baş tutan səmimi görüşdə də Abdulla Əmir Haşimi Yeni Müsavat kollektivinə uğurlar diləyib,eləcə də Rauf Arifoğlu başda olmaqla butun “yenimusavatçılara” Güney Azərbaycan məsələsinə göstərdikləri diqqətə görə təşəkkürünü bildirib. Görüşdən əvvəl Abdulla bəy Yeni Musavat yazarı Elşad Paşasoya da geniş müsahibə verib.
GAK MK sədrinin Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərlə görüşündə də Güney Azərbaycan məsələsi haqda ətraflı söhbət olub. Eyni zamanda Mərkəzdə“Güney Azərbaycan bu gün” mövzusunda toplantı keçirilib. Toplantıda Güney məsələləri üzrə mütəxəssislər,habelə tanınmış ictimai-siyasi xadimlərdən olan Yasəmən Qaraqoyunlu, Mehriban Vəzir, Arif Hacılı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli, Nəbi Soytürk, Rüfət Muradlı, Əlirza Amanbəyli, F.Qəzənfəroğlu və başqaları iştirak ediblər. Toplantıda məruzə ilə çıxış edən Abdulla Əmir Haşimi Guney Azərbaycandakı son durum haqda ətraflı məlumat verərək tədbirin təşkilatçilarina da təşəkkurünü bildirib.
Abdulla bəy Borçalı Cemiyyətinin sədri Zəlimxan Məmmədli ilə ayrıca görüşdə Borçalı Cəmiyyətinin Güney məsələsinə diqqətini yüksək dəyərləndirib və cəmiyyətə fəaliyyətlərində uğurlar diləyib.
Güney Azərbaycan Konqresinin bildirişi

GAK MK sədrinin Bütöv Azərbaycan Ocaqlarında Zahir Əlisoy, Dilavər Əzimli, Alpər Əlincəli, Sədrəddin Soltan, Faiq Quliyev, Bəxtiyar Tuncay, Rizvan Hüseynov, Araz Şamil, Elnur Həsənli ilə, eləcə də “125-lər” Siyasi Klubunda Tamilla Qulami,Yeganə Hacıyeva, Ramin Hacılı ilə də səmimi görüşləri baş tutmuşdur.
Abdulla Əmir Haşiminin Azərbaycan Milli Elmər Akademiyasının Cənub bölməsində professor Əkrəm Rəhimli, Səməd Bayramzadə və şöbənin digər əməkdaşları Subhan Talıblı, Nisə Rüstəmova, Həsən Səfəri, Cəmalə Mirzəyeva, Ramil Rüstəmov ilə də yaddaqalan görüşü olmuşdur.
Səfər zamanı Bakıda yaşayan Güneyli milli fəallarımızdan Cavidan Elbars, ,Nəbi Soytürklə də görüşən GAK MK sədri onlarla mövcud sorunlar haqda fikirlərini bölüşmüşdür.
Səfər ərzində həyata keçirilən görüşlər bao.az, muxalıfet.az, report.az, davam.az, moderator.az, qafqazinfo.az saytları və Yeni Müsavat qəzetində öz əksini tapmışdır.
Güney Azərbaycan Konqresinin bildirişi

GAK MK olaraq yuxarida adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz dəyərli əzizlərimizə Güney davasına verdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildiririk!
Hörmətlə: Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsi


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!