Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : 13-07-2017, 23:55
Təbrizli gənc dünyanın ən yaxşı ixtiraçısı mükafatını alıb


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, təbrizli gənc ixtiraçı Xəlil Nəzəri nüfuzlu mükafata layiq görülüb.

Dünya üzrə ən böyük ixtiralar festivalı sayılan Amerika Birləşmiş Ştatlarının (ABŞ) “INPEX” Böyük İxtiralar Yarışları və Festivalı birincilər sırasına daxil olan iştirakçıların siyahısını açıqlayıb.

İran mətbuatının yaydığı məlumata görə, azərbaycanlı ixtiraçı “Şəhərdə toz probleminin həlli üçün HL bitki ötüyü ilə torpağın üst səthini örtmək” layihəsini təqdim edərək festivalın xüsusi mükafat və medalına sahiblənib. O, 40 ölkənin nümayəndəsi tərəfindən 800 ixtiranın təqdim olunduğu festivalda 2017-ci ilin ən yaxşı ixtiraçısı adına layiq görülüb.

Festivalda ABŞ, Fransa, Hollandiya, Almaniya və Çin kimi inkişaf etmiş ölkələrin nümayəndələri iştirak edib.

Xəlil Nəzəri 1981-ci ildə (hicri-şəmsi təqvimi ilə 1360-cı il) Təbrizdə dünyaya göz açıb. O yapışdırıcı və kimyəvi maddələr sənayesi zavodunun sahibidir.

32-ci ABŞ Beynəlxalq İxtiralar Sərgisi iyunun 13-dən 15-dək Amerikanın Pitsburq şəhərində keçirilir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!