Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 3-08-2017, 15:17
Əsgər Əkbərzadə Azərbaycan Milli Hərəkatına qarşı son təxribatlarla bağlı bəyanat yayıb


Butov.az GünAzTV - yə istinadən xəbər verir ki, azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə “Çətəçilər” bandasının Azərbaycan Milli Hərəkatına qarşı apardığı son təxribatları barədə bəyanat yayıb.

Bəyanatda deyilir: “Ulu tanrının adı ilə. Ötən günlərdə baş verən bir sıra oyunlar təəssüflər olsun ki, hər bir azərbaycanlı milli-mədəni fəalı ürəkdən narahat etməkdədir. Ayaqlarının biri həmişə ETTELAAT-da olan bəzi insanlar və onlarla eyni mövqedə olan bəzi qüvvələr əl-ələ verərək milli hərəkatın sadiq fəallarını ləkələməyə çalışır və bu günlər virtual aləmdə daha aktiv rol oynayırlar.

Təəssüflər olsun ki, bu çirkin koalisiyanı koordinasiya edən və milli hərəkatın yolunda əngəl törədənləri bir araya gətirən “Dirəniş” təşkilatı və onun mənsublarıdır. Son günlər isə bu planı açıq şəkildə ortaya qoyanlar, “Dirəniş”in əsas üzvlərindən olan İsmayıl Cavadinin yazışmaları və Taymaz Urmulunun paylaşımlarıdır. Bu yazılar və paylaşımlar göstərir ki, “Xocalı” kimi məlum adamların və onun kimilərinin əli ilə milli hərəkatı öz yolundan yayındırmağa çalışanlar bu günlər daha ciddi şəkildə fəaliyyət aparmağa başlayıblar.

Mən Əsgər Əkbərzadə milli hərəkatın bir fəalı olaraq bu çirkin oyunları qınayır, bildirirəm ki, keçmişdə olduğu kimi, bu oyunlar da Allahın ümidi ilə və milli fəalların ayıqlığı və sədaqəti sayəsində təxribatçıların istədiyi nəticəni verməyəcək və milli hərəkatımız əvvəlkindən də daha güclü şəkildə öz yoluna davam edəcək".


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!