Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
Tarix : 26-06-2014, 15:05

 

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə iyunun 26-da Pirəkəşküldə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib. 

AzərTAc xəbər verir ki, təlimi izləyən Ali Baş Komandan İlham Əliyevə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov raport verib.  

Prezident birgə əməliyyat-taktiki təlimində nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxeminə baxıb, hərbi texnika və şəxsi heyətin geyim və ərzaq təchizatı nümunələri ilə tanış olub. 

Təlimlərə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilib. 

Təlimdən sonra Prezident İlham Əliyev hərbçilər qarşısında çıxış edib.

Daha sonra Ali Baş Komandan İlham Əliyev hərbi xidmətdə fərqləndiklərinə görə bir qrup hərbçiyə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə orden, medallar və qiymətli hədiyyələr verib. 

 Biz də xalqımızı, əsgər və zabitlərimizi Ordu günü münasibətilə təbrik edirik!

Butov.az



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!