Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 3-08-2014, 14:14

 

Mətbuat Şurası: Cəbhədən xəbərlər yayan bir çox internet media resursları cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaradır

Şuranın bəyanatında bildirilir ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı mediada çoxsaylı informasiya yer almaqdadır.
“Fikir, söz və ifadə azadlıqları şəraitində məsələyə xüsusi diqqət göstərilməsi anlaşılandır. Torpaqlarının 20 faizini itirmiş, 1 milyondan artıq vətəndaşının qaçqın həyatı yaşadığı ölkənin kütləvi informasiya vasitələrinin həssas mövzuya üz tutması da qəbul ediləndir. Təəssüflə bildirməliyik ki, cəbhə xətti ilə əlaqədar xəbərlər yayan bir çox internet media resurslarının tutduqları dəst-xətt onların həssas mövzuya peşəkar münasibət meylini deyil, cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaratmaq istəklərini aşkar şəkildə göstərməkdədir. Mətbuat Şurasının monitorinqinin nəticələri də bunu təsdiqləyir.
            Mətbuat Şurası müəyyənləşdirib ki, cəbhədə gərginliyin artdığı gündən başlayaraq mövzuya dair məlumat yayan internet media resurslarının sayında dinamizm yaranıb. Söz azadlığı şəraitində cəmiyyətə informasiya yaymağa məsul media vasitələrinin sayının çoxalması müsbət hal sayılsa da, qeyd etdiyimiz kəmiyyət artımının keyfiyyətlə uzlaşmadığı konkret nəticələrdə əksini tapmaqdadır. Şura cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınmasının vacibliyini rəhbər tutur. Buna görə də həmin nəticələri müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara təqdim edəcək. Qurum nəzərə alır ki, sırf cəbhə ilə əlaqədar məlumatlara kökləndiyi aşkar görünən, fəaliyyəti yalnız mövcud müstəvidə nəzərə çarpan internet media resurslarının qeyri-peşəkarlığı vətəndaşlar arasında qəsdən yanlış təəssürat yaratmaq niyyətinə də söykənə bilər. Bu isə yolverilməzdir. Qloballaşma şəraitində istənilən müharibədəki qələbənin informasiya müstəvisində qazanıldığı reallığını nəzərə alsaq, ictimai rəyi formalaşdırmaq missiyasını üzərinə götürmüş Azərbaycan jurnalistikası bu müharibədən qalib çıxmaq üçün media adına iddialı olan kənar, xoşagəlməz təsirlərdən uzaqlaşmalıdır”.
           Mətbuat Şurası hazırkı şəraitdə tanınan, ictimai rəyə real təsirə malik KİV-ə xüsusilə həssas olmağı tövsiyə edir. Qurum hesab edir ki, indiki vaxtda cəmiyyətin obyektiv və operativ informasiyalara ehtiyacı daha böyükdür. Bu ehtiyacın ödənilməsi üçün hər bir jurnalistin işinə məsuliyyətlə və vicdanla yanaşması şərtdir. Daha çox rəsmi dövlət orqanlarımıza istinad olunmalı, əldə edilən digər informasiyalar onlarla dəqiqləşdirilməlidir.
         “Siyasi partiyalara yaxınlığından, tutduğu mövqeyindən və baxışından asılı olmayaraq, hər bir KİV-in dövlətçiliyə sədaqət, milli mənafe prinsipiallığı ruhunda fəaliyyət göstərməsi müstəsna önəm daşımaqdadır. Mətbuat Şurası tarixin müxtəlif dövrlərində aktual olan bu məqama, həmçinin böyük ənənələrə malik Azərbaycan jurnalistikasının mühüm tarixi proseslərdəki səfərbəredici funksiyasına söykənir. Şura inanır ki, həqiqi qələm sahibləri cəbhədəki vəziyyətlə əlaqədar materialların təqdimatında qüdrətli ordu qürurumuzun formalaşdırılmasını başlıca vəzifə kimi müəyyənləşdirəcək, hadisə və proseslərin doğuracağı effekti peşəkar şəkildə dəyərləndirəcək, praktik müstəvidə meydana çıxması mümkün olan məqamlara dair düzgün qərarlar verəcəklər. Qurum Azərbaycanın KİV təmsilçilərinin üzərilərinə düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyinə, Vətənə və dövlətçiliyə əməli xidmət baxımından örnək səciyyə daşıyan nümunələr ortaya qoyacaqlarına əmindir”!

 



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!