Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 21-08-2014, 18:32

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı həmsədri olduğu Dünya Azərbaycanlıları Konqresi adından bəyanat səsləndirib. 

Bəyanatda deyilir: 

             “Son illərdə dünyanın əsas ideoloji ocaqlarından, güc mərkəzlərindən “sivilizasiyaların dialoqu”, “milli və dini inteqrasiyalar” barədə nə qədər çoxçeşidli şüarlar səslənirsə, siyasi, etnik və dini zəmində konfliktlər bir o qədər kəskinləşir, qütbləşmələr dərinləşməkdə davam edir. 

Müəyyən maraqlı güclər tərəfindən reallaşdırılan belə terrorizm aktları, milli-etnik münaqişələr, dini qarşıdurmalar, demək olar ki, bu gün əksər Şərq ölkələrini bürümüşdür. Misirdə, Suriyada, İraqda, Qəzza bölgəsində və s.  baş verən hadisələr minlərlə insanın həyatı bahasına başa gəlsə də, dünyanın söz və güc  sahibləri hələ də buna seyrçi mövqedən yanaşmaqda davam edirlər. Qərbin terrorçu təşkilat elan etdiyi HƏMAS-ın cəzasını nədənsə Qəzzada heç bir günahı olmayan qadınılar, uşaqlar, qocalar çəkir, qısa müddət ərzində bu regionda 2 mindən artıq dinc insan faciəvi şəkildə qətlə yetirilib. Suriyada müxtəlif silahlı qrupların arasında baş vermiş qarşıdurmalar minlərlə insanın həyatına son qoyub, ölkə xarabalığa çevrilib. Demokratik dünyanın gözünün qarşısında Misirdə hakimiyyət çevrilişi etmiş hərbçi qrup bir gündə 600-dən çox insanı əqidəsinə və inancına görə edam kötüyünə göndərir. Bir sözlə, baş verən hadisələrin məntiqi anlaşılmır. 

            Bu faciəvi proseslərdə ən ağır durumda qalan xalqlardan biri də zaman-zaman İraq və Suriyada yaşayan türkmanlardır. Məlum olduğu kimi, İraqda son hadisələrə qədər 2 milyon yarımdan artıq, Suriyada isə 1,5-2 milyon civarında türkmən yaşamışdır. Həm Suriya, həm də İraq türkmanlarının taleyi tarix boyu  acınacaqlı olub. Suriya türkmanlarının böyük bir qismi 1967-ci ilə qədər Colan təpələrində yaşayıb və bu yerlər İsrail ordusu tərəfindən işğal olunduqdan sanra onlar köçkünə çevrilib və nəhayət, Dəməşq və onun ətrafında məskunlaşıblar. Bu gün Suriya və İraqda yaşayan bütün digər xalqlar müəyyən təşkilatlarda birləşərək, hərbi-güc mərkəzlərini yaradıb və beynəlxalq qüvvələrlə əlaqəli şəkildə öz hüquqları uğrunda mübarizə aparsalar da, burada kimsəsiz qalmış türkmanlar haqqında bu sözləri demək mümkün deyil. Onlara təşkilatlanmaq  və özünümüdafiə qüvvələri yaratmaq imkanı verilməyib. Təkcə bu ilin may ayında bir gündə Suriyada türkman məhəlləsinin bombalanması nəticəsində 100-dən artıq türkman qətlə yetirilib. 

Statistik məlumata görə, Suriyada qətlə yetirilmiş 100 min insanın təxminən 20 mini türkmandır. Bunu bir xalqın soyqırımı da hesab etmək olar.  

İraqda isə durum daha acınacaqlıdır. Səddam Hüseyn dövründə ardıcıl təzyiqlərə məruz qalan türkmanlar hakimiyyət dəyişikliyindən sonra daha ağır vəziyyətə düçar olmuşlar. Belə ki, İraq Şam İslam Dövləti deyilən süni şəkildə yaradılmış silahlı bir qrupun keçən ay Kərkükə hücumu 2200 türkmanın qətli ilə nəticələnmişdir. Onlar hətta qadınlara, qocalara, uşaqlara aman verməmiş, günahsız insanları çox yerdə diri-diri torpağa basdırmışlar. Tarixi türkman (Azərbaycan) torpağı olan Mosulun əldən-ələ keçməsi isə türkmanların öz ev-eşiklərindən didərgin düşmələrinə və onların böyük əksəriyyətinin fiziki məhvinə səbəb olmaqdadır. 

Lakin bütün bu müdhiş faktlar indiyədək dünyanın heç bir demokratik dövlətində gündəmə gəlməmiş, üstəlik, nə Türkiyədə, nə də digər türkdilli respublikalarda hər hansı rezonans doğurmamışdır. 

Qədim türkman torpaqlarına iddia irəli sürən və uzun illər dünyanın terrorçu təşkilat kimi tanıdığı PKK-çılara müəyyən güclər hazırkı şəraitdən istifadə edərək, dövlət qurmağa kömək etdikləri halda, türkmanlar didərgin salınır, onlar həm dini, həm də milli-etnik təzyiqlərə məruz qoyulurlar. Əgər dünyanın söz və güc sahibləri demokratik prinsipləri, milli-etnik hüquqları əldə əsas tutaraq, İraqda yaşayan kürdlərə dövlət qurmaqda yardım edirlərsə, onda türkmanların bu hüquqlarına niyə hörmətlə  yanaşılmır? Həm də nəinki hörmətlə yanaşılmır, əksinə, bir xalqın hüququnu tapdalamaqla digər xalqın quracağı dövlətin sərhədini genişləndirməyə çalışırlar. 

Biz - Dünya Azərbaycalıları Konqresi olaraq bu gün Suriya, İraq, Qəzza kimi konfliktli bölgələrdəki bütün xalqların, milli-etnik azlıqların insan haqlarını müdafiə etməklə bərabər, İraqdakı türkmanların da milli-tarixi hüquqlarının bərpasında dünyanı ədalətli mövqe nümayiş etdirməyə çağırırıq. DAK eyni zamanda Türkiyənin və türk respublikalarının rəsmi dairələrinə, ziyalılarına, adi vətəndaşlarına üz tutaraq İraq türkmanlarını soyqırım faktları qarşısında tək qoymamağa çağırır. Yaranmış şəraitdən istifadə edərək, İraq türkmanlarına öz milli-muxtariyyət huquqlarını qorumaqda dəstək verməyi insan hüququ uğrunda mübarizə aparan hər bir şəxsin başlıca vəzifəsi sayır”. 

 



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!