Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 23-10-2014, 13:33

Neron Babaxanov- 75

Uca Tanrı yaratdığı bəndəsinə müxtəlif tale bəxş edir,fərqli istedad və qabiliyyətlə yaradır. Yaşının az və çox olmasından asılı olmyaraq bəzi insanlar sakit bir ömür sürməklə Haqq dünyasına qovuşur və həyatda heç bir iz qoymur. Elə insanlarda var ki, istedadı və dərin zəkası, işgüzarlığı, el-obaya bağlılığı, vətənpərvərliyi, insanlığı, yazıb yaratdığı əsərləri ilə insanların qəlbində yuva sala bilir, əbədi yaşayır.  Neron Babaxanov da istedadlılardan biridir.Onun 75 illik həyat yolu uğurlarla doludur, həm özünün həm də, onu tanıyanların fəxr edə bilcəyi məqamdır.

 

Böyük bir nəslin oğlu yorulmaz tədqiqatçı, ləyaqətli insan, tanınmış coğrafiyaşünas alim, dostluğa sadiq Neron müəllimlə tanışlığım 1957-ci ildən başlanıb. Həmin il hər ikimiz Azərbaycan Dövlət Universitetinin  (indiki Bakı Dövlət Universiteti)  geoloji-coğrafiya fakültəsinə daxil olub, 1962-ci ildə göstərilən ali məktəbi bitirmişik. O zamandan indiyə kimi aramızda yaranan dostluq münasibətləri bugünə qədər davam edir. Onunla  mənim dünyaya gəlməyimdə  bir  oxşarlıq var. Hər ikimiz 1939-cu ilin oktyabrında doğulmuşuq. I kursda oxuduğum dövrdən o,biliyi, diribaşlığı, səriştəsi ilə diqqətimi cəlb etmişdi. Neron müəllimlə görüşlərimizdə tələbəlik illərinin birçox acılı-şirinli xatirələrini yaddaşdan keçirib gah gülüb, gah kövrəlmişik. Ali məktəbi bitirdikdən sonra mən təyinatla orta təhsil aldığım Zəngilan rayonunun Mincivan qəsəbəsindəki 36 saylı dəmiryol orta məktəbində müəllim işləməyə başladım. Neron Babaxanov isə Bakıda təhsilini davam etdirdi. Ermənilərin rayonumuzu işğal etdiyi 30 oktyabr 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb orta məktəbdə müəllimliyimi davam etdirmişəm. Gəldiyimiz ilk günlərdə tələbəlikdostum Neron müəllimlə görüşəndə ailə vəziyyətimiz və ev şəraitmizlə maraqlanıb  mənə mənəvi dayaq olub. Bu gün 75 illik həyatının  53 ilini elmi pedaqoji fəaliyyətə həsr etmiş,şərəfli ömür yolu keçmiş istəkli dostum Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının professoru, coğrafiya elmləri doktoru, təcrübəli pedaqoq Neron müəllim haqqında yazmağı özümə borc bildim.

Neron Aslan oğlu Babaxanov 1939-cu ildə Qazax rayonunun Yenigün kəndində  ziyalı ailəsində dünyaya göz açıb. Məqalənin əvvəlində göstərdiyim kimi Neron Babaxanov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiyasıfakültəsini uğurla bitirdikdən sonra, 1963-66-cı illərdə ADU-nun SSRİ-nin iqtisadi coğrafiya kafedrasının laborantı və əyani aspirantı olmuş, məqsədli aspirantura təhsilini Moskva Dövlət Universitetinin SSRİ-nin iqtisadi coğrafiyasıkafedrasında görkəmli sovet  coğrafiyaşünası N.K.Kavalskayanın rəhbərliyi ilə 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Neron müəllimin Azərbaycan coğrafiya elminə verdiyi dəyərli töhfələrə sevinib, 75 illik şərəfli ömür yolunu Vətən qarşısında verdiyi hesabat bilmişəm. Onun  çox saylı uğurlarının bir neçəsini qeyd etmək istəyirəm.Sevindirici və qürurverici haldır ki, N. Babaxanov 1986-cı ildəLeninqrad (indiki Sank-Peterburq) Dövlət Universitetində “Təbii fəlakətlərin iqtisadi-coğrafi tədqiqinin elmi əsasları” (Azərbaycan SSR timsalında)  mövzusunda, iqtisadi və sosial coğrafiya sahəsində SSRİ-də ilk doktorluq  dissertasiyası müdafiə etmişdir. Onun dissertasiya işi SSRİ Ali Attestasiya  Komissiyasının qərarı ilə 1986-cı ilin görkəmli işi kimi qeydiyyata alınmışdır.

Diqqətinizə çatdırmaq istəyirəm ki, N. Babaxanov Azərbaycanda təbii fəlakətlərin iqtisadi və sosial coğrafiyası sahəsindəiki ixtisas üzrə doktorluq dissertasiyası müdafiə etmiş, hələlik yeganə elmlər doktorudur. Müstəqil Dövlətlər Birliyi ölkələrinin universitetləri içərisində ilk dəfə Bakı Dövlət Universitetində təbii fəlakətlərin iqtisadi-coğrafi istiqamətdə öyrənilməsi bir ixtisas kursu kimi Neron müəllim tərəfindən tədris edilir.O, bu sahədə MDB ölkələrində tanınan alimdir.  Neron Babaxanov  1990-1992ci illərdə Dağlıq Qarabağda dəfələrlə ezamiyyətdə olub, öz köməkliyini göstərib. Bu gün Dağlıq Qarabağ və 7 ətraf rayonların  itirilməsi onu rahat buraxmır. Mənimlə bu məsələ ilə bağlı söhbətində kövrəlir. Qeyd etmək istəyirəm ki, rayonda işlədiyim illərdə də Neron müəllimin Respublika televiziyası və mətbuatında çıxışlarını hər vaxt izləmişəm. Doğma Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra Neron müəllimi ailəvi rayonumuza qonaq dəvət edib, sinəsindən Bəsit çayın axdığı əsrarəngiz təbiəti , gözəlliyi olan dünyanın ən böyük təbii (yabanı) Çinar meşəsinə aparmaq arzum, arzu olaraq ürəyimdə qaldı. Coğrafiya elminin inkişafında böyük xidmətləri olan Neron Babaxanovun həyat yolu uğurlarla o qədər doludur ki, onların hamsının bir məqalədə toplamaq çətindir. Neron müəllimin sevincli, unudulmaz şad günündə ailəsinin, qohum-əqrabısının, dostlarının sevincinə qoşularaq Uca Tanrıdan ona ailə səadəti, möhkəm cansağlığı, uzun ömür və elmi uğurlar diləyirəm. 

 

 Oqtay Zəngilanlı

Azərbaycan Yazıçılar Birliyinin üzvü 

  

75 yaşın mübarək!

 

Tələbəlik illərimin sirdaşı, yorulmaz tədqiqatçı, isdedadlı alim, insanlığına, ziyalılığına, mənəviyyatına, vətənpərvərliyinə, şəxsiyyətinə, hörmət bəslədiyim coğrafiya elmləri doktoru professor Neron Babaxanovun 75 illiyinə dost təbriki.

 

Tələbəlik dünyamın sirdaşı Nerona salam,

Halımı-əhvalımı dar gündə sorana salam,

Yaraşır ad-sanına qiymətli söz , inci kəlam,

Alimsən əsərlərin nəslə qalan yadigarın,

Mübarək, xoş qədəmli 75 illik baharın!

 

Gəlib doğmalar dostlar, şad  gününə, məclisinə,

Yanır Neron ocağı isinirik istisinə,

Layiqsən dostlarının, doğmaların sevgisinə,

Elmin çətin yolunda pərvazlanıb arzuların,

Mübarək, xoş qədəmli 75 illik baharın! 

 

Tükənməz ağlın ilə həsr etdin elmə özünü,

Elmi əsaslar ilə dedin fikrini, sözünü,

Dəvətlər alıb, gəzdin ölkə-ölkəYer üzünü,

Dəyərli övladısan, Ağstafa-Qazax diyarın,

Mübarək, xoş qədəmli 75 illik baharın! 

 

Gözəl ailə başçısı, şirin nəvəli babasan,

Sevə-sevə sevilib, ürəyə, qana hopasan,

75-ə şükr edib, 100-ə doğru at çapasan,

Xoşbəxtsən Sevda xanım kimi var vəfalı yarın,

Mübarək, xoş qədəmli 75 illik baharın! 

Oqtay diləyir sənə uğurların ən böyüyün,

Yaraşır məclisinə, adına şənlik bu düyün,

Şərəfli ömür yolun, gənc nəslə örnəkdir, öyün

Diləyir can sağlığı sənə dostlar, doğmaların,

Mübarək, xoş qədəmli 75 illik baharın! 

 

 

 

 

 

 



Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!