Uca Tanrı yaratdığı bəndəsinə müxtəlif tale bəxş edir,fərqli istedad və qabiliyyətlə yaradır. Yaşının az və çox olmasından asılı olmyaraq bəzi insanlar sakit bir ömür sürməklə Haqq dünyasına qovuşur və həyatda heç bir iz qoymur. Elə insanlarda var ki, istedadı və dərin zəkası, işgüzarlığı, el-obaya bağlılığı, vətənpərvərliyi, insanlığı, yazıb yaratdığı əsərləri ilə insanların qəlbində yuva sala bilir, əbədi yaşayır. Neron Babaxanov da istedadlılardan biridir.Onun 75 illik həyat yolu uğurlarla doludur, həm özünün həm də, onu tanıyanların fəxr edə bilcəyi məqamdır.
Böyük bir nəslin oğlu yorulmaz tədqiqatçı, ləyaqətli insan, tanınmış coğrafiyaşünas alim, dostluğa sadiq Neron müəllimlə tanışlığım 1957-ci ildən başlanıb. Həmin il hər ikimiz Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsinə daxil olub, 1962-ci ildə göstərilən ali məktəbi bitirmişik. O zamandan indiyə kimi aramızda yaranan dostluq münasibətləri bugünə qədər davam edir. Onunla mənim dünyaya gəlməyimdə bir oxşarlıq var. Hər ikimiz 1939-cu ilin oktyabrında doğulmuşuq. I kursda oxuduğum dövrdən o,biliyi, diribaşlığı, səriştəsi ilə diqqətimi cəlb etmişdi. Neron müəllimlə görüşlərimizdə tələbəlik illərinin birçox acılı-şirinli xatirələrini yaddaşdan keçirib gah gülüb, gah kövrəlmişik. Ali məktəbi bitirdikdən sonra mən təyinatla orta təhsil aldığım Zəngilan rayonunun Mincivan qəsəbəsindəki 36 saylı dəmiryol orta məktəbində müəllim işləməyə başladım. Neron Babaxanov isə Bakıda təhsilini davam etdirdi. Ermənilərin rayonumuzu işğal etdiyi 30 oktyabr 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb orta məktəbdə müəllimliyimi davam etdirmişəm. Gəldiyimiz ilk günlərdə tələbəlikdostum Neron müəllimlə görüşəndə ailə vəziyyətimiz və ev şəraitmizlə maraqlanıb mənə mənəvi dayaq olub. Bu gün 75 illik həyatının 53 ilini elmi pedaqoji fəaliyyətə həsr etmiş,şərəfli ömür yolu keçmiş istəkli dostum Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının professoru, coğrafiya elmləri doktoru, təcrübəli pedaqoq Neron müəllim haqqında yazmağı özümə borc bildim.
Neron Aslan oğlu Babaxanov 1939-cu ildə Qazax rayonunun Yenigün kəndində ziyalı ailəsində dünyaya göz açıb. Məqalənin əvvəlində göstərdiyim kimi Neron Babaxanov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiyasıfakültəsini uğurla bitirdikdən sonra, 1963-66-cı illərdə ADU-nun SSRİ-nin iqtisadi coğrafiya kafedrasının laborantı və əyani aspirantı olmuş, məqsədli aspirantura təhsilini Moskva Dövlət Universitetinin SSRİ-nin iqtisadi coğrafiyasıkafedrasında görkəmli sovet coğrafiyaşünası N.K.Kavalskayanın rəhbərliyi ilə 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Neron müəllimin Azərbaycan coğrafiya elminə verdiyi dəyərli töhfələrə sevinib, 75 illik şərəfli ömür yolunu Vətən qarşısında verdiyi hesabat bilmişəm. Onun çox saylı uğurlarının bir neçəsini qeyd etmək istəyirəm.Sevindirici və qürurverici haldır ki, N. Babaxanov 1986-cı ildəLeninqrad (indiki Sank-Peterburq) Dövlət Universitetində “Təbii fəlakətlərin iqtisadi-coğrafi tədqiqinin elmi əsasları” (Azərbaycan SSR timsalında) mövzusunda, iqtisadi və sosial coğrafiya sahəsində SSRİ-də ilk doktorluq dissertasiyası müdafiə etmişdir. Onun dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1986-cı ilin görkəmli işi kimi qeydiyyata alınmışdır.
Diqqətinizə çatdırmaq istəyirəm ki, N. Babaxanov Azərbaycanda təbii fəlakətlərin iqtisadi və sosial coğrafiyası sahəsindəiki ixtisas üzrə doktorluq dissertasiyası müdafiə etmiş, hələlik yeganə elmlər doktorudur. Müstəqil Dövlətlər Birliyi ölkələrinin universitetləri içərisində ilk dəfə Bakı Dövlət Universitetində təbii fəlakətlərin iqtisadi-coğrafi istiqamətdə öyrənilməsi bir ixtisas kursu kimi Neron müəllim tərəfindən tədris edilir.O, bu sahədə MDB ölkələrində tanınan alimdir. Neron Babaxanov 1990-1992ci illərdə Dağlıq Qarabağda dəfələrlə ezamiyyətdə olub, öz köməkliyini göstərib. Bu gün Dağlıq Qarabağ və 7 ətraf rayonların itirilməsi onu rahat buraxmır. Mənimlə bu məsələ ilə bağlı söhbətində kövrəlir. Qeyd etmək istəyirəm ki, rayonda işlədiyim illərdə də Neron müəllimin Respublika televiziyası və mətbuatında çıxışlarını hər vaxt izləmişəm. Doğma Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra Neron müəllimi ailəvi rayonumuza qonaq dəvət edib, sinəsindən Bəsit çayın axdığı əsrarəngiz təbiəti , gözəlliyi olan dünyanın ən böyük təbii (yabanı) Çinar meşəsinə aparmaq arzum, arzu olaraq ürəyimdə qaldı. Coğrafiya elminin inkişafında böyük xidmətləri olan Neron Babaxanovun həyat yolu uğurlarla o qədər doludur ki, onların hamsının bir məqalədə toplamaq çətindir. Neron müəllimin sevincli, unudulmaz şad günündə ailəsinin, qohum-əqrabısının, dostlarının sevincinə qoşularaq Uca Tanrıdan ona ailə səadəti, möhkəm cansağlığı, uzun ömür və elmi uğurlar diləyirəm.
Oqtay Zəngilanlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü
75 yaşın mübarək!
Tələbəlik illərimin sirdaşı, yorulmaz tədqiqatçı, isdedadlı alim, insanlığına, ziyalılığına, mənəviyyatına, vətənpərvərliyinə, şəxsiyyətinə, hörmət bəslədiyim coğrafiya elmləri doktoru professor Neron Babaxanovun 75 illiyinə dost təbriki.
Tələbəlik dünyamın sirdaşı Nerona salam,
Halımı-əhvalımı dar gündə sorana salam,
Yaraşır ad-sanına qiymətli söz , inci kəlam,
Alimsən əsərlərin nəslə qalan yadigarın,
Mübarək, xoş qədəmli 75 illik baharın!
Gəlib doğmalar dostlar, şad gününə, məclisinə,
Yanır Neron ocağı isinirik istisinə,
Layiqsən dostlarının, doğmaların sevgisinə,
Elmin çətin yolunda pərvazlanıb arzuların,
Mübarək, xoş qədəmli 75 illik baharın!
Tükənməz ağlın ilə həsr etdin elmə özünü,
Elmi əsaslar ilə dedin fikrini, sözünü,
Dəvətlər alıb, gəzdin ölkə-ölkəYer üzünü,
Dəyərli övladısan, Ağstafa-Qazax diyarın,
Mübarək, xoş qədəmli 75 illik baharın!
Gözəl ailə başçısı, şirin nəvəli babasan,
Sevə-sevə sevilib, ürəyə, qana hopasan,
75-ə şükr edib, 100-ə doğru at çapasan,
Xoşbəxtsən Sevda xanım kimi var vəfalı yarın,
Mübarək, xoş qədəmli 75 illik baharın!
Oqtay diləyir sənə uğurların ən böyüyün,
Yaraşır məclisinə, adına şənlik bu düyün,
Şərəfli ömür yolun, gənc nəslə örnəkdir, öyün
Diləyir can sağlığı sənə dostlar, doğmaların,
Mübarək, xoş qədəmli 75 illik baharın!