Rusiya-ABŞ-Ukrayna danışıqları başlayıb - YENİLƏNİBİsveçrənin Cenevrə şəhərində Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar başlayıb.
Danışıqlar sabah da davam etdiriləcək.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Ukraynalılara Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Kiril Budanov baçılıq edir.
ABŞ-ı görüşdə Prezidentin xüsusi elçisi Stiv Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edir.
***
Bu gün İsveçrənin Cenevrə şəhərində Rusiya, Ukrayna və ABŞ arasında danışıqların üçüncü raundu başlayacaq.
Moskva ilə Kiyev arasındakı münaqişənin həlli ilə bağlı danışıqlar 17 və 18 fevralda keçiriləcək.
Tərəflər əvvəllər 23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə görüşmüşdülər.
İsveçrə Xarici İşlər Nazirliyi müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyini bəyan edib.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin və Baş Qərargahın Baş İdarəsinin rəisi admiral İqor Kostyukov da danışıqlara qatılacaq. Ümumiyyətlə Rusiyanın danışıqlar qrupu 15-20 nəfərdən ibarətdir.
Ukraynanı Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Kiril Budanov, onun müavini Sergey Kıslıtsya, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andriy Hnatov və hakim Xalqın Xidmətçisi partiyası fraksiyasının rəhbəri David Araxamiya təmsil edəcək.
ABŞ-ı görüşdə Prezidentin xüsusi elçisi Stiv Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edir. Onlar həmçinin Cenevrədə İranın nüvə sazişi ilə bağlı dolayı danışıqlarda iştirak edirlər.