İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 6-05-2015, 15:29
Amerikalı ekspert ABŞ-ı BMT TŞ-nin 4 qətnaməsinin yerinə yetirilməsi üçün ciddi addımlar atmağa çağırıb


“ABŞ-ı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün ciddi addımlar atmağa çağırıram”.
APA-nın məlumatına görə, bu sözlər “Catholics for Choice” təşkilatının baş mütəxəssisi Qlen Nozernin (Glenn Northern) “The Hill” qəzetindəki məqaləsində yer alıb.
O, mayın 8-də Şuşanın işğalı günü olduğunu xatırladıb: “Bir vaxtlar Azərbaycanın klassik musiqi səhnəsi və Orta Şərqdə ilk operanın vətəni olan tarixi şəhər Şuşanın işğalı və dağıdılmasından 23 il keçir. Bu şəhər musiqiçiləri, bəstəkar və ifaçıları ilə tanınıb. İndi isə erməni işğalı və sistemli etnik təmizləməsinə məruz qalıb”.
Q. Nozern qeyd edib ki, 1992-ci ilədək Azərbaycanın ən məşhur şəhərlərindən olan Şuşanın əhalisinin 92 faizi azərbaycanlılar olub. Onun sözlərinə görə, Şuşanın işğalı Ermənistan ordusu tərəfindən Xocalı şəhərində 613 azərbaycanlıya qarşı törədilən qırğınlardan sonra baş verib. “Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) üzvü olaraq, 400 min Amerika azərbaycanlıları və 40 milyondan çox dünya azərbaycanlıları adından Amerika Birləşmiş Ştatlarını BMT TŞ-nin 4 qətnaməsinin və Baş Assambleyanın digər qətnamələrinin yerinə yetirilməsi üçün ciddi addımlar atılması istiqamətinə öz təsir gücünü istifadə etməyə çağırıram. Bu qətnamələr işğalçı erməni qüvvələrinin Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amerika azərbaycanlıları adından səlahiyyətli şəxsləri bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əllərindən gələni etməyə çağırıram”.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!