20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 2-09-2015, 13:07
Babəkimiz yenilmədi…

İşıqlı Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü


837-ci il avqustun 26-da (1178 il öncə) qəhrəman Bəzz qalası ərəblər tərəfindən işğal olundu. Babək Xürrəmdin dünyanın azman imperiyalarından biri ilə axıra kimi şərəflə döyüşdü. Bu, Türk yenilməzliyi, birsifətliyi idi. Təəssüf ki, bu tarixi demək olar, çox az soydaşımız xatırlayır. Aydınlarımız bu mövzuda danışmaq istəmirlər. Ancaq özgələrdən, özgələrin qəhrəmanlarından çox danışırıq, onları başımıza qaldırırıq. Tarix millət üçün şərəflə yaşananda tarix olur. Tariximizin şanlı səhifələrindən biri də Babək Xürrəmdinlə bağlıdır. Onun qəhrəmanlığı nəinki bir yüzilə sığmır, üstəlik bütün zamanları aşır.
Babəkimiz yenilmədi…

Babək Xürrəmdinin xalqımızın azadlığı uğrunda apardığı uzunmüddətli döyüşlər soydaşlarımız tərəfindən unudulmayıb. Ancaq tariximizdən yaxşı sonuğ (nəticə) çıxarmamışıq. Əgər çıxarsaydıq, o zaman Babək mövzusuna münasibətimiz indi tamam başqa olardı. Dünya hərb tarixində (bu, etiraf edilsə də, edilməsə də) möhtəşəm döyüşkənliyi və bənzərsizliyi ilə yeni bir səhifə yaradan Babək Xürrəmdinin bu gün kifayət qədər tariximizdə özünə yer tutmaması düşündürücüdür. Makedoniyalı İsgəndər Zərdüştün "Avesta"sının əksəriyyətini yandırdı, məhv etdi. Sonradan ərəblər də "Avesta"nın başına oyunlar açdılar. Ancaq bütün bunlar "Avesta"nın türk ruhunun məhsulu olmasını pərdələyə bilmədi. Faktdır ki, çağdaş dövrdə mövcud olan dinlər, dünyabaxışları mahiyyətcə təməlini, ilkin qaynağını "Avesta"dan götürür. Babəkin dünyagörüşü Zərdüşt ruhu ilə sıx şəkildə bağlıdır.
***
23 il azman ərəb xilafəti ilə döyüşən, qətiyyən sarsılmayan, əksinə, xilafəti sarsıdan bir güc kimi Babək Xürrəmdin türkün əzəmətini, yenilməzliyini sübut edə bildi. Hər halda çox düşündürücüdür: türkün başına bu qədər fəlakətlər gəlib, onu sözün əsl mənasında zaman-zaman məhv etmək istəyiblər. Ancaq türk məhv olmayıb, qalxıb və Zərdüştü, Babəki, Həsimini, Səttarxanı verib. Həqiqətdir ki, hələ də tarixi dəyərlərimizə yiyə dura bilmirik, bu dəyərlərimizdən istənilən səviyyədə bəhrələnmirik. Görəsən, Babək Xürrəmdin ənənəsinin, döyüşkənliyinin, yenilməzliyinin günümüzün indiki gərgin və çox hallarda çıxılmaz görünən dönəmində sözün böyük mənasında örnəyə çevrilməsi üçün nə etməliyik?
***
Bu gün Bakıya qədəm basan hər bir əcnəbi Babək Xürrəmdin kimi yenilməz bir qəhrəmanın Vətəninə gəldiyini hiss edirmi, daha doğrusu, biz gələnlərə bunu hiss etdirə bilirikmi? Azərbaycanın sovet ideologiyasının buxovlarından azad olduğu, müstəqillik qazandığı yeni dönəmdə Babək mövzusuna istər-istəməz yeni səviyyədə, daha yaradıcı yöndə yanaşmağımız olduqca gərəklidir. Babək Xürrəmdin yenilməz türk sərkərdəsi, fiolosof, habelə Xürrəmdinlik inancının bənzərsiz qurucusudur. Babəkin həm də kitabları varmış. Ancaq ərəblər Bəzz qalasını işğal edərkən ondan demək olar, heç bir soraq qoymayıblar, Babəkə aid olan nə varsa, hamısını məhv ediblər.
***
Babəkin islam dünyabaxışına yox, o dövr ərəb hakimiyyətinə qarşı olması təsəvvürünün yaradılması məntiqsizlikdir, çünki ərəblər Azərbaycana konkret islam adlı dini dünyabaxışla gəlirdilər. Babək isə Vətənimizi azad görmək istəyirdi və bu müqəddəs amal uğrunda vuruşurdu. Hər halda Azərbaycan türkü Vətəninin azadlığı uğrunda 23 il gecə-gündüz döyüşən, yenilməyən Babəkə qarşı olan ərəb tarixçilərinin kinini heç zaman unutmamalıdır. Əgər Babəkin təhqiramiz şəkildə edamı ilə hər şey qurtarsaydı, o zaman yenə dərd yarı idi. Babək hərəkatı faktiki olaraq məğlubiyyətə düçar olduqdan sonra yüzillər boyunca ərəb tarixçiləri Xürrəmdinlik Hərəkatının təsirini heç eləmək, Babəki bir tarixi sima olaraq tamamilə aşağılamaq yönündə iş görüblər. Babəklə bağlı nə yazılıbsa, hamısı ərəb qaynaqlarındadır. O çağlarda Babəkin şəxsiyyəti, getdiyi yol, xürrəmilərin fəlsəfəsi, istəkləri, bütövlüklə ulusumuzun özgəçiliyə qarşı ilk böyük dirənişi ilə bağlı özümüzünkülərin yazdığı və bugün yararlana biləcəyimiz çox az şey var. Yağılarımız iradəmizi sarsıtmaqdan doymayıb, bu böyük dirənişlə bağlı nə varsa, hamısını yandırıb, qarşılığında Babək babamız, onun uca, qudsal yolu, igidliyi ilə ilgili ən alçaq, ləyaqətsiz sözləri yazıb saxlayıblar.
***
Babək gedib ərəbin yurdunu tutsaydı, orada ərəbləri qırsaydı, onda ərəbin yaramaz tarixçilərinin bu qudsal kişi ilə ilgili yazdıqları da doğru olardı. Bəs Babəkimizin başçılığı altında ulusumuz yad, özgə, yağı, qaniçən, soyumuzu kəsən ərəbə qarşı necə davranmalıydı? Özünü hər şeylə ortaya qoymuş, böyük gələnəklər yiyəsi, uca dəyərlər yaratmış bir ulus üçün başqasının qoltuğunda yaşamaq ölüm sayılmazdımı? Ərəb türkün belini əyməsəydi, indi bir ovuc erməni onun başını kəsməyə, xaincəsinə arxadan zərbə endirməyə girişməzdi.
***
Yenilməz qəhrəmanımız Babək Xürrəmdindən danışırıq. O qəhrəmanımızdan ki, bu gün də Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız hər il onun doğum günündə gedilməsi artıq mümkün olmayan, hər cür maneələr yaradılan Babək qalasından mənəvi güc alır. Bu gün biz Babək Xürrəmdin adlı qəhrəmanımızı ruhumuzun işığında daha yaxşı tanımalıyıq. Onu hər cür böhtanlardan, çirkablardan qorumalıyıq. Babəkin məşhur "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir" kəlamı çox şey deyir. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir, çünki o, Türk xalqının hər mənada azadlığı uğrunda döyüşürdü. Qədim dövrün ən böyük qul üsyanının başçısı Spartak haqqında tarix kitablarında kifayət qədər təqdiredici fikirlərə rast gəlmək mümkündür. Babək isə o boyda xilafəti dəhşətə gətirmişdi. Babəkin məğlubiyyətinin bir əsas səbəbi vardı: o da Babəkin böyük ruhuna bərabər siyasətinin olmamasında idi. Bu, İnam Atanın (Asif Atanın) qənaətidir. Düşmən güclü idi, Türk soyumuzun biri-birini sevməməsindən məharətlə istifadə edə bildi. Təəssüf ki, türk türkü o dövrdə də sevmirdi, bir-birinə qarşı döyüşürdü. Afşinin (Ağşının) Sasanilər imperiyasının tərkibində Azərbaycan vədinə Babək aldanmadı: çünki Babək Azərbaycanın heç kəsdən asılı olmayan, müstəqil varlığını istəyirdi.
***
Ərəblər Bəzz qalasını əslində yenə bilmədilər: çünki əgər bu gün də Babəkin anımı (xatirəsi) yaşayırsa, o deməkdir ki, mahiyyətcə düşmənin özü yenilib.
Sən həmişə bizimləsən, Babək!


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!