Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 22-10-2015, 15:13
İllərin və ellərin sınağından çıxmış


Qədim dünyanın böyük söz adamı Evripid deyirdi ki, mükəmməl qadından daha mükəmməl bir varlıq yaradılmamışdır. Görünür dünyanın böyük zəka sahibi bu qənaətə dünyanın çox sirlərinə bələd olub həyatın min bir üzünü görəndən sonra gəlib çıxmışdı. Bu fikir heç də təsadüfən yadıma düşmədi. Çünki tariximizin bütün şərəfli səhifələrində xalqımızın yetirdiyi belə mükəmməl və ağıllı qadınlar az olmamışdır. Təsadüfi deyil ki, bəzən böyük orduların, azman sərkərdələrin gücü ilə həll olunmayan çox müşkülləri bu zərif cinsin nümayəndələri ağıllı bir məsləhətlə, ölçü-biçili tədbirlə, həm də qansız-qadasız həll etmişlər. Şəmsəddin Eldənizin xanımı Möminə xatun, Uzun Həsənin anası Sara xatun, Ağa Məhəmməd şah Qacarın anası Ceyran xanım yaşadıqları toplumda böyük nüfuz sahibləri olmuş və dəfələrlə belə çətin sınaqlardan da üzüağ, alnıaçıq çıxmışlar. Atalarımız da havayıdan deməyiblər ki, su gələn arxa bir də gələr. Nə xoş ki, elə bu gün də qadın adının zərifliyini qadın zəkasının gücüylə paralel yaşadıb millətə başucalığı gətirən Azərbaycan xanımları az deyil.
İllərin və ellərin sınağından çıxmış
İllərin və ellərin sınağından çıxmış

Çağdaş zamanımızda Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva öz sələflərinin missiyasını daha mükəmməl, daha modern şəkildə şərəf və ləyaqətlə yerinə yetirir. O, nəinki Azərbaycanda, bütün dünyada, hətta bütün birinci xanımlara örnək olacaq şəkildə Azərbaycanı tanıdır, təqdim edir, yaşadır.
Onu da deyim ki, haqqında danışmaq istədiyim zərif bir qəhrəman, dəyərli bir Azərbaycan xanımını ilk dəfə televiziya ekranlarından tanımışam. Onu bu gün Azərbaycanda tanımayan çox az adam tapılar. Çünki o artıq neçə illərdir ki, evlərin, ailələrin sevimli bir insanına çevrilib. Heç mən də hansısa fövqəladə bir iddiada olub onu təzədən kiməsə tanıtmaq iddiasında və imkanında deyiləm. Məqsədim sadəcə son bir neçə ayda mənim onu daha yaxından tanıyıb bu mərd qadında gördüyüm nadir insani keyfiyyətlərdən az da olsa söhbət açmaq, öz təəssüratlarımı oxucularla bölüşməkdir.
İllərin və ellərin sınağından çıxmış
İllərin və ellərin sınağından çıxmış

Haşiyə. Dörd il bundan öncə tutqun bir payız günü qardaşım, ailəmizin sonbeşiyi, Qarabağ qazisi və jurnalist olan Müslümdə hepatit C virusu tapıldı və onun qara ciyərinin də sirroz olduğu aşkar olundu. İlk dəfə həkimdən eşitdiyimiz bu acı xəbər ailəmizdə və yaxınlarımızda sanki zəlzələ şoku yaratdı. Fiziki baxımdan olduqca sağlam, idmançı, Qarabağ döyüşlərinin qanlı-qadalı yollarından keçərək dəfələrlə ölümün gözünə dik baxmış, Allahın rizası ilə bu qanlı səhnələrdən salamat qurtararaq həyatda qalmağı bacarmış Müslümün bu dəfə yaşamaq uğrunda amansız xəstəliklə mücadiləsi başlamışdı. Uzun-uzadı müayinələr, analizlər, həkim rəyləri və intizar dolu günlər... Gözlərimiz həkimlərin ağzında qalmışdı ki, görəsən nə vaxt onlardan xoş bir xəbər eşidəcəyik. Biçarə həkimlər neyləməli idilər ki... Əllərində nə vardı ki, bizi də razı sala bilsinlər. Deyir qəza bəd gələndə quymaq diş sındırar. Müslüm dörd il Bakıda, İran və Türkiyədə müxtəlif xəstəxanalarda uzun müddət müalicə alsa da, sonda bütün bu çarpışmalardan heç bir müsbət nəticə əldə olunmadı. Xəstəlik isə quduz canavar kimi günü-gündən onu daxildən gəmirərək fiziki imkanlarını tükətməkdəydi. Nəhayət, həkimlər də ən sonuncu qərarı qəbul etdilər. Bizə bildirdilər ki, Müslümə çox yaxın zamanlarda qara ciyər transplantasiyası qaçılmazdır. Bu fikirdən kənar ikinci bir yol da təklif etmirdilər. Xatırladım ki, dörd illik ağır müalicənin özü də böyük maddi vəsait hesabına başa gəldiyindən bu əməliyyata gərək olan daha böyük məbləğdə vəsait toplamağın özü də bizi ciddi çətinlik qarşısında qoymuşdu. İmkanın olub-olmamasından asılı olmayaraq bu addımdan başqa yolumuz qalmamışdı. Müslüm iki azyaşlı uşaq atası, Qarabağ qazisi və jurnalist olmasına baxmayaraq təəssüf ki, rəsmi qurumlara dəfələrlə etdiyimiz müraciətlər də nəticəsiz qalırdı. Məmur biganəliyi üzündən itirilən vaxt, əsəb gərginliyi bizim və xəstəliyin əleyhinə işləyirdi. Düzdür, bu illər ərzində Müslümün müalicəsinə kömək göstərən xeyirxah insanlar da tapılmışdı. Millət vəkili Cavid Qurbanov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və yaxın qohumlar, dostlar öz maddi-mənəvi köməklərini əsirgəməmişdilər. Ancaq əməliyyatın vaxtı daraldıqca mənəvi sıxıntımız da artırdı. Nəhayət, qohum-qardaşın dəstəyi, borc və banklardan götürdüyümüz kreditlər hesabına Müslümü Türkiyəyə aparmağa qərar verdik. Belə bir sıxıntılı dövrdə bu yazıda haqqında danışacağım zərif qəhrəmanla – millət vəkili Qənirə xanım Paşayevayla görüşmək bizə nəsib oldu. Dostum Eyvazlının köməyi ilə isti yay günlərinin birində Qənirə xanımla görüşüb vəziyyəti ona danışmaq bizə nəsib oldu (Onu da xatırladım ki, bu yayın qora bişirən qızmar günlərində Elşada da çox böyük əziyyətlər çəkdi, bir dost kimi bizi dərdimizlə baş-başa buraxmadı).
İllərin və ellərin sınağından çıxmış
İllərin və ellərin sınağından çıxmış

Bu görüşə qədər də mən Qənirə xanımın bir millət vəkili kimi gördüyü işlərdən, ictimai-siyasi fəaliyyətindən qədərincə məlumatlıydım. Özüm də yazı-pozu adamı olduğundan Qənirə xanımın hələ ANS kanalında işlədiyi illərdə onun necə tükənməz bir enerji və həvəslə jurnalist fəaliyyəti ilə məşğul olmasını vaxtaşırı izləmişdim. İxtisasca tamamilə fərqli bir sahənin adamı olmasına baxmayaraq onda peşəkar jurnalistə lazım olan əsas keyfiyyətlər – çeviklik, cəsarət, daim hadisələrin mərkəzində olmaq, informasiyanı əsas qaynağından əldə eləmək bacarığı, ən başlıcası isə hadisələrə vətənpərvərlik prizmasından baxmaq iradəsi məndə bu xanıma böyük rəğbət yaratmışdı. Etiraf edək ki, çox vaxt kişilərin belə risk eləmədiyi qaynar nöqtələrə gedərək hadisə yerindən birbaşa reportajlar hazırlaması Qənirə xanımın hansı cəsarət sahibi olmasından xəbər verirdi və ölkədə onun pərəstişkarlarının sayını sürətlə artırırdı.
Artıq bir neçə ildən sonra Qənirə xanım Paşayevanın bir jurnalist kimi peşəkar fəaliyyəti Azərbaycanın sərhədlərini aşaraq onun səsi-sorağı qardaş türk-müsəlman respublikalarından, Avropa ölkələrindən gəlməyə başladı. Nə yaxşı ki, onun qəlbindəki bu təpəri, vətən və millət yolunda fədakarcasına çalışmaq istəyini yuxarı dairələrdə vaxtında gördülər və Qənirə xanımın ictimai-siyasi fəaliyyətində yeni bir dönəm – millət vəkili kimi parlamentarizm fəaliyyəti mərhələsi başladı.
Haşiyə. Yeri gəlmişkən, Qənirə xanım nəcib və xeyirxah bir nəslin nümayəndəsidir. Qeyd edim ki, hələ mavi ekrandan Qənirə xanımı tanımamışdan illər öncəsi, orta məktəbdə oxuduğum illərdə sevə-sevə oxuduğum kitablardan biri də tanınmış filoloq-alim, professor Qəzənfər Paşayevin “Altı il Dəclə - Fərat sahillərində” kitabı olmuşdu. Bəlkə də bu ruhlu kitablar o illərdə bizim üçün ona görə daha əziz və doğma idi ki, Qəzənfər müəllim bizə doğma olub imperiya gücləri tərəfindən bizdən uzaq salınmış qanı bir, dili bir qardaş elləri yenidən tanıdırdı. Unutmayaq ki, o müdhiş illərdə Sovet hakimiyyətinin üzərinə dəmir pərdə çəkib yaddaşlardan belə sildiyi, üzərinə qorxunc tabu qoyduğu mövzuları gündəmə gətirməyin özü də qələm adamından böyük vətənpərvərlik və cəsarət tələb edirdi. Qəzənfər müəllim də məhz belə müqəddəs bir yola cığır açmışdı. Beləcə içimizdə zamanın heç vaxt soldura bilməyəcəyi bir Kərkük, türkman elləri sevdası tonqalını çatmışdı.
Sonradan Qəzənfər müəllimlə daha yaxından tanış olacaqdım və tale belə gətirəcəkdi ki, onunla bir müəssisədə - AMEA Nizami adına Ədəbiyyat İnstitutunda işləmək də nəsibim olacaqdı. Ancaq o uzaq və şirin uşaqlıq illərinin hərarəti heç zaman azalmayacaqdı. Sonradan öyrənəcəkdim ki, ANS-in efirindən hamının yaxşı tanıdığı Qənirə xanım Paşayeva hörmətli Qəzənfər müəllimin qardaşı qızıymış və Paşayevlər soyadını ləyaqətlə təmsil edəcəkdi.
...Qənirə xanım bizi olduqca isti və mehriban qarşıladı. Problemi hərtərəfli dinləyib vəziyyətdən hali olan kimi birbaşa onun həlli istiqamətində ürəklə fəaliyyətə başladı. Başqasının dərdinə şərik olmaq, onun ağrısını öz ağrın hesab eləmək Tanrının insana bəxş etdiyi ən yüksək insani dəyərdir. Gəlin bunu da etiraf edək ki, günümüzdə bu cür uca mənəvi dəyərlər gündən-günə qəhətə çəkilir və bu da insanlığın sabahı üçün narahatedici suallar doğurur.
Söhbətin məğzinə keçməmişdən öncə qeyd edim ki, Qənirə xanım Paşayevayla iki-üç dəfəlik qısa görüşlərimizdə mən ondakı elə insani keyfiyyətlərin şahidi oldum ki, bunu adi sözlə, gəlişi gözəl ifadəylə təsvir eləməyi qəbahət sayardım.
Birinci görüşümüz bu yayın qızmar günlərində ermənilərlə sərhəddimizdə yaranan gərgin günlərə təsadüf etmişdi. Televiziya ekranlarından və mətbuatdan xəbərdar olduğunuz kimi həmin narahat günlərdə mənfur düşmənlərin güclü atəşə tutduqları bölgələrdən biri də Qənirə xanımın həm doğma yurdu, həm də millət vəkili seçildiyi Tovuz rayonu olmuşdu. Həmin hadisələr zamanı güllə-baran nəticəsində bir neçə soydaşımız ağır yara almış, bir ailənin də evi tamam yanaraq sıradan çıxmışdı. Təbii ki, hadisə baş verəndən dərhal sonra Qənirə xanım cəbhə bölgəsinə baş çəkmiş, soydaşlarına həmişəki kimi mənəvi dayaq olduğunu bir daha sübut etmişdi. Mənim gördüyüm səhnə isə bir millət vəkilindən də öncə bir insanın öz yurddaşlarına göstərdiyi təmənnasız qayğı və can yanğısı idi. Bizimlə söhbət anında evi yanan xanım Qənirə xanımın əl telefonuna zəng edərək başına gələn müsibətlərdən öz millət vəkilinə danışdıqca onun da həmin ağrıları yaşadığının şahidi olurduq. Dərdli danışğan olar deyib ulularımız. Evi yanan qadın da çalışırdı ki, düşdüyü durumun ağırlığını bütün detallarınacan öz deputatına çatdırsın. Qənirə xanım da böyük səbr və iztirabla zərər çəkən qadını dinləyir, arada mərhəm ifadələrlə ona ürək-dirək verir, bu ailəyə dövlətin və özünün hər cür dayaq olacaqlarını inamla onun diqqətinə çatdırırdı. Kənar bir müşahidəçi kimi mən yaxşı görürdüm ki, o, bu sözləri həmsöhbətini ovundurmaq xatirinə demir. Soydaşının yaşadığı ağrıları öz ağrısı kimi qəbul edib, ona dayaq durmağa çalışır. Telefon danışığının sonunda isə həmin qadını qəti şəkildə inandırdı ki, bu məsələyə cavabdeh olan qurumlarla ətraflı danışıb, yaxın zamanlarda onların evi əvvəlkindən də yaraşıqlı və keyfiyyətli şəkildə tikilib, təhvil veriləcək. Özlərinə isə tapşırdı ki, hələlik evləri yenidən tikilib hazır olana qədər bir kvartira tapsınlar, kvartiranın pulunu da özü təşkil edəcəyinə söz verdi.
Qənirə xanımla bu danışıqdan sonra qadın xeyli toxdadı və ona Allahdan can sağlığı və xeyir-dua arzulayıb söhbəti yekunlaşdırdı.
Onun yanında olduğumuz az bir zaman çərçivəsində mən bu sayaq səhnələrin bir neçə dəfə şahidi oldum və gördüm ki, insanlar bu zərif qəhrəmana nə qədər inanırlar.
Danışdığım söhbət Qənirə xanımın hər gün ölkədaxilindəki ictimai fəaliyyətindən yığcam bir fraqment idi. Onun hər günü belə keçir və həyatında bu cür fraqmentlər də saysız, hesabsızdır. Bir məqamı da yada salım ki, Qənirə xanım fəal bir siyasi xadimdir, həm də ölkəmizi təkcə öz respublikamızda deyil, onun hüdudlarından kənarda da ləyaqətlə təmsil edir. Biz onun beynəlxalq tribunalardan vətənimizin haqq səsini necə cəsarətlə bəyan etməsinin dəfələrlə şahidi olmuşuq. Erməni işğalçılarının maskalarının yırtılmasında, Xocalı soyqırımının dünyada tanıdılmasında, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında və digər ümummilli dərdlərimizin beynəlxalq birliyə xatırladılmasında Qənirə xanım Paşayevanın xidmətləri ölçüyəgəlməzdir. Sanki bu xanım yorulmaq nə olduğunu bilmir. Qəti əminəm ki, belə insanların heç şəxsi həyatları və şəxsi ağrıları öz yadlarına düşmür.
İllərin və ellərin sınağından çıxmış
İllərin və ellərin sınağından çıxmış

Beləcə öz qayğıları azmış kimi heç onun seçicisi olmayan, tamamilə başqa bir bölgənin təmsilçiləri olan bizim ailənin ağrı-acıları da bir yandan Qənirə xanımın zərif çiyinlərinə yükləndi. O, Müslümün əməliyyat olunacağı Qazi Universitetinin rektoru ilə bir neçə dəfə danışıb onlardan əllərindən gələn köməyi əsirgəməmələrini xahiş etdi. Bundan başqa Türkiyə Böyük Millət Məclisindəki həmkarlarına da eyni xahişdə bulundu. Təbii ki, onun çalışmaları öz təsirini göstərdi. Müslüm xəstəxanada böyük diqqət və qayğıyla əhatə olundu. Şükürlər olsun Uca Tanrıya ki, əməliyyat uğurla keçdi və sonda Müslümün yaxınları daxil bütün bu qayğılı illərdə bizimlə birgə bu həyəcanları yaşayan insanlara da bu sevincdən pay düşdü.
Öncədən qeyd etdim ki, Qənirə xanımın həyatı bu cür qayğılı və xeyirxah sonluqla bitən əməllərin qoynunda keçir. Hələliksə nə qayğılar tükənir, nə də Qənirə xanımın xeyirxahlığı.
İllərin və ellərin sınağından çıxmış
İllərin və ellərin sınağından çıxmış

Mən bu yazını qələmə aldığım zaman kəsiyində ölkəmizdə keçiriləcək parlament seçkilərinə sayılı günlər qalır. Bütün ölkəboyu deputat olmaq arzusunda olan insanların təbliğat marafonu, seçicilərlə görüşləri davam edir. Hər bir namizəd öz platformasından, görəcəyi işlərdən danışır, topluma müəyyən vədlər də verir. Daha çox deməyə sözü və göstərməyə işi olan Qənirə xanım Paşayeva bu dəfə də namizədliyini doğma yurdu Tovuzdan verib. O rayondan ki, illərdir ki, onun ağrı-acısını bölüşür, hər xırda sevincinə şərik olur. Özü də təkcə tovuzlularınmı?...
Tovuzlular öz vəkillərini yəqin ki, hamıdan yaxşı tanıyırlar. Çünki o illərin və zamanın sınağından çıxıb. Əsil millət vəkili olduğunu da dəfələrlə sübut edib. Yəqin ki, yaxın beş ildə də belə olacaq. Allah amanında!

Böyük hörmət və sayğılarla:
İlham Məmmədli


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!