Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 22-05-2017, 20:15
İslamiadanın bağlanış mərasiminin detalları məlum olub

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin detalları məlum olub.

Butov.az xəbər verir ki, APA-nın verdiyi məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi direktor və icraçı prodüser Katrin Uqvunun rəhbərlik etdiyi dünya şöhrətli “Betty Productions Ltd” şirkəti, eləcə də beynəlxalq bədii, səhnə və texniki heyətlər tərəfindən hazırlanıb.

Ölkənin əsrarəngiz təbiətindən qaynaqlanaraq, bağlanış mərasimində Azərbaycanın zəngin irsi göz önündə canlandırılacaq, qəlblərimizə hərarət gətirən giləvarın mülayim nəfəsi duyulan küləklər şəhəri Bakıya xoş nəzər salınacaq. Səhnə elementləri İslam incəsənətinin bənzərsiz həndəsi naxışlarına və ənənəvi Azərbaycan xalçalarının bəzəklərinə əsaslanacaq. Səhnənin mərkəzində (mayın 12-də açılış mərasimində istifadə olunmuş) diametri 8 metr olan döymə üsulu ilə hazırlanmış və hamarlanmış böyük su sinisi və 25 metrlik həyat ağacı yerləşdiriləcək. Mərasim 1500 Azərbaycan könüllüsü tərəfindən canlandırılacaq. Bu axşamkı mərasimdə səsləndiriləcək musiqi 10-dan çox Azərbaycan bəstəkarının klassik və müasir əsərlərindən ibarət olacaq, 100-dən çox dünya şöhrətli musiqiçi, o cümlədən Kral Filarmonik Orkestri tərəfindən ifa olunacaq. Azərbaycanın tanınmış 6 ifaçısı – Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva, Eldar və Tünzalə Ağayeva yadda qalan 10 günlük idman bayramını qeyd edəcəklər.

Mayın 20-də atletika yarışları başa çatdıqdan sonra səhnə cəmi 36 saat ərzində qurulub. 31 müxtəlif ölkədən gəlmiş 5000-dən artıq insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu “Bakı 2017”-nin mərasimlərini reallığa çevirməyə yardım edib. Açılış mərasimindəki şouda istifadə olunmuş 270 dönmə dərəcəli işıq dirəyini bağlanış mərasimində 360 dönmə dərəcəsinə çevirmək üçün 12 nəfər və 36 saat vaxt sərf edilib. Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. Stadionun səs sistemi üçün 300-dən artıq səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib. 1000-dən artıq işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. “Bakı 2017”nin mərasimlərinin kostyumlarının tikilməsi üçün 15000 metr parçadan istifadə olunub.

Stadiondakı ekranlarda nümayiş etdirilən videoçarxda qızılı toz giləvarın əsməsi ilə bütün Azərbaycana yayılacaq. Başqa sözlə, Bakının İçərişəhərində gənc qadın qızılı tozu havaya üfürəcək, giləvar onu qonaqpərvərliyi və xeyirxahlığı ilə məşhur olan ölkəyə hörmət əlaməti kimi hər qapını açaraq, bütün Azərbaycana yayacaq. Sonra isə 10-dan 1-ə geriyə sayılacaq, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə start veriləcək.

Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassarın mərasimdə iştirak etdiyi elan olunacaq. Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının səkkiz hərbçisi tərəfindən gətiriləcək. Bu zaman dövlət himni səsləndiriləcək. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayacaq.

“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının milli bayraqları idmançılar tərəfindən gətiriləcək. Atletlərin paradı başlayacaq, ev sahibi olan Azərbaycanın idmançıları stadiona axırıncı girəcəklər. Yarışlarda iştirak edən ölkələrin bayraqları dirəklərdə yan-yana dalğalanacaq. Bayraqlar gətirildiyi zaman “Amarok” qrupunun ifasında “Naxçıvan halayi” səsləndiriləcək. Həyat ağacına su verilir və onun kökləri səhnədə çıxmağa başlayacaq. Aktyorlar qrupu (hər biri 7 x 1.35 metr ölçüdə olan) üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolağını gətirəcək. Quşlar onların başları üzərində uçduğu zaman, ipək zolaqlar gözəl mənzərəni yaratmaq üçün birləşdiriləcək. Yaşıl meşələri, qəhvəyi dağları, göy isə Azərbaycanın çaylarını əks etdirəcək. İpək zolaqlar Azərbaycan Respublikasının bayrağını əks etdirmək üçün çevriləcək, “Amarok” – “İncilər” mahnısını ifa edəcək. Son 10 günün idman yarışları stadion ekranlarında nümayiş etdiriləcək, Avroviziya Mahnı Müsabiqəsi 2015 üçün təqdim etdiyi mahnı - Elnurun ifasında “Hour of the Wolf” səslənəcək. Sonra "Qarabağ" şikəstəsi altında səhnədə Günəş qalxacaq və səhnə üzərində hərəkət edəcək. Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətiriləcək. Günəşin şüası aşağıda tamaşaya start verəcək. Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən artıq əlvan üçbucaq iki böyük altıbucaq formalaşdıracaq. Bu cür kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənəcək. Günəş oturduğu zaman, həmin kitablar açılaraq, göy işıq saçacaq və qaldırılaraq, Xəzərin gözəl 3 ölçülü formasını yaradacaq.

Gülarə Əliyeva “Şur fantaziyası” ifa etməyə başlayan zaman ekranda Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələri görəcəyik. İnsanlar çərpələng və hava şarları ilə oynayacaq. Digərləri şahmat oyunu ilə məşğuldur və ya küləyin əllərindən qoparmış qəzetlərin arxasınca qaçacaqlar. Səhnəyə külək turbinləri və flügerlər gətirildikdən sonra həmin əşyalar küləyin hesabına hərəkətə gələcək. Bütün rekvizit və kostyumlar giləvarı əks etdirən dalğavari naxışlarla bəzədiləcək. Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxacaq. 1000-dən artıq hava şarı və həyatın ağacının minlərlə yarpağı giləvarla gecə səmasına qaldırılacaq. Natiq Şirinovun “Qarabağ” mahnısını ifa etməyə başlaması ilə səhnədə işıq saçan aypara qalxacaq və səhnə üzərində hərəkət edəcək. Aktyorlar qlobusu saxlayan əlləri sülh rəmzi olan göyərçini formalaşdıracaq. Sonra aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında mövcud olan və alov mənasını daşıyan qədim badamvari naxış olan buta fiqurlarını yaradacaqlar. Döşəmənin üzərində olan proyeksiyalar aktyorların yaratdığı fiqurlara uyğun veriləcək. Nəhayət, aypara səhnənin mərkəzinə doğru hərəkət edəcək, səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandıracaqlar. Onlar fəvvarəyə çevrilən su sinisini əhatə edəcəklər. Su qalxdıqca, parıltılı konfetti Aydan düşəcək, stadionun damında isə atəşfəşanlıq başlayacaq. Oyunların uğurla keçirilməsini mümkün edən 6000 könüllünün verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunacaq. Könüllülərə minnətdarlığın bildirilməsi haqqında videoçarx stadion ekranlarında göstərildiyi zaman Azad Vəliyevin “Yeni Gün” mahnısı dinləniləcək.

Protokol səhnəsində birinci vitse-prezident, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar nitqlə çıxış edəcəklər. Sonra stadion ekranlarında 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinə bütün dünyanı dəvət edən videoçarx nümayiş etdiriləcək. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri ISSF-in bayrağını endirəcəklər. ISSF-in bayrağı endirildiyi zaman Benjamin Brittenin “The Young Person’s Guide to the Orchestra” musiqisi səsləndiriləcək. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar bayrağı Türkiyə gənclər və idman nazirinin müavini, “İstanbul 2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edəcək. Türkiyənin milli himni səsləndirildiyi zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi bayrağı qaldıracaq. Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa edəcəklər. Rəngli döşəmədəki proyeksiyalar səhnəni canlı edəcək. Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs edəcəklər. Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdıracaq. Konsert stadion üzərində gözəl atəşfəşanlıqla başa çatacaq.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə ediləcək.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!