"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 16-12-2014, 20:37
   Niyə yaşamaq istəmirsən?

Firayə Allahverdiyeva
“Bəzən yaşamaq daha çox cəsarət tələb edir, nəinki ölmək.” V.Alfier
Bu dəfəki mövzum: intihardır. İntihar nədir ? İntihar hissi necə yaranır ? Bununla mübarizə aparmağın yolları haqqında danışacağam.
İntihar nədir ? – gəlin elə ilk sualdan başlayaq. İntihar - həyata qəsddir, mübarizədən qaçmaqdır, məğlubiyyəti əvvəlcədən qəbul etməkdir. İntihar- bir intiqamdır, yaşadığı həyatdan, ətrafındakı insanlardan, ümidsizlikdən, yorğunluqdan, yalnızlıqdan, alinan bir intiqam. Canına qəsd edən insan düşünür ki, əgər intihar etsəm, daim məni yalnızlığa məhkum edən, məni bu hala gətirib çıxaranlar ömür boyu vicdan əzabı çəkəcək; ancaq bu fikirlər tamamilə yanlışdır. Bizi istəməyən, sağlığımızda qiymətimizi bilməyənlər öldükdən sonra heykəl ucatsalar nə fayda ? Heykəl qalsın bir qırağa: Məhz ele o şəxslərin Ağılsızlıq etdi, insan özünü öldürməz, əşi o əvvəldən qəribə idi və s. bu kimi fikirlərdən başqa əllərindən bir şey gəlməycək. Elə məhz bu mənfi rəyi yox etmək üçün yaşamalıyıq. Bizə verilən ömrü dəyərləndirməliyik.
Bəs hansı səbəblər insanı intihara sürükləyir?
1. Hər gün sevərək etdiyi vərdişləri artıq çox az hallarda etmək və ya etməmək.
2. Tez əsəbləşmək, hər sözə reaksiya vermək
3. Hər xırda məsələyə görə üzülmək, hər gün yorğun – kefsiz olmaq
4. Özünü heç bir işə yaramayan biri kimi düşünmək
5. Hər başına gələn xoşagəlməz hadisələrdə özünü günahkar görmək
Saydığım əlamətlər psixoloqların verdiyi göstəricilərdir və bu əlamətlər depressiya ilə nəticələnir. Depressiya intihara doğru atılmış bir addımdır. Sevgi məsələləri, ailə daxilindəki sıxıntı, maliyyə çətinliyi ucbatından yaranan problemlər, psixoloji gərginlik depressiyaya yol açır. İnsan depressiya hallarında kiminləsə dərdini danışıb, bölüşməlidir, ancaq çox az hallarda bunu edirlər. Onlar nədən çəkinib problemlərini bölüşmürlər ? Depressiyada olan insanların çoxu problemlərini valideyninə, dostuna, rəfiqəsinə söyləməkdən utanır. Onlar insanların beynində mənfi rəy yaratmaqdan qorxurlar. Yaxşı, utanıb, qorxub ay filankəs, belə bir problemim var deyə bilməyib, öz canına qəsd etmək yaxşı haldırmı ? Əlbəttə ki, xeyr. Bizi sevən insanların borcudur ki, dinləsin, kömək etsin. Depressiya halından yaxa qurtarmağın digər yollarından biri də psixoloqa müraciətdir. Xarici ölkələrdə demək olar ki, hər insanın öz şəxsi psixoloqu var, nədənsə, Azərbaycanda psixoloqa müraciət fikrini əksəriyyəti anormallıq kimi dərk edir. İntihar hallarında yaş faktoru önəmlidir. Depressiyada olan zaman valideynlər övlada yaxın olub, problemlərini mülayimcəsinə soruşsalar, lazım gələrsə psixoloqa müraciət etsələr övladları canına qəsd etmək barədə düşüncədən yayınar. Mənə təəccüblü gələn hal insanın öz valideynlərinin “axı sənə nə olub, dəli deyilsən ki, dərman at keçər ” və s. bu qəlibdən olan fikirlər söyləməsidir. Sizin borcunuz , ey valideynlər, övladınızın müəyyən vaxtlarda düşdükləri depresiya vəziyyətindən çıxarmaq üçün yardım etməkdir.
Depresiyada olan insanı müəyyən qədər yaşadığı, ona uğur gətirməyən mühidən uzaqlaşdırmaq, yeni mühitə alışdırmaq da çıxış yollarından biridir. Belə insanlar yalnız buraxılmamalıdır. Daim ona nəzarət olunmalıdır.
2014- cü ilin aprelində “Gənclərin zərərli vərdişləri ” başlığı altında keçirilən təlimdə iştirak etdim. Təlim başlayan kimi psixoloqlar ilk öncə zərərli vərdiş kimi gənclərdə son zaman geniş yayılmış intihar hallarından danışmağa başladılar. Psixoloqun biri qeyd etdi ki, daim eyni şəxs sizə “özümü öldürəcəyəm, özümü öldürmək istəyirəm ” və s. bu kimi fikirlər bildirərsə, əhəmiyyət verməyin. Əhəmiyyət verməyin fikri mənə təəccüblü gəldi. O, bildirdi ki, intihar barədə düşünən insan bunu tez- tez demir, yalnız sonda ya bir fotoyla, məktubla və ya videoyla öz çıxışını edir və gedir.
İntihar halları müsəlman ölkələrinə nisbətən xristian ölkələrində daha geniş yayılıb. Niyə müsəlmanlar xristianlara nisbətən daha az intihar edir? Müsəlmanlar cana qəsdin günah olduğunu, islamın bunu qadağan etdiyini yaxşı bilirlər. Müsəlman qadınl və ya kişisi dərk edir ki, cana qəsdin nəticəsi, yəni cəzası ağırdır. Müsəlmanlar ailəyə bağlı, övladına qayğıkeş, diqqətcil olur, yəni ailə təklikdən onu xilas edir. Xristianların isə demək olar ki, əksəriyyəti tək qalır və depresiyadan yaxa qurtara bilmirlər, təbii ki, bunu bütün xristianlara çamil etmək olmaz. Son olaraq, yəni 2011- ci ilin statis göstəicilərinə görə intihar hallarının daha çox baş verdiyi ölkə Litvadır. Bu cədvəldə Azərbaycan 98, Türkiyə isə 79- cu sıradadır. Maraqlıdır ki, hər ölkədə fərqli- fərqli səbəblərdən baş verir, bu hallar. B.Spinozanın fikrinə diqqət yetirək : “ Əgər istəyirsinizsə, həyat sizə gülümsəsin, ona yaxşı əhval- ruhiyyə bəxş edin. ” Həyatımızda bizim uğursuzluq hesab etdiyimiz , itirdiyini düşündüyümüz hadisələr elə bizim uğurumuz və qazandıqlarımızdır. Həyat canımıza qəsd edəcək qədər mənasız ola bilməz. Həyat musiqiyə bənzəyir. Yüksək və alçaq notları vardır. Sənin notlarının yüksək və alçaq olmasından asılı olmayaraq uğurlarımıza inansanız, heç zaman musiqinin harmoniyasından kənarda qalmazsınız. Hər yeni günə gülümsəmək diləyi ilə...


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!