"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 26-02-2016, 11:03
XOCALIYA  CAVAB  VERMƏK...


Gülşən Tanrıdaş




Hər bir millət olan etnosun tarixində yüksəlişlə bərabər çöküş məqamları da olur. Zalımın dünyasında bu yüksəliş qəddar despota çevrilib zəifləri udmaq, yaratdığı qan teştinə baxıb zövq almaqdır. Adilin dünyasında bu yüksəliş məzlumlara dayaq olmaq, ağı qaradan seçib qorumağa bərabərdir.


Tariximiz boyu yüksəlişlərin coşqusu ilə dünyaya mərhəmət, ədalət, gözəllik gətirdik. Saysız dövlətlər, cahanşümül imperiyalarla haqqın dəngəsini qorumağa çalışdıq. Bizim güclü olduğumuz yerdə haqqın xeyir- duası vardı. Bizim güc olduğumuz yerdə Şeytan zəifdi. Nə vaxt ki, güc biz idik şeytan qınına çəkilmişdi. Elə hər şey şeytanın əzablarından başladı. Axı dünyaya hökm edən qılıncın tiyəsi Tanrı ədalətinə yaxın olduqca onun fəaliyyət meydanı daralırdı. Beləcə bizim də çöküşümüz bağlı qapı arxasında xısın –xısın gedən gizli danışıqlardan, açıq döyüşlərdə iman və qol gücünə yenik düşən şərin hiyləgər planlarıyla dünyaya amansız hökm etmək ehtirasından başladı.
Əslində dəfələrlə ayaqlanıb şahə qalxmaq istəyən bu qüvvə Tanrı əsgərinin qılıncının tərs üzüylə bir neçə kərə yerində oturmağa məcbur olmuşdu. İndi XXI əsrdir. Millət olaraq çöküşümüzün təməli qoyulduğu gündən tam 500 ilə yaxın bir zaman məsafəsindəyik. Dövlət olaraq onurğa sütünumuzun sındırıldığı gündən isə tam 200 ilə yaxın bir zaman adlamışıq. Bu müddət ərzində əks qüvvənin nəfəsi genişlənib, qara ruhu bütün Yer kürəsinə pərvaz edib. Bu müddət ərzində biz gerilədik, hökmümüzü, gücümüzü, dövlətimizi itirdik, ilahi idarə yetənəyimizdən təcrid olunduq. Hətta gün oldu ki, zamanın ölüm və qalım sualının ağırlığı altından güc- bəla ilə sıyrılıb nəfəsimizə nəfəs qatdıq, ocağımızı sönməyə qoymadıq, söndürməklərinə izn vermədik. Saysız – hesabsız soyqırımlarla, represiyalarla ocağımızın külünü göyə sovurmaq istədilər. Fiziki məhvlə, siyasi – iqtisadi əsarətlə, tükədilən milli enerjimiz bizi mənəvi aşınma, ruh defisiti qarşısında qoydu. Gün oldu ki, “biz millət deyilik” , “biz hələ millət ola bilməmişik” deyib aşağılanma kompleksinə də qapıldıq, özgüvənsizlik yaşadıq.
Bu gün dünyanın həmin qara rəngli xərçəng arenasında bacara bildiyimiz qədər müstəqil idarə etməyə cəhd etdiyimiz, o böyük səltənətdən əlimizdə qalan bir tikə üzərində qoruyub saxlaya bildiyimiz, ölçümüzə dar gələn kiçik dövlətimiz var. Bir əsr öncə itirdiyimiz dövlətçilik yetənəyimizə yenidən qovuşmaq, millət olaraq tarixdən silinib getmək təhlükəsini önləmək, gələcək nəsillərə mirasımızın olduğunu bildirmək və çatdırmaq üçün dövrün ağır şərtləri qarşısında İrəvanımızı qurban verib, qalan torpaqlarımızda öz ayaqlarımızı yenidən möhkəmlətmək istədik.
Bundan sonrası hər kəsə məlumdur. Bir zaman “Türkmənçay” la damarımızı kəsib yurdumuza hayların kütləvi köçürülməsini təşkil edən çar Rusiyası adlanan bir imperiyanın sonra da Sovetlər Birliyi qiyafəsində yenidən dirçələn dövlətçilik ruhumuzu qeyri- bərabər qüvvələr və əlverişsiz siyasi şərait fonunda boğmağı…
Suriyanın boz səhralarından dilənçi sərgərdan kimi gəlib Türk İranının və türk yurdu Anadolunun bərəkətli torpaqlarında ətə - qana dolmuş haylara türkdən oğurladığı “Ərmən” adı altında bəlirsiz tarixində heç vaxt görmədiyi bir dövlət qurmağı və sairə və ilaxır…
Nə isə, çox şeylər oldu, çox haqsızlıqlara məruz qaldıq, çox bəlalara düçar olduq. Və məhz “ermənistan” adlanan o nöqtədən sonra bu siyahını çox uzatmaq olar.

Bu gün isə tarix 2015 , 26 fevralı göstərir. Müdhiş hadisənin keçdiyi o gündən düz 23 il keçir. Biz hələ ki, hadisələrə aydınlıq , “ Xocalıya ədalət!” sorağındayıq. Biz hələ ki, səsimizi qulaqları "kar" olmuş dünyaya çatdırırıq. Dünya isə, sözümün əvvəlində dediyim həmin qara qüvvənin əsarətindədi…
Ancaq, bir gün gələcək bizə acı çəkdirənlərin hər birinə almalı olduğu layiqli cavabı verəcəyik.
Onda, "Xocalıya ədalət!" yox, "Xocalıya cavab!" istəyəcəyik. Onda faciələrimizi sübut etmək deyil, faciələrə əvəz diləyəcəyik.
-Xocalıya cavab vermək 1100 il bundan öncə babamız Babəkin etdiyi kimi, hayları bu torpaqlardan gəldikləri yerə qədər qovmaq ,son nəfərinə qədər təmizləmək olacaq...
-Xocalıya cavab vermək Türkmənçay müqaviləsi ilə belimizi sındırıb bizi İranda və Qafqazda məqamdan salan Rusiyanı onun taleyində "Türkmənçay" olacaq bağlaşmaya məcbur edib diz çökdürmək olacaq...
-Xocalıya cavab vermək oğru pişik kimi fürsət gözləyib hər dəfəsində yadların əli ilə İran taxtına yiyələnən farsları 1400 il bundan öncəki sükütlarına kömüb İranda yenidən türk idarəsini və iradəsini bərpa etmək olacaq...
-Xocalıya cavab vermək tarixin arxa səhifələrindən həsrətlə boylanan dövlətçilik gücümüzə və milli xarakterimizə sahib çıxıb Səfəvilər dövlətimiz kimi Avropanı yenidən lərzəyə salmaq olacaq...
-Xocalıya cavab vermək bütöv bir qitəyə, materikə ad vermiş ulu Az Ər elinin alovu ilə dünyadakı haqsızlıqları qarsmaq, insanlığın üzünü güldürmək olacaq...
-Xocalıya cavab vermək türkün birliyinə nüvə olub Haqqın imperiyasını qurmaq olacaq...
-Xocalıya cavab vermək son yüzili uğursuz inqilablar şəhərinə çevrilmiş Təbrizi yenidən səltənət mirasına qovuşdurmaq olacaq...
-Xocalıya cavab vermək Bakı məşəlini türk çaxmaqı ilə alışdırmaq olacaq...
-Xocalıya cavab vermək talan olmuş yurdlarımızın ağrısını bütün damarlarda hiss etmək olacaq...
-Xocalıya cavab vermək İrəvanda yenidən ucaldılacaq türk qalasına kərpic olmaq olacaq...
Xocalıya cavab vermək bütün bunları bacarmaq olacaq...
Bunlar bir gün mütləq olacaq!
Onda ağlamağa, fəğan etməyə, inandırmağa ehtiyac qalmayacaq.
Xocalıya cavab vermək Tanrını sevindirmək, Şeytanı küsdürmək olacaq!!!

Onda Millət- Dövlət , Dövlət -Din- İman olacaq...
Butov.az


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!