Cəlilabad sakinini avtomobil vuraraq öldürüb .....                        Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı .....                        Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları .....                        İsrail “Hizbullah” mövqelərini vurdu .....                        Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtları .....                        Sərhəddə əməliyyat: 22 Taliban üzvü öldürüldü - YENİLƏNİB .....                        Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır .....                        Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB .....                        Cəriməsi olana kredit verilməyəcək? .....                       
Tarix : 30-10-2013, 22:58


Fransa səfiri başından böyük işlərə baş qoşub

“Dağlıq Qarabağdakı separatçı bir qurumun danışıqlar prosesində iştirakı mümkün deyil”.
Bunu Modern.az-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, atəşkəs rejiminin tətbiq edilməsi barədə imzalanan “Bişkek Protokolu”na Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları imza atıb.

“İndi də danışıqlar prosesində qondarma bir rejimin müzakirəyə cəlb olunması “DQR”-in avtomatik olaraq tanınması olardı. Azərbaycan yalnız bu varianta razı ola bilər ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları müşahidəçi qismində danışıqlarda iştirak etsin”.
Siyasi təhlilçi vurğulayıb ki, tərəf kimi Azərbaycan və Ermənistan danışıqlarda iştirak etməlidir. Analitik bildirib ki, tanınmamış bir qurumun danışıqlara və de-yure tanınma prosesinə cəlb edilməsi niyyəti uzağa gedən nəticələr güdür.

“Bu addım Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn separatçı təmayüllərdən qidalanır. Buna isə Azərbaycan qətiyyən razı olmaz. Dağlıq Qarabağın tərəf kimi münaqişənin nizamlanmasında iştirakı məsələsini birbaşa olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri dilə gətirməyib”.
Q. Hüseynli fransalı səfiri belə bir fikir səsləndirməsinə görə ittiham edib. “Fransa səfiri öz işini-gücünü buraxıb bu məsələyə müdaxilə etməməlidir. Əgər səfirin sözləri təsdiqlənərsə, Minsk Qrupu Azərbaycandan kəskin cavab alacaq”.
Qeyd edək ki, Yerevanda təşkil olunan mətbuat konfransında Fransanın Ermənistandakı səfiri Anri Reno həmsədrlərin qondarma Dağlıq Qarabağ Respublikasının danışıqlarda tərəf kimi iştirakı barədə düşündüyünü dilə gətirib.
Xatırladaq ki, “Bişkek protokolu” Azərbaycan tərəfindən 8 may 1994-cü ildə imzalanıb. Sənədə o vaxtkı Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində Karen Baburyan imza atıblar.
Aqşin Kərimov


Paylaş



Bölmə: Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!