Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 23-10-2014, 15:52

Gülüstandan söz ərməğanı 

Hacı Abdulla, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri 

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin iştirakçı tərəfləri Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbin 12 şagirdi akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki liseyinə qonaq gəlmişdi.

Şamaxı məktəbinin şagird təşkilatının sədri, 10-cu sinifdə oxuyan Gülüstan Qəniyeva bilik yarışında öz şeirini söylədi, xüsusi intonasiyası, ritmli, təsirli manerası ilə hamının diqqətini cəlb etdi, hətta şeirdə ifadə edə bilmədiyi duyğularını da ifası ilə çatdırmağı bacardı. İki məktəb arasında müqaviləni də o imzaladı. Xahişimlə məktəb direktoru Gülnurə xanım Gülüstanın bir neçə şeirini mənə göndərdi. Oxudum, düşündüm ki, bu şeirləri "Bütöv Azərbaycan"ımızın dəyərli oxucularının mühakiməsinə təqdim edim. İnanıram ki, oxuyanlar məktəbli Gülüstanın könül bağçasının bitirdiyi güllərin ətrini, ürək çırpıntılarını, incə səsini eşidib duya biləcəklər.

Yolun açıq olsun, Gülüstan!

 

Bərdədə 

Qədəm basdım bu torpağa-

Tariximin izi qalıb Bərdədə.

Keçmişdən canlı salnamə,

İgidlər oylağı Bərdədi, Bərdə.

 

İsgəndər, Nüşabə keçib bu yurddan,

Çox yağı düsmənlər salınıb atdan,

Alnıaçıq çıxan alovdan, oddan,

Qədim başkəndimiz Bərdədi, Bərdə.

 

İgidləri sipər olub düşmənə,

Qeyrət ilə xidmət edib Vətənə,

Gəlib çatıb indi gözəl günlərə,

Qarabağın qəlbi Bərdədi, Bərdə.

 

Sevdim bu şəhəri ilk gördüyümdə,

Hüsnünə vuruldum ilk gəldiyimdə.

İnsanları qonaqsevər, həm sadə,

Üç min yaşlı gəncim Bərdədi, Bərdə.

 

"Kamal" dərsi

(15 sentyabr "Bilik günü" məktəbimizdə ilk dərsi aparan Dövlət müşaviri, yazıçı, akademik Kamal Abdullayevə) 

Hər sözündə hikmət,

baxışında ülfət,

Gözlərində dərinlik,

Yazıb yaratdıqları-əvəzsiz sərvət

Azərbaycan adına şərəf və şöhrət.

 

Elmi, biliyi- hüdudsuz ümman,

Unutmaz kəlamın ondan dərs alan,

Gözümüzü dünyaya geniş açdı

bu insan.

 

Qəlbimizdə izi qaldı-silinməz,

Zəkasından nur aldıq-heç

zaman sönməz,

Əqidədə, amalda sabitqədəm,

əyilməz,

Kamalından hamımıza pay verən-

Canlı dahi idi-bizə ilk dərsi deyən. 

 

Şamaxım 

Şamaxı-ana yurdum,

göz açıb ilk gördüyüm,

könül verib ilk sevdiyim

Elim, obam,vətənim.

 

Göyə ucalan dağların,

Bar-bəhrəli bağların,

Ölkəmizə şərəfdir

Sənin qədim çağların.

 

Gül-çiçək ətirlisən,

Vətənimdə incisən,

Sazın-sözün məskəni

Şairlərin mülküsən-

Ata yurdum-Şamaxı. 

Gülüstandan söz ərməğanı 

Gülüstan Qəniyeva, 

Şamaxı rayonu Sabir qəsəbə

tam orta məktəbi



Paylaş



Bölmə: Mədəniyyət / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!