Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 1-11-2015, 12:01
Butov.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanlıların kompakt yaşadığı Qardabanidə ənənəvi el bayramı keçirilib.

Qardabanidə el bayramı keçirildi


"Qardabnoba" ("Qardabani Günü") adlandırılan el bayramı çərçivəsində rayon mərkəzində David Aqmaşenebeli adına istirahət parkının bərpadan sonra açılışı keçirilib. Açılışı Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili və Qardabani rayon icra hakimiyyətinin başçısı Qela Nioradze həyata keçirib. Sonra el bayramı münasibətilə Kvemo Kartli qubernatoru P. Xizanaşvili gürcü və azərbaycanlıları təbrik edib, rayon əhalisinə əmin-amanlıq, sülh və xoşbəxtli və bərəkət arzulayıb. Qubernator P. Xizanaşvili təbrikində bölgədə və Qardabani rayonunda son illər bir sıra tikinti layihələrinin həyata keçirildiyini, həmçinin kənd təsərrüfatının inkişaf etdirildiyini bildirib.

Tədbirdə milli rəqslər ifa edilib, milli yeməklər nümayiş olunub. Tədbirdə məktəblilər geniş konsert proqramı ilə çıxış ediblər. "Qardabnoba" bayramında kənd təsərrüfatı məhsullarının və məktəblilərin rəsm və əl işlərinin sərgisi də keçirilib. Bayram tədbiri axşamadək davam edib.

Tədbirdə qubernatorun azərbaycanlı və gürcü müavinləri, Qardabani rayon icra başçısının müavini Ülfət Ağamalıyev və digər rəsmi şəxslər, həmçinin Qardabani rayonunda fəaliyyət göstərən gürcü və Azərbaycandilli orta məktəblərin direktor və müəllimləri, şagirdlər, ətraf kəndlərdən gələn sakinlər, QHT nümayəndələri, jurnalistlər iştirak ediblər.


Paylaş



Bölmə: Mədəniyyət / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!