20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 14-12-2015, 10:58
Bakıda yerli və xarici məktəbliləri Dədə Qorqud birləşdirdi

Hamısı səliqəli, bəmbəyaz köynəkdə, saçlarında ağ lent... Kimi ora-bura qaçır, kimi axşamdan bəri bəlkə yüz dəfə oxuduğu məruzəsinə təkrar göz gəzdirir, kimi dəhlizdə sərgilənmiş rəsmlərin qarşısında xatirə şəkilləri çəkdirir... Və bir qədər sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və Haynrix Fridrix fon Dits - 200” mövzusunda Beynəlxalq Şagird Konfransı işinə başlayır.
Bakıda yerli və xarici məktəbliləri Dədə Qorqud birləşdirdi


Dəfələrlə yerli və beynəlxalq konfransların iştirakçısı olmuşam, tələbə konfranslarına qatıldığım da olub. Amma ilk dəfədir ki, Beynəlxalq Şagird Konfransındayam. Uşaqları sinif otaqlarından konfrans zalına, məktəb partasından “dəyirmi masa”ya, lövhə qarşısından kürsüyə qaldıran bu konfransın yeniyetmələrin həyatında xüsusi iz qoyacağını anlamaq çətin deyil.

Xəyalən uzun illər əvvələ - məktəbli vaxtlarıma qayıdıram. Onlar kimi həyəcanlanıram, onlar kimi təlaşla bir-birini əvəz edən çıxışları dinləyirəm. Arabir ikinci sırada əyləşən Türkiyədən gələn məktəbli Zeynəbin anasına qısılıb pıçıltıyla “çox həyəcanlıyam” deməsini eşidirəm.
Bakıda yerli və xarici məktəbliləri Dədə Qorqud birləşdirdi


Zalda Azərbaycanın bütün bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan, Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan gələn məktəblilər var. Bilik Fondunun millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə keçirdiyi ilk Beynəlxalq Şagird Konfransında xarici ölkələrdən – Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər təmsil olunub.


İki gün davam edən Beynəlxalq Konfrans yekunlaşır, hər addımlarından qatıldıqları tədbirin ciddiliyini tam anlayan və həvəslə müzakirələrə qoşulan uşaqlarla söhbətləşirəm.

Naxçıvan şəhər 8 nömrəli məktəbin şagirdi ən kiçik iştirakçı Suay Qasımlı 4-cü sinifdə oxumasına baxmayaraq, zalda əyləşənlərin hamısının diqqətini cəlb edə bilmişdi. “Mən qədim Naxçıvan torpağından gəlmişəm, balaca olmağıma baxmayın, “Kitabi-Dədə Qorqud” dastanının boylarını anamdan və atamdan dinləyərək böyümüşəm. Evdəki kitabxanamda ən əziz kitablarımın içərisindədir. Qayıdanda məktəb yoldaşlarıma burda tanış olduğum yeni dostlarımdan, konfrans təəssüratlarımdan, xarici qonaqlarla birgə şəhər gəzintisindən danışacağam. Bu mənim belə yüksək səviyyəli tədbirdə ilk iştirakım idi, istərdim ki, Naxçıvanda da belə konfrans keçirilsin”.

Türkiyənin Elvankent Bilgi Anadolu liseyinin şagirdi Hüsnü Barak Sarıkaya qardaş ölkədə beynəlxalq səviyyəli konfransda iştirakdan məmnun olduğunu dedi. “Əvvəlcə onu deyim ki, Bakının gözəlliyinə heyran qaldım. Şəhər gəzintisindən böyük zövq aldım. Konfransda iştirakımı uğurum kimi dəyərləndirirəm. “Kitabi-Dədə Qorqud” dastanı təkcə türklərin deyil, dünya folklorşünaslığının nadir incisidir. Məncə, bizim Ana kitabımız bütün dünya ədəbiyyatına böyük töhfədir”.

Rusiyanın Moskva Şəhər Gimnaziyasinin şagirdi Mariya Voroşilova əmindir ki, Bakıda özünə çoxlu yeni dostlar tapacaq. “Mən bu konfransa hazırlaşanda “Kitabi-Dədə Qorqud” dastanı ilə Rus folklorunda olan dastanları müqayisə etməyə çalışdım. Oxşarlıq çoxdur. Hər iki xalqın folklorunda qəhrəmanlıq, anaya, qadına məhəbbət, böyüklərə hörmət təbliğ olunur. Bu dastanlar biz məktəbliləri vətənsevərlik ruhuna kökləyir”.

Nardaran məktəblisi Həsən Ağayev konfrans iştirakçılarını oxuduğu məktəbə dəvət etdiyini dedi. “Bu tədbirdə iştirak etməyimdən qürur duyuram. Çox sevinirəm. Sevinirəm ki, müxtəlif ölkələrdən, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş şagirdlərlə tanış olmuşam. Onlar arasında özümə yeni dostlar qazanmışam. Oxuduğum Nardaran məktəbində də dostlarım təəssüratlarımı bölüşmək üçün məni səbirsizliklə gözləyirlər. Düşünürəm ki, onlara demək üçün xeyli sözüm olacaq. Əcnəbi dostlarımızı və digər şagirdləri də məktəbimizə qonaq dəvət etmişəm. Çox istərdim ki, belə tədbirlərdən biri də bizim məktəbdə keçirilsin”.

Dərbənd məktəbliləri Abakar Atayev və Sarya Abuzarova Beynəlxalq Şagird Konfransına qatılmaqdan çox məmnun olduqlarını deyirlər. “Bizi istiqanlı və mehriban qarşılayan Azərbaycan məktəbliləri ilə bundan sonra da dostluğumuzu davam etdirəcəyik. Bu gün bizi “Kitabi-Dədə Qorqud” birləşdirdi, belə Şagird Konfranslarının tez-tez keçirilməsini istərdik. Elmi çərçivədə biz məktəblilərin də səsinin dinlənilməsi, bizim də maraqlı müzakirələrə cəlb olunmağımız qürurvericidir”.

Bakını çox bəyəndiyini deyən Gürcüstanın Kutaisi şəhər məktəbinin şagirdi Elizabet Porçxidze “Kitabi-Dədə Qorqud”un bütün Qafqaz xalqlarının həyatında yeri olduğunu söylədi. “Dastanı sevə-sevə oxudum. Boylardan bəzilərində gürcü xalqının da adı keçir. Burdakı yer adları, toponimlər sübut edir ki, Qafqazda əsrlər boyu azərbaycanlılarla gürcülər yanaşı, mehriban qonşuluq şəraitində yaşayıblar. Bu qədim dastan da indiki nəslə xalqlarımızın dostluğunun nə qədər dərin tarixi köklərə dayandığını sübut edir”.

Bakıda yerli və xarici məktəbliləri Dədə Qorqud birləşdirdi
Bakıda yerli və xarici məktəbliləri Dədə Qorqud birləşdirdi
Bakıda yerli və xarici məktəbliləri Dədə Qorqud birləşdirdi

Bakıda yerli və xarici məktəbliləri Dədə Qorqud birləşdirdi

Bakıda yerli və xarici məktəbliləri Dədə Qorqud birləşdirdi

İki gün davam edən konfrans Bilik Fondunda çay süfrəsi ilə yekunlaşdı. Qonaqlar Fondun fəaliyyətinə həsr olunmuş filmi izlədilər, dostlaşan məktəblilər bir-birinin əlaqə nömrələrini, elektron ünvanlarını aldılar. Bu gün Bilik Fondu dinindən, dilindən asılı olmayaraq bütün konfrans iştirakçılarını Dədə Qorqud işığında birləşdirdi. Yanan çırağımız sönməsin!

Xatirə Hüseynova,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun sektor müdiri, fəlsəfə doktoru


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!