Əli Həşimli Federasiya prezidenti seçildi .....                        Prezident deputatla bağlı sərəncam İMZALADI .....                        Xırdalanda bu gecə işıq olmayacaq .....                        4 aydır boş olan birinci müavin postuna təyinat .....                        Gürcüstan Patriarxı 22 martda dəfn olunacaq .....                        İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdi .....                        Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib .....                        İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ .....                        İsrailli nazir yaralı oğlu ilə foto paylaşdı .....                       
Tarix : 30-12-2015, 09:17
Azərbaycan musiqiləri özbək ifaçıların təqdimatında


Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər keçirilib.


Butov.az Medeniyyet.az-a istinadən xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Mədəniyyət mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən diplomatlar, ölkənin ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, diasporumuzun üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayramın tarixindən söz açıb.
Sonra konsert proqramı təqdim olunub. Proqram Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Kamera Orkestrinin ifasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb. Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarımızın əsərləri, Azərbaycan xalq mahnıları ifa edilib. Tamaşaçılar Ü.Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romanslarını, “Arşın mal alan” əsərlərindən Gülçöhrənin və Əsgərin ariyalarını, Fikrət Əmirovun “Qarabağ-Azərbaycanın incisi” musiqili nömrəsini ayaq üstə alqışlayıblar.

* * *
Bayram münasibətilə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Daşkənddəki 30 saylı uşaq evinin azərbaycanlı və özbək uşaqları üçün xeyriyyə tədbiri keçirib. Uşaq evində 150 uşaq yaşayır və təhsil alır. Onlardan 8-i azərbaycanlıdır.
Azərbaycan Mədəniyyət Mərkəzi uşaq evini himayəyə götürüb və mütəmadi olaraq burada tədbirlər keçirir. Bayram tədbirində çıxış edən uşaq evinin direktoru Firuza Osmanxocayeva Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib.
Sonra uşaqlar tərəfindən hazırlanmış konsert proqramı və səhnəciklər nümayiş olunub. Balaca fidanlar özbək, Azərbaycan və dünya rəqslərini, mahnılarını ifa ediblər. Mədəniyyət mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının çıxışı alqışlarla qarşılanıb.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin bayram sovqatı və hədiyyələr uşaqlara təqdim olunub.

Azərbaycan musiqiləri özbək ifaçıların təqdimatında


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!