"Ey Vətən" - Şəlalə Məhyəddinqızı yazır... .....                        Prezidentin Qarabağ və Şərqi Zəngəzur layihəsi: Regionun gələcəyi həssaslıqla inşa edilir – TƏHLİL .....                        Şəhid polkovnikin adından istifadə edərək insanları aldadan yeniyetmə tutuldu - FOTO - VİDEO .....                        Məleykə Abbaszadə özəl kursları tənqid etdi .....                        İlham Əliyev Qırğız Respublikasının səfirini qəbul etdi - FOTO .....                        Şəhid Elməddin Ələddin oğlu Məmmədli-YADDAŞ .....                        Ərdoğan: “Füzulidən İstanbula gediş-gəliş olacaq” .....                        İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı - CANLI YAYIM .....                        CƏNUBİ AZƏRBAYCAN ELİTASI DA SƏHNƏDƏN UZAQLAŞDIRILIR .....                       
Tarix : 21-09-2015, 11:51
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistandakı uşaq evlərinə bayram hədiyyələri paylanıb - FOTOSESSİYA


Butov.az Apaya istinadən xəbər verir ki Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə “Pakistan Sweet Homes” kimsəsizlər evinin İslamabad, Abbotabad və Kəraçidə yerləşən şöbələrində qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirlərdə “Pakistan Sweet Homes”un direktoru Zamurad Xan, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, “Sülh və Diplomatik Tədqiqatlar İnstitutu” düşüncə quruluşunun direktoru Məhəmməd Asif Nur, tanınmış ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.

Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti M. Asif Nur çıxış edərək Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin tarixi və siyasi əhəmiyyətindən, hər iki ölkəni və xalqı birləşdirən siyasi və mənəvi amillərdən söz açıb.

“Pakistan Sweet Homes”un direktoru Zamrad Xan təşkilatın ölkənin müxtəlif yerlərindəki şöbələrində məskunlaşan 3600 yetim uşağı himayələrinə aldıqlarını söyləyərək bildirib ki, yetimlərə qayğı müqəddəs işdir, ilahi buyruqdur. O, Heydər Əliyev Fondunun xeyriyyəçilik layihələrinin ülvi dəyərlərin, yüksək mədəniyyətin təzahürü olduğunu, bu əməllərin hədər getmədiyini, Azərbaycan-Pakistan əlaqələrinə öz töhfəsini verdiyini qeyd edib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov nitqində Azərbaycanın birinci xanımının adından iştirakçıları salamlayıb və Qurban bayramı ərəfəsində bir araya gəlməyin sevindirici olduğunu söyləyib. Səfir fondun Azərbaycanda, Pakistanda və digər xarici ölkələrdə reallaşdırdığı layihələr barədə iştirakçıları məlumatlandırıb. O, 24-25 sentyabr tarixlərində İslamabad, Abatabad və Karaçı şəhərlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə qurbanlıqların kəsilərək kimsəsizlər evinin 3600 sakininə və bölgələrdə məskunlaşan digər ehtiyacı olan insanlara paylanacağını bildirib.

Mərasimdə yetimlər evinin uşaqları Pakistan mədəniyyətinin elementlərini əks etdirən rəqslər, mahnılar ifa ediblər.

Tədbirin sonunda kimsəsizlər evində məskunlaşan uşaqlara Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim olunub.

Tədbir Pakistanın TV kanallarında nümayiş olunub, “Daily Times,” “The News”, “The Nation”, “Nawai Waqt”, “Pakistan Observer”, “Exspress”, “Diplomatic İnsight”, “Pakistan Today”, “Dna News” “The Frontier Post” və digər nüfuzlu qəzetlərdə müxtəlif məqalələr dərc edilib.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var
Video
Şəhid polkovnikin adından istifadə edərək insanları aldadan yeniyetmə tutuldu - FOTO - VİDEO

Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidlinin adından “Instagram” sosial şəbəkəsində saxta hesab açıb insanların etibarından sui-istifadə edərək pul yığılması ilə bağlı Daxili İşlər Nazirliyinə edilən çoxsaylı müraciətlər əsasında araşdırmalara başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Bərdə rayon sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Amal Şirinzadə olan şəxs tərəfindən yaradılıb. Saxlanılaraq baş idarəyə gətirilən həmin şəxs “Instagram” sosial şəbəkəsində “sehid_polkovnik_babek_semidli” adlı səhifə yaratdığını etiraf edib.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs səhifədə şəhidlərin adına ehsan veriləcəyi ilə bağlı elan yerləşdirərək izləyicilərdən pul toplayıb. Amal Şirinzadə yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. Amal Şirinzadənin yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefon, həmçinin digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.

Qeyd olunan faktın tam, hərtərəfli araşdırılması istiqamətində araşdırmalar davam etdirilir.





Bütöv.az

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!