Kreml beynəlxalq hüququ pozur, insanları öldürür - Lyayen .....                        Husilər İsrail aeroportunu vurdu .....                        Bitməsini istəmirəm... - Messi .....                        Gəncədəki bədbəxt hadisə ilə bağlı FHN-dən AÇIQLAMA .....                        Gəncədə ev uçdu - Fəhlə öldü .....                        “Dostluq” kəmərinə yeni ZƏRBƏLƏR .....                        Qüdsdə Netanyahuya qarşı ETİRAZLAR .....                        Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı .....                        Britaniya hərbçiləri “görünməz" olacaq .....                       
Tarix : 26-01-2016, 11:53
YUĞ Teatrı fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək


Xəbər verdiyimiz kimi, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən “YUĞ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək.
Teatr yeni binada fəaliyyətini tam gücü ilə davam etdirməyə çalışacaq. Şübhəsiz ki, 10 ildən artıq bir müddətdə fəaliyyət göstərdiyimiz binadan ayrılmaq, yeni məkanda, yeni şəraitdə işləmək elə də asan olmayacaq. Amma teatrımızın kollektivi bu çətinliklərin öhdəsindən gəlmək, yeni məkanda – Dövlət Kukla Teatrının binasında öz yaradıcılıq yolunu davam etdirmək əzmindədir. Tezliklə yeni məkanda, yeni yaradıcılıq işləri ilə görüşmək ümidi ilə.
Nəzərinizə çatdıraq ki, bu gün – 26 yanvar tarixində saat 19.00-da öz binamızda (M.Muxtarov küçəsi, 83) T.Rəsulovun quruluşunda hazırlanan “Boy” tamaşası ilə sonuncu dəfə seyrçilərimizin qarşısına çıxacağıq. Tamaşada Əməkdar Artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edir.

Bütün media nümayəndələri dəvətlidir...
Teatrın mətbuat xidməti


P.S. YUĞ Teatrını dəyərləndirən, həmişə yanımızda olan, dəstəyini əsirgəməyən bütün media nümayəndələrinə teatrın kollektivi adından təşəkkürümüzü bildiririk.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!