Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
Tarix : 29-12-2015, 09:44
“Yuğ” Teatrı ilin “Sonuncu”sunu təqdim edib



Azərbaycan Dövlət “Yuğ” Teatrının səhnəsində Pərvinin pyesi əsasında hazırlanan “Sonuncu” tamaşası nümayiş olunub.

Teatrın direktoru Tərlan Rəsulov Axşam.az-a bildirib ki, səhnə əsəri xalq artisti, rejissor Ramiz Həsənoğlunun quruluşunda təqdim edilib. Tamaşanın musiqi tərtibatçısı Əlibala Qasımovdur.

Səhnə əsərində əsas rolları Əməkdar Artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə ifa ediblər.

Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb.

Müəlliflər sənətkar taleyi məsələsinə müasirlik baxımından yanaşmağa çalışıblar.

Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini başa düşmüş insanın faciəsi qabardılır.

Qeyd edək ki, bu il “Yuğ” Teatrının aktyoru, Əməkdar Artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. Səhnə əsəri, həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!